Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Bildiriş > Azərbaycanda yazın ilk ayının hava proqnozu açıqlandı
Azərbaycanda yazın ilk ayının hava proqnozu açıqlandı |
Bu ilin mart ayında havanın orta aylıq temperaturunun kiçik müsbət fərqlə iqlim normasına yaxın olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən cümə axşamı Trend-ə verilən məlumata görə, aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur. Mart ayı keçid dövrü olduğundan hava şəraitində tez-tez dəyişmə müşahidə olunur. Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 6-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr temperatur 2-7 dərəcə isti təşkil edəcək. Gündüzlər havanın temperaturunun 8-13, ikinci və üçüncü ongünlüyün bəzi günlərində isə 15-18 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 20-27 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir. Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 7-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr temperatur 2-7 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə şaxta təşkil edəcək. Gündüzlər temperatur 8-13 dərəcə isti təşkil edəcək, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 19-24 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 22-44 mm) olacağı gözlənilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd; Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında orta aylıq temperaturun 3-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 1-6 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcə şaxta təşkil edəcək. Gündüzlər temperatur 6-11 dərəcə isti olacaq, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 15-19 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 42-52 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir. Qazax-Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 7-9 dərəcə isti olacağı gözlənilir ki, bu da kiçik müsbət fərqlə iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 2-7 dərəcə isti, bəzi günlərdə 0-2 dərəcə şaxta təşkil edəcək. Gündüzlər temperatur 9-14 dərəcə isti olacaq, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 16-20 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 19-48 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 4-7 dərəcə isti olacağı gözlənilir ki, bu da kiçik müsbət fərqlə iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 1-6 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta təşkil edəcək. Gündüzlər 6-11 dərəcə isti olacaq, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 14-19 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 23-90 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir. Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 7-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 3-8 dərəcə isti, bəzi günlərdə 0-2 dərəcə şaxta təşkil edəcək. Gündüzlər 9-14 dərəcə isti olacaq, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 18-23 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 24-45 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir. Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı rayonlarında orta aylıq temperaturun 5-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 3-8 dərəcə isti, bəzi günlərdə 0 dərəcəyə yaxın, dağlarda isə 1-6 dərəcə şaxta təşkil edəcək. Gündüzlər 8-13 dərəcə isti olacaq, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 18-23 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 56-112 mm) olacağı gözlənilir. Geri dön |