Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yunanıstanın baş naziri referendum keçirilməyəcəyini rəsmən bəyan edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Yunanıstanın baş naziri referendum keçirilməyəcəyini rəsmən bəyan edib

Yunanıstanın baş naziri referendum keçirilməyəcəyini rəsmən bəyan edib


Yunanıstanın Baş naziri Georgeus Papandreu Avropa İttifaqının ayırmağa hazır olduğu yardım paketinin şərtlərini ümumxalq səsverməsinə çıxarılmayacağını bəyan edib.

O, Yunanıstanın əsas müxalifəti olan “Yeni Demokratiya” partiyasının Aİ-nın ikinci maliyyə yardım paketinin ratifikasiya edəcəyini alqışlayıb. Yunanıstanın Baş naziri bu partiya ilə yeni keçid hökumətinin formalaşmasına hazır olduğunu deyib.

Xatırladaq ki,Yunanıstan hökumətinə yardım kreditinin məbləği $178 mlrd dollar təşkil edir. Yardım paketinin digər hissəsini Yunanıstanın borcunun 50%-in silinməsini nəzərdə tutur.

Bunun müqabilində Yunanıstan hökuməti sərt və qeyri populyar iqtisadi tədbirlər planı tətbiq etməlidir.

Papandreu deyib: “Mən Yunanıstanın xarici tərəfdaşlarına bildirmişəm ki, əgər müxalifət danışıqlara razı olsa referendum keçirməyə ehtiyac qalmayacaq”. O bildirib ki, müxalifət bir necə şərt irəli sürüb: koalisiya hökumətinin yaradılması, yeni parlament seçkilərin keçirilməsi və sair. Bu məsələlər danışıqlarda müzakirə olunacaq.

Geri dön