Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran nüvə proqramı ilə bağlı beynəlxalq öhdəliklərə əməl etməlidir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > İran nüvə proqramı ilə bağlı beynəlxalq öhdəliklərə əməl etməlidir

İran nüvə proqramı ilə bağlı beynəlxalq öhdəliklərə əməl etməlidir


Birləşmiş Ştatlar İranı nüvə proqramı ilə əlaqədar beynəlxalq normalara əməl etməyə çağırıb.
voanews.com saytının verdiyi xəbərə görə, ABŞ bu çağırışı İsrail mətbuatında Amerikanın İrana mümkün hücumla bağlı müzakirələr apardığı barədə xəbərlərin yayıldığı vaxta təsadüf edir.
ABŞ Dövlət Departamentinin nümayəndəsi Viktoriya Nuland yayılan xəbərlərlə bağlı şərh verməkdən boyun qaçırıb. O, “mətbuatda dolaşan məlumatlar” la bağlı şərhləri İsrail hökumətindən almağını məsləhət görüb.
Viktoriya Nuland bildirib ki, Birləşmiş Ştatlar İsrailin təhlükəsizliyi məsələsinə sadiq qalır və İrann nüvə proqramının istiqamətindən narahatdır. “Biz və İsrail İranın götürdüyü istiqamətdən narahatıq. İranın nüvə sahəsində öhdəlikləri ilə bağlı mövqeyimizi açıq bildirmək üçün İsrail və beynəlxalq ictimaiyyətin üzvləri ilə birgə işləməyə davam edirik. Bizim mövqeyimizi isə bilirsiniz. Bu, ondan ibarətdir ki, İran öhdəliklərə əməl etmək üçün beynəlxalq ictimaiyyətin tələb etdiyi addımları atmalıdır”-deyə o bildirib.
Ağ evin mətbuat katibi Cey Karni də İsrail mətbuatında verilən məlumatları şərh etməkdən imtina edərək deyib ki, Birləşmiş Ştatlar əsas diqqəti İranın yaratdığı təhlükəyə və ölkənin beynəlxalq öhdəlikləri əməl etməməsi məsələlərinə yönəldib.
Cey Karni Birləşmiş Ştatların diqqəti İranla məsələnin diplomatik yolla həll olunmasının tərəfdarı olduğunu qeyd edərək, ABŞ-ın beynəlxalq sanksiyaların İrana mesaj göndərmək üçün təsirli vasitə olduğuna inandığını bir daha təkrarlayıb. “Bizim götürdüyümüz ölçülər, sanksiyalar və başqa addımlar İranın o səviyyədə təcrid edilməsinə gətirib çıxarıb ki, İran prezidentinin özü belə bu yaxınlarda sanksiyaların ölkə iqtisadiyyatına olduqca mənfi təsir göstərdiyini etiraf edib”-deyə o bildirib.

İsrailin Baş naziri Benyamin Netanyahu bu həftə deyib ki, İran nüvə silahları istehsalı üzərində işləməyə davam edir və İsrail qarşıdan gələn təhlükənin aradan qaldırılması üçün silahlı qüvvələrini gücləndirməlidir.
İran atom silahı proqramı üzərində işlədiyini rədd edərək, nüvə proqramının dinc məqsədlərə xidmət etdiyini bildirib.

Geri dön