Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Müsahibə > Güney Azrbaycanda milli fəallar vətən uğrunda həbs olunmağı özlərinə borc bilirlər
Güney Azrbaycanda milli fəallar vətən uğrunda həbs olunmağı özlərinə borc bilirlər |
Güney Azərbaycan Milli Azadlıq Hərəkatında Təbrizin «Traktor» futbol komandasının xüsusi yeri var. Azarkeşlərin milli məzmunlu şüarları ilə siyasiləşən «Traktor»un oyunları siyasi istəklərin ifadə edildiyi platformadır. Gün keçdikcə «Traktor» milyonlarla azərbaycanlını birləşdirən həmrəylik simvoluna da çevrilir. Bu baxımdan onun hər qələbəsi Güney Azərbaycanda, Azərbaycan Respublikasında və xaricdə yaşayan soydaşlarımızı sevindirir, qələbəsi coşqu ilə qarşılanır. «Traktor»un oyunlarının siyasiləşməsi, xüsusilə də siyasi şüarların meydanına çevrilən stadionlar İran hakimiyyətini də ciddi narahat edir. Demək olar ki, «Traktor»un hər oyunundan sonra hansısa milli fəal həbs edilir. Fevralın 26-da «Traktor»un Asiya Çempionlar Liqasının qrup mərhələsinin oyunları çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) «Əlcəzirə» komandası üzərində 3:1 hesablı qələbəsi Təbrizdə əhali tərəfindən böyük coşqu ilə qeyd edilib. 72 min nəfərlik stadionda 100 mindən çox azarkeş 90 dəqiqə boyunca «Yaşasın Azərbaycan!», Azərbaycan var olsun istəməyən kor olsun!», «Türk dilində mədrəsə!», «Qarabağ bizimdir, bizim olacaq!» şüarları səsləndirib, ingilis dilində «South Azerbaijan is not Iran!» və «1992 Khoyaly Genoside» pankartları qaldırıblar. Stadiona gedə bilməyən azarkeşlər isə bazarlarda, dükan və emalatxanalarda oyunu televizordan izləyiblər. «Traktor»un qələbəsi ilə sona çatan oyun bitən kimi on minlərlə azərbaycanlı azarkeşlər küçələrə axışaraq Azərbaycan xalq mahnıları sədası altında rəqs ediblər. Hətta avtomobil yollarında nəqliyyat dayandırılıb, Təbriz küçələri «Traktor» bayraqları ilə bəzəbilib. Bundan əlavə, azərbaycanlı azarkeşlər İranın Ermənistanla əlaqələrini genişləndirməsini kəskin şəkildə pisləyib, buna etiraz olaraq ərəb qrafikalı əski Azərbaycan əlifbasında «Qarabağ bizimdir, bizim olacaq!» şüarı yazılmış pankart qaldırıblar və şüarlar səsləndiriblər. Nəticədə İran təhlükəsizlik qüvvələri aksiyaya müdaxilə edərək zor tətbiq edib. Lakin polis bu mərasimlərə müdaxilə edərək xeyli sayda azarkeşi tutub. Həbs edilən azərbaycanlı fəalların əksəriyyətinin adları məlumdur. Bunlar Siyamək İrani, Siyamək Seyfi, Musa Sudi, Cəfər Rüstəmirad, Məhəmmədəli İsmayılpur, Mətin Purzəng (23 yaşlı xanım), Behnam Nikzad, Həsən Hacıməhəmmədi, Məhəmməd Qulipur, Əli Əhmədi, Mustafa Xeyri, Cavad Tağızadə, Əlirza Bayat, Həsən Bayat, Fərhad Çavuşi, Fərid Aştiani, Kəsra Davudi, Əli Ustadi, Səid Səttari, Səccad Culani, Vahid Rüstəmxani və başqalarıdır. Güney Azərbaycan Milli Azadlıq Hərəkatına bağlı bəzi xəbər saytları tutulanlardan bəzilərinin azadlığa buraxıldığını yazıblar. Ancaq bununla belə, həbslərin artacağı istisna edilmir. «Traktor»un Güney Azərbaycan Milli Azadlıq Hərəkatında yerini və əhəmiyyətini nəzərə alaraq bu mövzu haqqında yazmaq istədik. Suallarımızı əslən Qoşaçay (fars şovinistləri Miyandab olaraq dəyişdirib) şəhərindən olan, hazırda isə Türkiyədə siyasi mühacir həyatı yaşayan Əli Sultani cavablandırdı.
- Güney Azərbaycan Milli Azadlıq Hərəkatında «Traktor» futbol komandasının hansı yeri var? - Bildiyiniz kimi, «Traktor» Təbrizin futbol komandasıdır. «Traktor»un hərəkatda öz yeri var. Həm Güney Azərbaycanda, həm də xaricdə milyonlarla tərəfdarı olan bir komandadır. Demək olar ki, «Traktor» azarkeşləri tərəfindən siyasiləşmiş bir komandadır. Bu komanda özü ilə Güney Azərbaycanı da təmsil edir və tanıdır. - «Traktor»un qələbə qazanmasında azarkeşlərin dəstəyini də qeyd edirlər. Sizcə, tərəfdarların oyuna nə dərəcədə təsiri var? - Əlbəttə ki, böyük təsiri var. Mən özüm də idmançı olmuşam. Bu baxımdan yarış da azarkeşlərin dəstəyinin çox təsir göstərdiyini deyə bilərəm. Təbrizin öz stadionunda, on minlərin dəstəyinin sözsüz ki, «Traktor» oyunçularının qalibiyyətində payı var. - Yaxın günlərdə «Traktor» «Əlcəzirə» komandasını məğlub etdi və bu qalibiyyət Təbrizdə böyük coşqu ilə qeyd edildi. Bu cür mərasimlərdə azarkeşlərə polis tərəfindən təzyiq edilir? - Sözsüz ki. Elə siz qeyd etdiyiniz oyundan sonra qələbəni qeyd edən 100-dən çox azarkeş həbs olundu. Onlardan 20-dən çoxunun kimliyi məlumdur. - Nə üçün həbs edirlər? - Bir az əvvəl də dediyim kimi, «Traktor» artıq siyasiləşmiş bir komandadır. Onun yarışlarında milli şüarlar səslənir, insanlar siyasi istəklərini dilə gətirirlər. «Əlcəzirə» oyunundan sonra minlərlə azarkeş küçələrə axışdı. Rəqs etdilər, «Traktor» bayraqlarını dalğalandırdılar, yenə siyasi şüarlar səsləndirdilər. Milli və siyasi məsələlərin şüarlarla səsləndirilməsi həbslə nəticələnir. - Hətta həmin oyunda ingilis dilində «Güney Azərbaycan İran deyil!» yazısı olan pankart da açmışdılar. Həmin pankartı saxlayan azarkeşlər həbs riskini də nəzərə alırlarmı? - Əlbəttə. Rejim üçün belə bir ağır siyasi şüarın yazıldığı pankarta görə həbs də edə bilərlər. Bunu həmin pankartı saxlayan soydaşlarımız da yaxşı bilir. Amma onlar həbsi gözə alaraq belə addımlar atırlar. Güney Azərbaycanın istiqlaliyyəti yolunda, vətən, torpaq üçün həbs olunmağı özlərinə borc bilirlər. Onlar Azərbaycanı öz şəxsi həyatlarından və mənafelərindən üstün bilən igid qardaşlarımızdır. - Saxlanılan «Traktor» azarkeşləri həbs cəzasına da məhkum edilirlər? - Həbs cəzası da alırlar, həbsdə işgəncə də görürlər. Digər tutulan milli fəallara olduğu kimi onlara da hər cür basqı göstərilir. İran kimi despot bir rejimdə şüar demək də cəza ilə nəticələnir. - «Traktor» azarkeşləri arasında gənclər daha çoxluq təşkil edir. Bu cür təzyiqlər gənclərə necə təsir göstərir? - Rejim həbslər və təzyiqlərlə milli fəalların gözünü qorxutmağa, onları hərəkatdan çəkindirməyə çalışır. Amma indiyədək buna nail ola bilməyib. Çünki hərəkatda olan hər kəs bilir ki, hansı yola baş qoyur. Əksinə mən deyərdim ki, həbslərlə hərəkat daha da güclənir. Bir nəfər həbs edilənin yerinə hərəkata 10 yeni milli fəal qatılır. Güney Azərbaycanda hərəkat getdikcə daha da güclənir. - Milli fəalların valideynlərindən qarşı çıxanlar da olur? - Baxır ailəyə. Elə valideynlər var ki, övladlarının hərəkata qatılmasına qarşı çıxır, eləsi də var ki, dəstəkləyir. Amma adətən başdan qarşı çıxan ailələr, bir müdət sonra hərəkatı özləri də dəstəkləyirlər. Son illər milli fəlları dəstəkləyən valideynlər qat-qat çoxdur. Əgər belə olmasaydı, hərəkat bu qədər genişlənməzdi. 2006-cı ildən əvvəlki hərəkatla müqayisədə indiki hərəkat çox güclüdür. - Hərəkatın güclənməsinin səbəbləri nədir? - Milli oyanış, təbliğat, milli fəalların çoxalması və s. İnsanlar milli kimliklərini dərk etdikcə, hərəkatı daha çox dəstəkləyirlər. Güney Azərbaycanda yaşayan 35 milyondan çox Azərbaycan türkü bir xalqdır və İranda milli çoxluqdur. İnsanlarımız müstəqil olmağı, öz müqəddəratlarını özləri həll etmək istəyir. Digər xalqlar kimi, bütün insan haqları və azadlıqlarına sahib olmağı arzu edirlər. Bu, Güney Azərbaycanın da haqqıdır və bu haqqı qazanacaq. - «Traktor» oyunçularının hamısı Azərbaycan türkləridir? - Yox, əcnəbilər də var. Onu da qeyd edim ki, «Traktor»da oynayan əcnəbi oyunçuya başqa bir klubdan daha çox pul təklif etsələr də, o, «Traktor»dan ayrılmır. Yaxın günlərdə bir fars oyunçuya Çinin futbol klublarından birindən təklif gəldi, amma o getmədi. Çünki «Traktor»dakı dostluq və yoldaşlıq başqa heç bir komandada yoxdur. «Traktor»u dünyanın digər komandalarından fərqləndirən başqa bir üstünlüyü isə onun milyonlarla azarkeşidir. Hətta «Traktor» uduzanda da azarkeşləri «Eybi yoxdur, eybi yoxdur!» şüarları verirlər. Dünyanın başqa heç bir komandasının belə bir azarkeşi yoxdur. Təsəvvür edin ki, başqa futbol komandaları oyunda məğlub olanda oyunçularında və ya məşqçilərində dəyişiklik olur. «Traktor»da isə belə hallar olmur. - Güney Azərbaycanın digər şəhərlərinin də öz yerli futbol komandaları var. Bununla belə demək olar ki, «Traktor» hər bir güneylinin dəstəklədiyi komandadır? - Bəli. Təxminən on il əvvəl İranda iki futbol komandası məşhur idi: «Perspolis» və «İstiqlal». Güney Azərbaycanda da hansı evə getsəydiniz, ailənin yarısı «Perspolis», yarısı isə «İstiqlal» tərəfdarı olardı. Amma indi Güney Azərbaycanda hər kəs üçün bir nömrəli komanda «Traktor»dur. Hətta indi də «Pesrpolis»i dəstəkləyən güneylinin evində «Traktor» bayrağı da var. Ondan soruşsanız ki, hansı komandanı dəstəkləyirsən? Birinci «Traktor»un, sonra «Perspolis»in adını çəkəcək. «Traktor»u tək Güney Azərbaycanda deyil, xaricdə yaşayan azərbaycanlılar da dəstəkləyirlər. Hətta Azərbaycan Respublikasında da onun tərəfdarları çoxdur. «Traktor» fars şəhərlərində fars komandaları ilə oynayanda da onun azarkeşləri daha çox olur. - Niyə çox olur? - Güney Azərbaycan türkləri İranda sayca ən böyük millətdir və fars şəhərlərinə də yayılıblar. Dünyada İstanbuldan sonra ikinci türklərin ən çox yaşadığı şəhəri kimi Tehran qeyd edilir. Həm də azarkeşləri «Traktor»un arxasında hər yerə gedərək onu dəstəkləyirlər. - Siz «Traktor» oyunlarını stadionda izləyibsiniz? - Bəli iki dəfə stadionda izlədim. Üçüncü dəfə həbs olundum. Məhkəmə 6 ay şərti həbs cəzası verdi. Birdə stadionda oyunu izləsəydim, 6 ay həbsə düşəcəkdim. Bir müddət sonra da İranı tərk etməli oldum. - Oyunlarda adətən hansı şüarlar səslənir? - Milli və siyasi məzmunlu şüarlar. Məsələn, «Türk dilində mədrəsə, olmalıdır hər kəsə!», «Azərbaycan var olsun, istəməyən kor olsun!», «Qaraba? bizimdir, bizim olacaq!» və s. Qarabağ birimiz bir parçamızdır. Onu heç zaman yaddan çıxarmarıq. - Demək olar ki, stadionlar milli və siyasi istəkləri ifadə etmək üçün tribunadır? - Böyük bir tribunadır. İnsanlarımız küçələdə, xiyabanlarda dilə gətirə bilmədikləri siyasi şüarları «Traktor» oyunlarında səsləndirirlər. Turqut Geri dön |