Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Birləşmiş Millətlər Təşkilatının (BMT) yaradılmasından 68 il keçir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Birləşmiş Millətlər Təşkilatının (BMT) yaradılmasından 68 il keçir

Birləşmiş Millətlər Təşkilatının (BMT) yaradılmasından 68 il keçir


Bu təşkilatı 1945-ci il martın 2-də İkinci Dünya Müharibəsinin qalibləri yaradıblar. Dünyada sülh və sabitliyi qorumaq, beynəlxalq prinsip və qanunlara sayğıyla yanaşmaq məqsəd kimi elan olunub.
Bəs ötən dövrdə BMT özünü nə dərəcədə doğruldub? Bu günkü dünya düzəninə nə dərəcədə uyğundur?
BMT yarananda ümid edilirdi ki, bu təşkilat növbəti dünya müharibəsinin başlamasına yol verməyəcək. Qlobal miqyasda yanaşılsa, İkinci Dünya Müharibəsindən sonra geniş miqyaslı toqquşma olmayıb. Bu prizmadan yanaşsaq deyə bilərik ki, BMT özünü doğruldub. Ancaq bir məsələ var ki, hazırkı dünya lokal münaqişələrlə zəngindir. Bu lokal münaqişələrdə də həlak olanların sayı Birinci və İkinci Dünya Müharibəsində ölənlərin sayından qat-qat çoxdur. Elə götürək Suriyadakı vəziyyəti. Hər gün bu glkədə dinc insanlar Bəşər Əsəd rejiminin qurbanına çevrilirlər. BMT bu və digər lokal münaqişələrin qarşısını ala bilmir. Bu beynəlxalq təşkilatın ən böyük problemi qəbul etdiyi qərarları həyata keçirə bilməməsi ilə bağlıdır. Məsələn, Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş 20 faiz ərazisinin azad olunması ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi var, ancaq həmin qətnamələr həyata keçirilmir. Bu qətnamələrin həyata keçirilməsi mexanizmi də hərəkətə gətirilmir. O baxımdan BMT lokal münaqişələrin həllində zəiflik nümayiş etdirir. Buna obyektiv yanaşanlar da var. Onların arqumentlərinə görə, bu beynəlxalq təşkilatda çoxlu sayda dövlət, Təhlükəsizlik Şurasında beş daimi üzv var. Bu daimi üzvlərin də hər biri digəriylə rəqabətdədir. Rəqabətdə olduqları müddətdə də vahid qərar qəbul etmək çətindir. Təhlükəsizlik Şurasının beş daimi üzvünün maraqları üst-üstə düşən zaman qəbul edilmiş qərar həyata keçirilə bilər.
BMT Təhlükəsizlik Şurasında Qərb ölkələri (ABŞ, İngiltərə, Fransa) bir, Rusiya, Çin isə başqa maraqlardan çıxış edirlər. Beləliklə, maraqlar toqquşur. Ona görə də BMT-də vahid bir qərar qəbul etmək çətinləşir. Bu çərçivədə hərəkət etmək çətin olduğundan böyük dövlətlər ya özbaşına fəaliyyətə başlayır, ya da öz müttəfiqləriylə hərəkət edirlər. Məcələn, Əfqanıstana müdaxilə zamanı ABŞ HATO-dakı müttəfiqləriylə birgə hərəkətə keçdi. İraq məsələsini də BMT çərçivəsində çözməyin çətin olduğunu bəyanlayan ABŞ əvvəlcə təkbaşına hərəkət etdi, sonra HATO-dakı müttəfiqlərini də bu işə qoşdu. Bu mənada BMT effektiv bir quruma çevrilə bilməyib.
BMT-nin eefktiv fəaliyyət göstərməsi üçün mexanizm axtarışlarına da ehtiyac yoxdur. Çünki böyük dövlətlər anlayırlar ki, BMT real bir quruma çevrilə bilməyəcək. Amma bu vəziyyətdə də BMT böyük dövlətlərə lazımdır. Çünki bu beynəlxalq təşkilat fikir mübadiləsi aparmaq üçün bir məkandır. Elə bir məkandır ki, ABŞ prezidenti də, ona rəqib olan İran prezidenti də orada eyni tirbunadan çıxış edə bilər. Bu baxımdan böyük dövlətlərin belə fikir mübadiləsi məkanına ehtiyacları var. Bundan sonra isə BMT-nin effektiv quruma çevrilməsi üçün hər hansı addımın atılması inandırıcı görünmür.

Arzu Şirinova

Geri dön