Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Qabil Hüseynli: “Arif Hacılı xaosun başlanmasına sevinir”
Qabil Hüseynli: “Arif Hacılı xaosun başlanmasına sevinir” |
“Əgər başqa bir dövlət burada təxribatlar hazırlayır, sən dəstək verirsənsə, bu nifrətəlayiqdir”
“Məni təəccübləndirən odur ki, bəzi partiya funksionerləri Saakaşvillini riyakarlıqda təqsirləndirir. Saakaşvillinin guya seçkini uduzduğuna görə bu cür hərəkətlər etməsi barədə əsassız nəticələr çıxarırlar. Onlar Söyün Sadıqovun müdafiəsinə girişməklə göstərirlər ki, guya həmin iş adamı diasporun müdafiəsi ilə məşğuldur. Bir növ ruspərəst adamların vəkili rolunda çıxış edirlər”. Bu sözləri açıqlamasında müstəqil politoloq, eks-müsavatçı Qabil Hüseynli Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının Saakaşvilinin tənqidi ilə bağlı açıqlamalarını şərh edərkən bildirib. Qeyd edək ki, A.Hacılı Saakaşvilinin “Azərbaycanda dövlət çevrilişi hazırlanır” bəyanatına kəskin reaksiya verərək, gürcü dövlət başçısını “riyakarlıqda” ittiham edib. “Bu cür yanaşma, nifrətəlayiqdir” Politoloq Müsavat Partiyası icra aparatının rəhbəri Arif Hacılının dediklərini tamamilə əsassız və mənasız adlandırıb. “Azərbaycanın yenidən qarışıqlıq və xaosa sürüklənməsi ehtimalından sevinc hissi keçirir. Bunlar elə bilir ki, bulanıq suda yenidən balıq tuta biləcəklər. Məsələyə bu cür yanaşma, nifrətəlayiqdir. Sən Vətəninin iqtidarından narazı ola bilərsən, hakimiyyətin dəyişməsi üçün müəyyən səylər göstərməyə haqqın ola bilər. Amma əgər başqa bir dövlət burada təxribatlar hazırlayır və sən də bunu müdafiə etməyə çalışırsansa, belə bir adamın Azərbaycan vətəndaşı adlandırılması xeyli çətinləşir”. “Saakşvilinin bəyənatı ciddi qəbul olunmalıdır” Politoloqun sözlərinə görə, Gürcüstan prezidenti Mixail Saakaşvillinin dövlət çevrilişi ilə bağlı həyəcanlı bəyanatı kifayət qədər ciddi qəbul olunmalıdır. “Bu təhlükənin artıq müəyyən əlamətləri göz önündədir. Təcavüzkar Ermənistan son iki-üç ayda Rusiyadan xeyli miqdarda pulsuz silah alıb. Üstəlik Ermənistana yeni desant diviziyasının gətirilməsi haqqında danışıqlar gedir. Bu yaxınlarda Rusiya-Ermənistan arasında hərbi əməkdaşlıq haqqında saziş imzalanacağı da gözlənilir. Bir sözlə, Rusiya regiondakı dövlətləri təsir dairəsinə salmaq üçün müxtəlif təxribatlara əl atmaq niyyətindədir”. “Türkiyəni köməyə çağırmaq lazımdır” Azərbaycanın bu təhlükələri dəf edə biləcək gücdə olduğunu deyən politoloqun sözlərinə görə Türkiyə amili barədə də şərh verib. “Türkiyə də bu proseslərdə maraqlı olan dövlət kimi gec-tez öz mövqeyini bildirəcək. Rusiya elə fikirləşməsin ki, Söyün Sadıqovla Rüstəm İbrahimbəyov nəyisə dəyişə biləcək. 20 il bundan əvvəl bu reallaşa bilərdi. Amma bölgədə qüvvələr nisbətinin Azərbaycanın xeyrinə kəskin dəyişdiyi şəraitdə Rusiyanın bu niyyətlərini həyata keçirməsi mümkünsüz görünür. Hətta Rusiyanın bu siyasəti öz ərazilərində sıxışdırılan, əzişdirilən xalqların ona qarşı mübarizəsinə çevrilə bilər”-deyə o, ciddi ittihamlar irəli sürüb. “Saakaşvilinin açıqlaması Qərbin Azərbaycana çatdırmaq istədiyi məlumatdır” Q.Hüseynlinin sözlərinə görə, Saakaşvilinin səfəri təsadüfi deyil. “Saakaşvilinin açıqlaması Qərbin Azərbaycana çatdırmaq istədiyi məlumatdır. Onun dediklərinin böyük bir qismini əvvəlcədən də bilirdik. Söyün Sadıqovun Borçalı dövləti yaratmaq və bununla əlaqədar müəyyən adamlara gerb, bayraq və şəkillər göndərməsi Gürcüstan cəmiyyətini xeyli dərəcədə həyəcanlandırır. O cümlədən İvanişvilinin Cavaxetiya ermənilərinin liderini həbsxanadan çıxarıb azadlığa buraxması da onun Rusiyanın adamı olmasını təsdiqləyir”-deyən politoloq Qabil Hüseynlinin sözlərinə görə, Gürcüstanı parçalamaq həmin ssenarini Azərbaycanda da həyata keçirmək niyəti güdürlər. “Rüstəm İbrahimbəyov Rusiyanın hazırladığı siyasi texnologiyadan xəbərdardır” “Söyün Sadıqov özü üstüörtülü olsa da, bunun anonsunu verib. O deyib ki, 2013-cü ildə keçiriləcək prezident seçkisi Azərbaycan üçün çətin olacaq. Rüstəm İbrahimbəyov isə şadyanalıq hissi ilə söyləyib ki, Azərbaycanda 2013-cü ildə başqa bir adam hakimiyyət başında olacaq. Bu insanlar Rusiyanın hazırladığı siyasi texnologiyalardan xəbərdardırlar. Söyün Sadıqov kimi biri isə ultimativ formada Azərbaycan mətbuatı vasitəsilə iqtidara mesajlar ötürür. Bu adamın ciddi bir keçmişi də yoxdur. Rusiya cəmiyyətində elə bir nüfuza da malik deyil. Sadəcə, Rusiya xüsusi xidmət orqanları ilə bağlılığı var. Bu da ona ruh verir. Xüsusi xidmət orqanlarının hazırladıqları planları, təxribat xarakterli məsələləri həyata keçirmək üçün icraçı olurlar. Bu təxribatların detalları haqqında həm Azərbaycan, həm də Gürcüstan hakimiyyət orqanları çoxdan xəbərdardırlar. Bu informasiyalar daha sistemli şəkildə Saakaşvilli tərəfindən Azərbaycanın hakimiyyət dairələrinə çatdırıldı. Yəqin ki, bunun qarşısını almaq üçün iki dövlət atacağı addımları müəyyənləşdirib”-deyə Q.Hüseynli bildirib. Gürcüstan prezidenti Mixail Saakaşvillinin Azərbaycanda dövlət çevrilişi haqqında dediyi fikirlər artıq iki gündür ölkə gündəmini zəbt edib. Gürcü prezidentin sözlərinə görə bu çevriliş planı Gürcüstan ssenarisi üzrə hazırlanır. Söyün Sadıqovu və “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərovu isə bu işin icraçıları adlandırıb. Söyün Sadıqov da Mixail Saakaşvilliyə cavabında ona qarşı ciddi ittihamlar səsləndirib. “Milyarderlər İttifaqı”nın üzvü qeyd edib ki, Rusiya olmasaydı Gürcüstan bir dövlət kimi mövcud olmayacaqdı. Aqşin Kərimov/Modern.az Geri dön |