Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > Azərbaycan yol polisi zor tətbiq edən sürücülərə xəbərdarlıq etdi
Azərbaycan yol polisi zor tətbiq edən sürücülərə xəbərdarlıq etdi |
Azərbaycan yol polisi zor tətbiq edən sürücülərə xəbərdarlıq edib.
Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, bəzi vətəndaşlar, xüsusən də sürücülər tərəfindən yol polisinə qarşı təkcə müqavimət göstərilmir, hətta bəzən zor tətbiq edilir. "Həmin şəxslər düşünürlər ki, bu halda ancaq cərimə ilə ötüşə bilərlər. Məsələ bundadır ki, belə hallara yol verən şəxslər artıq inzibatı yox, cinayət məsuliyyətinə cəlb olunurlar. Lakin zor tətbiq etməklə müşaiyət olan hallar heç də tez-tez baş vermir. Bu çox nadir hallarda olur", Əliyev qeyd edib. Şöbə rəisinin sözlərinə görə, belə əməllər əksər hallarda sərxoş sürücülər tərəfindən törədilir. "Bilirsiz ki, sərxoş insan daha aqressiv olur. Əlbəttə, avtomobilin idarəetmədən kənarlaşdırılması, əlindən alınması, mühafizə olunan duracağa qoyulması heç ayıq adamın xoşuna gəlmir ki, o ki qala orta və ya ağır dərəcədə sərxoş vəziyyətdə olan sürücülər olsun. Məhz sərxoşluqdan bu cür aqressiya və xuliqanlıq əməlləri daha çox yaranır", deyə Əliyev bildirib. Əliyev bu cür hallarda yol patrul xidməti əməkdaşlarının da təqsiri olduğunu istisna etmir. Lakin belə hallar baş verdikdə, mübahisə və ya münaqişənin yaranmasında təqsirkarın kimliyi araşdırma yolu ilə müəyyən olunur. Bu məsələdə DYP əməkdaşlarının avtomobillərində quraşdırılmış videokameraların da səmərəsi artıq hiss olunur. "Belə ki, artıq inspektor bilir ki, onun bütün hərəkətləri və sözləri yazılır, video görüntü şəklində qeydə alınır. Bunu bilə-bilə polis heç vaxt kobudluğa və qanunsuzluğa yol verməz. Ən azından buna yol verməməyə çalışır. Amma bəzən elə sürücülər olur ki, xəbərdarlıq edilməsinə baxmayaraq, onlar bunu ya unudur, ya da inanmırlar ki, onların hərəkətləri qeydə alınır. Həmin vaxt sürücülər müəyyən şantaj və təhdidlər edir, hədə-qorxu gəlirlər. Lakin sonra vətəndaş şikayət edərkən faktın araşdırılması zamanı həmin materiallar ortaya qoyulanda şikayətçi vətəndaşlar araşdırmaya gəlmir və müraciətləri ilə bağlı sadəcə deyirlər ki, artıq şikayətim yoxdur. Çünki şikayətin məqsədi özlərini məsuliyyətdən yayındırmaq üçün kiməsə böhtan atmaq və ya şantaj etmək olur. Əgər vətəndaşın dedikləri o qeydlərdə təsdiqini tapırsa və orada hər hansı təhqiredici ifadələr olursa, polis vətəndaşları cəzadan kənarda qalmırlar. Buna görə artıq bir neçə əməkdaş ya intizam məsuliyyətinə cəlb olunub, ya tutduqları vəzifədən və ya ümumiyyətlə, daxili işlər orqanlarından azad ediliblər", şöbə rəisi bildirib. Qeyd edək ki, son zamanlar Azərbaycanda ayrı-ayrı hallarda bəzi vətəndaşlar tərəfindən polis əməkdaşlarına tabe olmamaq, xüsusən də polisə qarşı zor tətbiq etmək kimi faktlar qeydə alınır. Bu cür hallar əsasən yol polisi əməkdaşlarına qarşı baş verir. Bu problemin ictimailəşməsi isə Azərbaycanda polis-vətəndaş münasibətləri sahəsindəki vəziyyətə aydınlıq gətirilməsinə ehtiyac duyulduğunu ortaya çıxarıb. Geri dön |