Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney Azərbaycan İran Deyil plakatı ilə bağlı 6 nəfərin həbs edildiyi bildirilir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Güney Azərbaycan İran Deyil plakatı ilə bağlı 6 nəfərin həbs edildiyi bildirilir

Güney Azərbaycan İran Deyil plakatı ilə bağlı 6 nəfərin həbs edildiyi bildirilir


“Traxtur” futbol klubunun sədri Məmməd Hüseyn Cəfəri Farda News veb səhifəsi ilə müsahibədə ötən həftə “Traxtur” və "Əl-Cəzirə" takımları arasındakı futbol matçı zamanı üzərində ingiliscə “Güney Azərbaycan İran Deyil” sözləri yazılmış böyük plakatı stadiona aparan altı nəfərin təhlükəsizlik məmurları tərəfindən tutulduğunu bildirib.
Həbs edilənlərin kimliyi ilə bağlı məlumat yayılmayıb. Cəfərinin sözlərinə görə, plakatı stadiona gətirib, əllərində tutanlar sadəcə 6 nəfərdən ibarət olub və onlar da 3-4 dəqiqə sonra təhlükəsizlik məmurları tərəfindən tutulublar. “Bu planlı bir hərəkət idi. Onlar plakatın parçalarını alt geyimi kimi stadiona gətirib orada düymə ilə bir-birinə yapışdırıblar,”- deyə əlavə edib.
“İranın 3 adasına dair iddiası olan Birləşmiş Ərəb Əmirliklərinin takımı ilə matç zamanı “Azərbaycan İran Deyil” şuarını səhnəyə çıxarmaq İranın zərərinədir”- deyə yazan Farda News veb səhifəsi plakatı stadiona aparanları “vətən xaini” adlandırıb.
Fevralın (february) 26-da Asiya Çempionlar Liqası oyunları sırasında Təbrizdə keçirilən “Traxtur-Əl-Cəzirə” matçında “Traxtur” azarkeşləri tərəfindən stadiona aparılan böyük plakatın xəbəri Fələstin ərazisində nəşr olan Əl-Quds, Bəhreynin Əl-Vətən və İraqın Əz-Zaman qəzetləri kimi ərəbdilli media, Türkiyənin çoxtirajlı Zaman qəzeti və s. kimi kütləvi informasiya vasitələrində yayılıb.
Qəzetlərin yazdığına görə, Azərbaycanlı azarkeşlər kütləvi şəkildə şüarlar səsləndirərək, türk dilində təhsil haqqını tələb edib və Azərbaycan Respublikası torpaqlarını işğal edən Ermənistan dövlətini dəstəklədiyi üçün İran hökümətinə etirazlarını bildiriblər.

Geri dön