Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > MDHP Güney Azərbaycan Departamentinin 8 MART – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik Bəyanatı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Güney Azərbaycan xəbərləri, Siyasi partiyalar > MDHP Güney Azərbaycan Departamentinin 8 MART – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik Bəyanatı

MDHP Güney Azərbaycan Departamentinin 8 MART – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik Bəyanatı


Əziz həmvətənlər və hörmətli soydaşlar:
“Azərbaycan Türk qadını öz müdrikliyi, mübarizliyi və ləyaqəti ilə Azərbaycan tarixinin hər bir mərhələsində parlaq səhifələr yaradıb. Bu bir həqiqətdir ki, ən çətin şəraitdə belə tariximizin, mədəniyyətimizin, milli-əxlaqi dəyərlərimizin, adət-ənənələrimizin və xüsusilə də dilimizin bu günədək qorunub saxlanılmasında analarımızın rolu danılmazdır. Bir çox inkişaf etmiş ölkədə qadın azadlıq və hüquqları ön planda olsa da , İran adlanan ölkədə qadınlara qarşı fars kültüründən qaynaqlanan aşağılayıcı münasibət mövcuddur və qadınlara qarşı bu yanaşma bütün ictimai-siyasi münasibətlərdə özünü təzahür etdirir. Bunun nəticəsidir ki, hələ də işğal altında olan Güney Azərbaycanda Azərbaycan Türk qadınları milli və cinsi ayrıseçkiliyə məruz qalaraq bütün hüquq və azadlıqlarından məhrum olunublar.
Bütün bu çətinliklərə ramən bu gün Güney Azərbaycanda aparılan milli mübarizədə Azərbaycan Türk qadını özünün əhəmiyyətli rolunu və təsirini dərk edərək, milli məfkurə və azadlığımız uğrunda mübarizə aparmaqdadır, Güney Azərbaycanın müstəqilliyinin əldə edilməsi istiqamətində fəaliyyət göstərməkdədir.
Milli Dirçəliş Hərəkatı Partiyası Güney Azərbaycan Departamenti olaraq 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Güney Azərbaycanda və bütün düyada yaşayan Türk qadınlarını təbrik edir və onlara hər zaman bahar təravətlilə yanaşı ailə səadəti arzulayırıq.
MDHP Güney Azərbaycanda azad və demokratik cəmiyyətin qurulması və orada qadınların bərabərhüquqlu azad vətəndaş haqlarının təmin olunması istiqamətində fəaliyyət göstərəcəyini bir daha bəyan edir.
ƏZİZ QADINLAR BAYRAMINIZ MÜBARƏK OLSUN!
Hörmətlə:
Milli Dirçəliş Hərəkatı Partiyası,Güney Azərbaycan Departamenti

07.Mart 2013-cü il

MDHP Güney Azərbaycan Departamentinin 8 MART – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik Bəyanatı

Geri dön