Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Bildiriş > 8 Mart - Beynəlxalq Qadınlar Bayramı Münasibətilə Azərbaycan Qadınlarına Təbrik Məktubu
8 Mart - Beynəlxalq Qadınlar Bayramı Münasibətilə Azərbaycan Qadınlarına Təbrik Məktubu |
ƏZİZ QADINLAR, ANALAR VƏ BACILAR!
Bu şanlı 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Gəncə şəhəri İranlı Mühacirlər Cəmiyyəti sizi hərarətlə təbrik edir. Evə, ailəyə və uşaqların tərbiyəsinə yorulmaz qayğınızla, sədaqətiniz və mehribanlığınızla, şəfqətiniz və müdrikliyinizlə siz böyük minnətdarlığa, məhəbbətə, dərin hörmətə və təşəkkürə layiqsiniz. Cəmiyyətimizin maddi nemətlərinin və sərvətlərinin yaradılmasında fəallığımız və xidmətiniz böyükdür. Sülhün möhkəm və qəti tərəfdarı olan bizim qadınlarımız, ana və bacılarımız, yer üzünün insanlarını həmrəylik və qarşılıqlı ehtiram şəraitində yaşamağa çağıran səsiniz bütün planetdə eşidilir. Qadınlarımıza xas olan fədakarlıq, əməksevərlik və insanpərvərlik kimi gözəl keyfiyyətlər cəmiyyətimiz üçün xüsusilə vacibdir. Elə ümumi məqsədlər var ki, qadınlarımızı, ana və bacılarımızı birləşdirir. Bunlar məhəbbətdir, evdə əmin-amanlıqdır, uşaqlarının, əzizlərinin sağlamlığı və sədaqətlidir, yer üzündə sülhdür. Arzu edirəm ki, bu ən əziz məqsədlər qadınlarımızın, ana və bacılarımızın həyatında daima var olsun. Yaşasın Planet Qadınlarının Beynəlmiləl Həmrəylik Bayramı olan 8 MART. Əziz Qadınlar, Analarımız və Bacılarımız! Sizə həyatda ən şirin nemət olan can sağlığı, uzun ömür, səadət, xoşbəxtlik arzu edirəm və aşağıda yazılan şeirimi ittihaf edirəm. QADIN ÜRƏYİ Qadın qaş-qabağı yarpaq tökümü, Eşqi, məhəbbəti Novruz gülüdür. Bənövşə boylanır ayaq izindən, Ayağı dəyməyən torpaq ölüdür. Nə qədər gözəllik varsa dünyada, Qadın əməlidir, qadın işidir. Qadınlar həyatın dayaq nöqtəsi, Qadınlar dünyanın cəfakeşidir. Bir ürək incisə batacaq yasa, Qəlbində min ocaq qalanır onun. Evdə bir nəfərin başı ağrısa, Neçə yol başına dolanar onun. Min dünya yerləşir ürəklərində, Arzusu, əməli xoş niyyətlidir. Bir gözəl gülüşü, qız təbəssümü, Günəş şüasından hərarətlidir. Yatırıq, dururuq qadın səsiylə, Qadınsız bir evdə gözə çən gələr. Dünyaya göz açmış hər körpəsilə, Bir qadın həyata yenidən gələr. Bolluq əllərinin bərəkətidir, Şirindir əlinin duzu, çörəyi. Sevgisi bir elin səadətidir. Ana ürəyidir-Qadın ürəyi. Dərin hömətlə, Gəncə Şəhər İranlı Mühacirlər Cəmiyyətinin sədri, Əli DƏSTİ Geri dön |