Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > “İranda dini və milli dözümsüzlük” mövzusunda tədbir keçirildi.
“İranda dini və milli dözümsüzlük” mövzusunda tədbir keçirildi. |
Fərəc Quliyev: “İslama dünyada ən böyük zərbəni İslam adı aıtında İranın şovinist irqçi diktatura rejimi vurur.”
Bu gün Atatürk mərkəzində Milli Dirçəliş Hərəkatı Partiyası Güney Azərbaycan Departamentinin təşkilatçılığı ilə “ İranda dini və milli dözümsüzlük” mövzusunda konfrans keçirilmişdir. Konfransda MDHP rəhbərliyi ilə yanaşı ölkənin tanınmış elm xadimləri, siyasətçilər, mətbuat adamları iştirak etmişlər. Konfransı açıq elan edən MDHP Güney Azərbaycan Departamentinin sədri Əlirza Amanbəyli İrandakı qeyri-fars və qeyri-şiə vətəndaşlara edilən təzyiqlərdən danışıb. O dünya birliyinin bu haqsızlıqlara susmasından narazılığını ifadə edib. Sonra çıxış üçün söz Cənub problemləri üzrə tədqiqatçı Ənvər Börüsoya verilib. Ə. Börüsoy İranın Azərbaycanda və regionda təxribat törətmək üçün mobil qruplar yaratması barədə tutarlı faktlar açıqladı. O, Urmiya gölünün qurudulmasının səbəbləriylə bağlı toplantı iştirakçılarının diqqətini çəkən iyrənc bir siyasətin mahiyyətini açıqladı. Belə ki, onun bildirdiyinə görə sözugedən hadisə hələ xeylı əvvəl ermənilər tərəfindən hazırlanmış bölgəni “adamsızlaşdırmaq” məqsədini daşıyan bir layihədir ki, indi farsların marağına uyğun gəldiyi üçün gerçəkləşdirilir. Urmiya gölünün coğrafi mövqeyini, duz mədənlərini və bölgənin küləkli olduğunu xatırladaraq, İran rejiminin bu siyasətini bölgədə-Cənubi Azərbaycanı, Şimali Azərbaycanı və Anadolunun Cənub-şərqində canlı həyatı məhv etmək məqsədi güddüyünü bildirib. Çıxış edən MDHP sədri, millət vəkili Fərəc Quliyev çıxışında İranıin dini mühitinə belə izah verib: “İslama ən böyük zərbəni içindən vurmaq olardı ki, İranın molla rejimi də buna xidmət edir. İslama dünyada ən böyük zərbəni İslam adı aıtında İranın şovinist irqçi diktatura rejimi vurur.” F. Quliyev həmçinin Azərbaycanda ictimai təşkilatlar və siyasiləşmiş təbəqəni Azərbaycanın 50 milyonluq azərbaycanlının Vətəni olduğunu xatırlamağa və xatırlatmağa çağırıb. Bunun üçün partiya sədri Azərbaycandakı bütün partiyaların özündə “Bütöv Azərbaycan” anlamını daşımalı olduğunu xüsusilə qeyd edib. Millət vəkili həmçinin Güney Azərbaycandan gələn mühacirlərin sosial imtiyazlarla tənin olunmalarının, vətəndaşlıq almalarının və dövlət müəssisələrində işə qəbul olunmalarının vacibliyindən də söhbət açıb. F. Quliyev həmçinin Türkmənçay müqaviləsinin şərtlərinin ləğv olunduğunu da xatırladıb. MDHP sədri bu fikrini o müqavilənin bağlandığı imperiyalardan birinin- Rusiyanın süquta uğradığını, SSRİ yarananda Rusiya imperiyasının bağladığı bütün müqavilələri ləğv etdiyini, 1978-ci il konvensiyasında göstərilən şərtlərdən birinə əsasən müstəmləkəçi dövlətlərin müqavilələrinə görə müstəmləkə dövlətin heç bir öhdəlik daşımadığını xatırlatmaqla əsaslandırıb. Konfransda həmçinin siyasi elmlər doktoru Aygün Həsənoğlu, MDHP sədr müavini Seymur Həsənli, Şərqi Türküstan (uyğur) Azadlıq Hərəkatının fəalı Dursunay xanım çıxış etdilər. Sonda bu cür tədbirlərin əhəmiyyəti və konsepsiyalaşması ilə bağlı fikir mübadiləsi aparılıb. Şahlar Ruhi Geri dön |