Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Mövhumatçı və modernist fars şovinizmi Azərbaycanda fəallaşıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət, DAVAMın yazıları > Mövhumatçı və modernist fars şovinizmi Azərbaycanda fəallaşıb

Mövhumatçı və modernist fars şovinizmi Azərbaycanda fəallaşıb


İranın Azərbaycana qarşı təxribatları ara vermir. Rəsmi Tehran Azərbaycanın müstəqilliyini həzm udə bilmədiyindən mütəmadi olaraq ölkəmizə qarşı məkrli planlarını həyata keçirməyə çalışır. İranın ölkəmizə qarşı fəaliyyəti əvvəllər daha çox casus və terror şəbəkələri vasitəsilə özünü göstərirdisə, indi bunların sırasına sosial şəbəkələr vasitəsilə ideoloji təxribatlar da əlavə olunub.İran vaxtilə Azərbaycana qarşı dini yöndə ideoloji vasitələrdən istifadə edirdisə, 2000-ci ildən siyasi, ictimai və sosial sahədə şəbəkələr yaratmaqla yeni fəaliyyət dairəsini ortaya qoymuşdur. Fars-molla rejimi məhzəbçiliyə söykənən mövhumatçı siyasətlə fars ideologiyasını daha geniş coğrafiyaya yaymağa çalışır. Bu siyasətin strategiyası Azərbaycanda milli düşüncənin boğulması, beyinlərdən yuyulması və onun yerinə fars şovinizminə hesablanmış təlimlərin ictimai xarakter daşıması, bütün bunların insanların yaşam tərzinə uyğunlaşdırılmasından ibarətdir.
Son on ildə İran Gürcüstan, Türkiyə, Tackistan, Bəhreyn, İraq, Suriya, Qətər və digər dövlətlərdə, eləcə də Dağıstanda fars ideologiyasına xidmət edən məzhəbçiliyin coğrafi hüdudlarının genişləndirilməsi və bununla da Tehrandakı fars modelli dövlət siyasətinin qorunması üçün milayrdlarla dollar vəsait xərcləmişdir. Bu yöndə fars şovinizminə dayanıqlı sosial şəbəkələrin yaradılması, digər yandan isə onların vasitəsilə iqtisadi və maliyyə resurslarının yaşadılması taktikasını seçmişdir. Orta Doğu, Qafqaz və Orta Asiya strategiyasında İran rejimi məhz bu faktorlara söykənmişdir. Bu yöndə İran Azərbaycan Respublikasına qarşı daha fəal xətt seçib. Bununla da dünya miqyasında qatı totalitar və diktator rejimlərinə qarşı tətbiq olunan embarqolardan yayınmağa çalışan İran rejimi öz nəzarətinə ala bildiyi sosial şəbəkələr vasitəsilə yerli hakimiyyətlərə və siyasi proseslərə aktiv şəkildə təsir etmək kimi hədəfləri də sərgiləyir. Bu gün Azərbaycanda hətta bəzi müxalif dairələrdə özlərinə yer almış həmin sosial zümrə sonda mahiyyət baxımından milli hədəflərə zərbə vurmaq üçün işlək mexanizmlərdən belə məharətlə faydalanmağı da unutmur. Bir çox hallarda televizya və radio kanallarında aparılan dini mövzulardakı verilişlərdə, bu yöndə çıxış edənlərin əksəriyyəti Tehran rejiminin modelinə dayanıqlı olan düsturalara söykənmişlər. Bu da Azərbaycanda milli düşüncəyə qarşı saplanmış xəyanətin ən böyük təhlükə mənbəyi hesab olunur. Elə telekanallarda yayınlanan «meyxana» proqramları da fars siyasətinin dərin uzantılarına nökərçilik etmək deməkdir. Meyxananın efir məkanında yarışmalara çevrilməsi, əslində fars düşüncəsinin daha geniş mənada sosiallaşması strategiyası beləcə inkişaf etdirilir. Dini yöndə sosiallaşma taktikasını isə ədəbiyyat, fəlsəfə, estetika, ilahiyyat, tarix və mədəniyyət müstəvisində formalaşdırmaqla, həm də fars şovinizmi mətbəxində hazırlanmış «ideoloji zəhərlər» geni dəyişdirilmiş qidalar kimi, mənəvi baxımdan cəmiyyətin beyninə yeridilir. Bütün bunlara qarşı çox təəssüflər olsun ki, dövlət büdcəsindən maaş alan alimlər, aydınlar, özlərinə milli hədəfi seçmiş tribunlar, ictimai qurumlar cavab vermirlər. Sanki, hər şeyi görməzdən gəlib keçirlər. Əslində İran bütün bunları incə şəkildə ortaya qoymaqla, Tehrandakı fars şovinizmi siyasətinin ömrünü uzatmağı hədəf seçmişdir. Çünki, İranın çevrəsindəki Türkiyə, Azərbaycan və Türkmənistan kimi türk dövlətlərində milli düşüncənin inkişafı fars şovinizminin tarixdən silinməsi deməkdir.

Mövhumatçı və modernist fars şovinizmi Azərbaycanda

Bu gün Azərbaycanda fars şovinizminin və İran kəşfiyyatının yedək gücünə çevrilən bir sıra qurumlar heç nədən çəkinmədən milli dövlətçiliyimizi sarsıtmaqla məşğuldurlar. Onlar Tehrandakı ideoloji laborotoriyalarda hazırlanmış «fars şovinizmi virusu»na yoluxmuş zümrələrdən ibarətdir. «Mübariz Dindarlar Hərəkatı», «Ənsərül Mehdi» (Mehdi Ordusu), «Yeni Cəfərilər», «Qədir Xum», «Əhli Beyt», «İmamət», «Məhərrəmlik» və digər qurumlar mövhumatçı siyasətlə savadsız insanları öz tərəflərinə çəkərək faktiki olaraq ŞƏHİD VƏ QAZİLƏRİMİZİN bizə əmanəti olan Azərbaycan dövlətçiliyinə qarşı Tehran rejiminin buyurduqlarına əməl edirlər. İranın isə Azərbaycan siyasətinin əsas doktrinası hələ 1991-ci ildə müəyyən edilmişdir. O dönəmdə İran Xarici İşlər Hazirliyinin nəşri olan «Risalət» dərgisinin 4-cü sayında belə yazılırdı: «Azərbaycan dövlətinin quruca adı belə hər zaman İran dövləti üçün ən təhlükəli mənbə hesab olunacaqdır».
Həmin dərginin 1992-ci il 7-ci sayında isə belə bir fikir irəli sürülmüşdür: «İran Azərbaycan dövlətini ya mollaxanaya çevirməli, ya da narkomaniya bataqlığına yuvarlatmalıdır».
Həmin dönəmdən bu günə kimi İranın yaratdığı və tədricən sosial şəbəkələrə çevrilən infrastrukturlar mütəhərrik sistem şəklinə sala bilmişdir. Bunun üçün İranın Qum şəhərində Ayətullah Şeyx Nasir Məkarim Şirazinin hazırladığı «Din qardaşlığı» doktrinası adı altında bu şəbəkələr istənilən anda böyük bir dalğa şəklində hərəkətə keçə bilərlər. İndiki halda ölkədə bir sıra etiraz aksiyalarında həmin şəbəkələr dolayı yolla və passiv şəkildə belə iştirak etməklə müəyyən təcrübələr qazanmaq üçün addım atmağa başlamışlar. Bunun şahidi olmaq üçün «deyerler.org», «birlik.az», «ceferiler.com», «ihq.az», «xebername.org», «arranews.ir», «devvam.org», «islamtimes.org», «salamnews.org» və digər internet resurslarını izləmək kifayətdir.
Tehran rejimi Azərbaycanda bir tərəfdən klerikal siyasətə dayanıqlı olan şəbəkələrin mövhumatçı qismində hərəkətə keçməsini yönləndirirsə, modern islam adı altında isə kommunikasiya texnologiyalarını mənimsəmiş şəbəkələrin imkanlarına daha böyük mənada dəstək verir. Bununla yanaşı, ötən ilin ortalarında Tehranda hazırlanmış strategiyaya uyğun olaraq, Azərbaycanda hər iki qanadı vahid qüvvə şəklində hərəkət keçirmək üçün «Azərbaycan İslam Oyanış Hərəkatı» adlı qurumda onların birləşmələri üçün açıq şəkildə fəaliyyətə keçmişdir. «Azərbaycan İslam Cümhuriyyəti» elan etməklə bu yöndə təbliğat şəbəkəsini belə qurmağa başlamışlar. İndiki məqamda informasiya şəklində olsa da, artıq həmin proseslərə start verilmişdir. Bu yöndə İranın Bakıdakı səfirliyinin təsir dairəsi altında olan «Hüseyniyyə Məscidi» həmin hərəkatın ilhamverici mənbəyi hesab olunur. Bu şəbəkənin informasiya dəstəyini isə «islamazeri.az» internet resursu, Təbrizdən yayınlanan «Səhər TV» kanalı, Tehrandakı «AranNews» İnformasiya Agentliyidir. Bu hərəkat Höccətülislam Bərgi (Təbriz) və Höccətülislam Seyid Həsən Amuli (Ərdəbil) tərəfindən idarə olunur.
Dini maariflənmə mərkəzi kimi məşhurlaşmağı hədəf seçən DEVAMM (Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi) təşkilatı və onun «əbədi» lideri, modern şiəlik siyasəti əsasında hərəkət edən İlqar İbrahimoğlu daim İrana cəsusluq edən insanların fəal müdafiəsini təşkil etməklə cəmiyyətdə süni şəkildə reytinq qazanmaq üçün hərəkət etmişdir. Bununla da Tehran rejimi bir tərəfdən mövhumatçı, digər yandan modern şiəlik doktrinasının ipuclarını öz əlində saxlamaqla istədiyi zaman onları qolçaq oyununda olduğu kimi oynada bilir. Bu çarpaz taktikanın sayəsində 20 ildir Azərbaycana qarşı İran tərəfindən yönləndirilən ideoloji virus siyasəti davam edir.

İran səfirliyinin yeni hədəfləri

Son bir neçə həftə ərzində İranın Bakıdakı səfirliyi yeni təşəbbüs irəli sürmüşdür. «İran-Azərbaycan Mədəniyyət Mərkəzi» adlı qurumu yaratmaqla bu ideyanı ziyalılar arasında genişləndirməklə bu dəfə strateji beyinləri öz tərəfinə çəkmək, Tehran rejiminin ömrünün daha da uzanması üçün hərəkətə keçmişdir. Milli Elmlər Akademiyasının Tarix, Fəlsəfə və Hüquq, Ədəbiyyat, İncəsənət və Memarlıq, Folklor, Şərqşünaslıq, Arxeologiya və Etnoqrafiya, Dilçilik institutlarının və universitet alimlərini, Azərbaycan Yazıçılar Birliyini, Azərbaycan Rəssamlar İttifaqını və digər yaradıcı birliklərin üzvlərini həmin qurumda birləşdirərək bu insanların vasitəsilə ölkədə ictimai düşüncənin məcrasını yönəltmək üçün bir sıra proyektlər belə hazırlanmışdır. Bu qurumda təmsil olunacaq mütəxəssislər birbaşa İran kəşfiyyatının fars şovinizminin maraqlarına hesablanmış planlar əsasında yerli TV və radio kanallarda, mətbuatda müntəzəm şəkildə çıxışlar etməklə Tehran rejiminin hədəflərinə uyğun şəkildə təbliğatlar aparmalıdırlar. Tehrandakı «Beynəlxalq İranşünaslıq üzrə Qafqaz Araşdırma Mərkəzi», «İranşünaslıq üzrə Qafqazı Öyrənmə Mərkəzi» (ISSTIC), Ermənistanın «Modus Vivendi Mərkəzi» və ARMACAD təşkilatı tərəfindən neçə aylardır hazırlanan layihələrin indi Azərbaycanda «İran-Azərbaycan Mədəniyyət Mərkəzi» vasitəsilə həyata keçirilməsinin arxa baxçasında duran əsas strateji hədəf toplam 40 milyona yaxın Güney Azərbaycan və Xorasandakı türk toplumlarının milli hərəkatlarının qarşısını almağa yönləndirilmişdir. Xorasan və Güney Azərbaycan milli hərəkatlarının daha da güclənməsi fars şovinizminə xidmət edən Tehran rejiminin birdəfəlik çökməsi deməkdir. Artıq dünyanın hər yerində yeni bir siyasət ortaya qoyulmaqdadır: «South Azerbaijan is not İran» (Güney Azərbaycan İran deyil). Bu yöndə hətta bir neçə beynəlxalq elmi konfranslar belə keçirilmişdir. Tehran rejimi çox yaxşı anlayır ki, Güney Azərbaycan və Xorasan Türkmən Milli Hərəkatı birgə fəaliyyət üçün ortaq türk birliyi siyasətinə önəm verir. Son bir neçə ildə Tehran və İrəvan rejimləri ardıcıl olaraq «Talışstan», «Avarıstan», «Ləzgistan» və «Anti Turan» mövzusunda elmi konfranslar keçirməklə əslində Azərbaycan dövlətini çökdürməyin yollarını aramaq üçün birgə fəaliyyət göstərmişlər. Tehran rejimi Azərbaycanda mövhumatçı siyasi qüvvələri «İslam Partiyası» adı altında birləşdirmək, modern məzhəbçilik siyasətilə buna hüquqi don geyindirmək taktikasını tətbiq etməklə hərəkət etmişdir. Azərbaycan dövlətini siyasi poliqona çevirməklə İran digər yandan Güney Qafqaz strategiyasında öz hədəflərinin coğrafi hüdudlarına belə iddia etməyi unutmur. Bunu Tehran, Şiraz, Yəzd, İsəfəhan, Mazəndaran və farslara məxsus digər şəhərlərdə dərc olunmuş elmi kitablar və xəritələr vasitəsilə də sübut etməyə çalışılır. Halbuki, tarixdə mövcud olmuş Xəzər, Gök Türk, Alan, Avar, Səlcuqlu, Atabəylər, Ağ Qoyunlu, Qara Qoyunlu, Səfəvi, Ovşar, Qacar dövlətləri tamamilə türklərə məxsus olsa da, Tehran rejimi bütün bunları «İran tarixi» və «fars mədəniyyəti» şəklində təqdim etməyə çalışır. İndi sırada Azərbaycanda qurmuş olduğu mövhumatçı və modern şəbəkələr vasitəsilə türkü, Azərbaycan dövlətçiliyini inkar etmə siyasətini də bu yolla unutdurmağa, «paniranizm» və «panfarsizm» bataqlığını din pərdəsi altında gerçəyə çevirmək üçün hərəkətə keçmişdir. Bütün bunların nəticəsində fars şovinizmi və erməni ekspansanizminin uğur qazanmasının doktrinasının gizli hədəfləri ortaya qoyulur. Uzun müddət Güney Azərbaycanda Qarabağın və ətraf bölgələrin işğal olunması siyasətini anlamamağın səbəbləri məhz Tehran rejiminin apardığı bu strategiyaya bağlı olmuşdur. Tehran rejimi bu dəfə həmin taktikanı elə Azərbaycan dövlətinin daxilində tətbiq etməyi hədəf seçmişdir.
MDHP Güney Azərbaycan Departamenti

Geri dön