Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fars şovinizminin maskası düşdü; Şovinistlər Ermənistan bayrağı ilə şənlik etdilər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Fars şovinizminin maskası düşdü; Şovinistlər Ermənistan bayrağı ilə şənlik etdilər

Fars şovinizminin maskası düşdü; Şovinistlər Ermənistan bayrağı ilə şənlik etdilər


Dünən Tehranın Azadi stadionunda Təbrizin “Traxtur” futbol takımı ilə “İstiqlal” takımı arasında futbol yarışı keçirildi.

Məlumata görə, styadionda təxminən 80000 nəfər tamaşaçı bulunub. Baxmayaraq ki, “Traxtur” takımı “İstiqlal”ın şəhərində oynayırdı və onun tərəfdarları bütün tərəfdarların yalnız 10 faizini təşkil etməli idi, ama “Traxtur”la “İstiqlal”ın sitadiona gələn tərəfdarlarının sayı bərabər idi.

Bu müsabiqədə fars şovinizminin iç üzü bir daha açıldı. “İstiqlal” tərəfdarları Ermənistan bayrağını açıb və dəfələrlə stadionda nümayiş etdirdilər. Daha maraqlısı isə odur ki, erməni bayrağının dalğalandırılması təhlükəsizlik qüvvələrinin hərhansı reaksiyasına səbəb olmadı və onlar rahatlıqla bunu həyata keçirə bildilər. Halbu ki, keçən müsabiqələrdə Azərbaycan bayrağını nümayiş etdirən “Traxtur” tərəfdarlarına hücum olunub, onları yaxalanıb və məhkəmə orqanlarına təhvil verilib... .

Şovinistlərin bu hərəkəti cavabsız qalmayınb. “Traxtur” tərəfdarları fars şovinistlərinə “Qarabağ bizimdir – Bizim olacaq”, “Rus, fars, erməni – Bütün türkün düşməni” və s. kimi şüarlarla cabb veriblər.

Dünən keçirilən yarışda ETTELAATın (İran Kəşfiyyat Nazirliyi) əlaltıları həmçinin “Azərbaycan İranın ayrılmaz bir parçasıdır” yazılmış plakatı stadiona gətiriblər. Xoşbəxtlikdən “Tirəxtur” tərəfdarları plakatı alıb cırmağa nail olublar. Şovinistlər Azərbaycan millətini təhqir etməyə cəhd ediblər. Buna görə stadionda “Traxtur” tərəfdarları ilə “İstiqlal” tərəfdarları və polis arasında ciddi toqquşmaların baş verdiyi də xəbər verilib.

Qeyd edək ki, ETTELAAT-ın “Azərbaycan İranın ayrılmaz bir parçasıdır”dır plakatı, “Traxtur-Əlcəzirə” müsabiqəsində ingilis dilində yazılıb və nümayiş etdirilən “Güney Azərbaycan İran deyil” plakatına cavab olaraq qaldırıldığı düşünülür.

Geri dön