Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakı Metropoliteni qatarların hərəkət qrafikində yaranan problemin səbəblərini açıqlayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > Bakı Metropoliteni qatarların hərəkət qrafikində yaranan problemin səbəblərini açıqlayıb

Bakı Metropoliteni qatarların hərəkət qrafikində yaranan problemin səbəblərini açıqlayıb


Bakı Metropolitenində səhər saatlarında vaqonların hərəkətində ciddi problemlər yaranıb. Trend-in hadisə yerində olan əməkdaşının məlumata görə,vaqonların hərəkət qrafiki pozulduğundan, stansiyalarda sərnişin sıxlığı yaranıb.
Bakı Metropolitenindən bazar ertəsi Trend-ə verilən məlumata görə, səhər saatlarında qatarların ləngimələrinə səbəb "28 May" stansiyasında maşınist kranında baş verən nazasılıq olub.
Maşinist kranı vaqonun əyləc sistemini idarə edən qurğudur.
"Metroda müşahidə olunan ləngimə "28 May" stansiyasında vaqonların birində maşinist kranının ilişməsi ilə əlaqədardır",-deyə mənbə bildirib.
Mənbənin sözlərinə görə, hazırda qəzanın başvermə səbəbləri araşdırılır və problem aradan qaldırılır.

Geri dön