Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Hərb > Ötən ay Ermənistan Ordusu atəşkəs rejimini 154 dəfə pozub, iki Azərbaycan hərbçisi şəhid olub
Ötən ay Ermənistan Ordusu atəşkəs rejimini 154 dəfə pozub, iki Azərbaycan hərbçisi şəhid olub |
Fevral ayında atəşkəsin pozulması faktı əvvəlki illərin eyni dövrü ilə müqayisədə 3-4 dəfə artıb
Cari ilin fevral ayında Ermənistan Ordusu tərəfindən cəbhə xəttində atəşkəs rejimi 154 dəfə pozulub. APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, atəşkəsin pozulması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 2 hərbçisi şəhid olub. Monitorinq məlumatlarının təhlilləri 2013-cü ilin fevral ayında atəşkəs rejimi pozuntusunun sayında əvvəlki illərin eyni dövrü ilə müqayisədə 3-4 dəfə artımın olduğunu göstərir. Qeyd edək ki, Ermənistan Ordusu tərəfindən 2012-ci ilin fevral ayında cəbhədə atəşkəs rejimi 64, 2011-ci ilin fevral ayında isə 56 dəfə pozulub. Ötən ay atəşkəsin ən çox pozulduğu ərazi cəbhənin Ağdam rayonu istiqaməti olub. Sözügedən istiqamətdə atəşkəs rejiminin 56 dəfə pozulması faktı qeydə alınıb. Atəşkəs pozuntularının sayına görə ikinci yerdə 33 hadisə ilə Füzuli rayonu gəlir. Atəşkəs rejimi Goranboy rayonu istiqamətində 18, Xocavənd rayonu istiqamətində 12, Tərtər rayonu istiqamətində 10, Cəbrayıl rayonu istiqamətində 5, Göygöl rayonu istiqamətində 1 dəfə olmaqla pozulub. Ermənistan-Azərbaycan dövlət sərhədində isə atəşkəs Qazax rayonu istiqamətində 7, Tovuz rayonu istiqamətində 6, Gədəbəy rayonu istiqamətində 5, Daşkəsən rayonu istiqamətində 1 dəfə pozulub. Ermənistan Ordusunun fevralın ilk ongünlüyü və son günlərində dövlət sərhədində daha çox aktivləşməsi, xüsusilə də Tovuz rayonunun Əlibəyli və Mülkülü kəndləri istiqamətində diversiya cəhdləri müşahidə olunub. Ümumilikdə Azərbaycan Silahlı Qüvvələrinin snayperləri tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində qarşı tərəfin 10-dan artıq hərbçisi öldürülüb və yaralanıb. Fevral ayının son ongünlüyündə Ermənistan Ordusunun Qarabağ cəbhəsində Goranboy rayonunun Tapqaraqoyunlu kəndi istiqamətində də fəallaşması qeydə alınıb. Adıçəkilən istiqamətdə fevralın 20-dən sonunadək hər gün döyüşlər gedib. Məlumat üçün bildirək ki, cari ilin yanvar ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən qoşunların təmas xəttində atəşkəs rejimi 127 dəfə pozulub. Geri dön |