Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Ermənistanın təcavüzü nəticəsində Azərbaycan dünyada ən çox qaçqın və məcburi köçkünü olan ölkəyə çevrilib”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > “Ermənistanın təcavüzü nəticəsində Azərbaycan dünyada ən çox qaçqın və məcburi köçkünü olan ölkəyə çevrilib”

“Ermənistanın təcavüzü nəticəsində Azərbaycan dünyada ən çox qaçqın və məcburi köçkünü olan ölkəyə çevrilib”


Azərbaycanlı diplomat BMT Baş Assembleyasının 3-cü Komitəsinin iclasında çıxış edib

Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin attaşesi Fərid Cəfərov Nyu-Yorkda BMT Baş Assembleyasının Üçüncü Komitəsinin 40-cı iclasında çıxış edib.

APA-nın Vaşinqton müxbirinin məlumatına görə, iclasda qaçqın və məcburi köçkünlərin problemləri, eləcə də digər humanitar məsələlər müzakirə olunub.

F. Cəfərov bildirib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü Azərbaycan ərazilərinin 1/5-nin işğalı və ölkədə hər doqquz nəfərdən birinin qaçqın və ya məcburi köçkünə çevrilməsi ilə nəticələnib, Azərbaycan dünyada ən çox qaçqını və məcburi köçkünü olan ölkəyə çevrilib: “Azərbaycan hökuməti qaçqın və məcburi köçkünlərin evlə təmin olunması üçün əlində gələni edir, amma həlli uzanan münaqişənin doğurduğu problemlər hələ də qalır. Beynəlxalq isə birlik buna kifayət qədər diqqət ayırmır”.

Diplomat əlavə edib ki, Dağlıq Qarabağ və ətraf rayonlarda yaşayan Azərbaycan vətəndaşlarının hüquqları kobudcasına pozulub və onlar öz yurd-yuvalarından didərgin salınıblar: “Belə ki, Ermənistanın ilk addımı işğal etdiyi Azərbaycan ərazilərindən çıxmaq, yurd-yuvasından qovulmuş azərbaycanlıların hüquqlarını tanımaq və bərpa etmək olmalıdır”.

Cavab bəyanatında Ermənistanın nümayəndələri Azərbaycana qarşı inandırıcı arqumentlər gətirə bilməyib, yalnız Bakının neft imkanlarını qeyd etməklə kifayətləniblər.

Ermənistan tərəfə cavab verən Azərbaycan nümayəndəsi bildirib ki, hökumət qaçqın və məcburi köçkünlərin rifahını yaxşılaşdırmaq üçün neft gəlirlərindən istifadə edir, Ermənistan isə öz nifrət siyasətindən əl çəkməli və münasibətləri bərpa etməyə çalışmalıdır.

Geri dön