Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Borçalı > Sərdar Əliyev: Gürcüstanı Türkiyə ilə birləşdirəcək yeni avtomagistral çəkilməlidir.
Sərdar Əliyev: Gürcüstanı Türkiyə ilə birləşdirəcək yeni avtomagistral çəkilməlidir. |
Gürcüstan Azərbaycanlılarının Milli Assambleyasının (GAMA) Baş katibi, Gürcüstan Türkləri Konfederasiyası (GTK) Ali Şurasının üzvü Sərdar Əliyev yeni Gürcüstan -Türkiyə beynəlxalq avtomobil magistralının çəkilməsi ideya-layihəsi irəli sürüb. Bu barədə mətbuata GAMA Analitin İnformasiya Mərkəsindən məlumat verilib.
GAMA Baş katibi Sərdar Əliyevin təklif etdiyi avtomobil magistralı iqtisadi səmərəsinə və strateji əhəmiyyətinə görə Qafqazı Türkiyə ilə birləşdirən digər avtomagistrallardan ciddi fərqlənəcək. Sərdar Əliyev təklif edir ki, Gürcüstanı Türkiyəyinin Ərdahan-Oltu-Qars avtomobil yolları şəbəkəsi ilə birləşdirmək üçün, Gürcüstanın Dmanisi (Başkeçid) rayonun Qəmərli kəndi və Nitsminda rayonun (Ahıska bölgəsi) Sağamoy kəndi arasındakı 60 kilometrlik hazırda qrunt yol kimi istifadə olunan Əyriqar dağ yolunu rekonstruksiya edib birləşdirmək lazımdır. Bu barədə fikir bildirən GAMA Baş katibi deyib ki, hazırda Qafqazı Türkiyə ilə əsas 4 avtomobil yolu birləşdiri ancaq bunlar məsafə və iqtisadi səmərə baxımından əlverişsizdir. Qafqazı Anadolu ilə birləşdirən hələ 3 əsrdən istifadə edilən Əyriqar yolu deyilən, avtomobillərin keçməsi üçün hazırda qismən yararlı olan, Borçalı-Qəmərli-Ahıska-Ərdahan-Anadolu qrunt yolu mövcuddur. Bu yol tarixən elat köçləri və hərbi qoşun hissələrinin yerdəyişmələri üçün istifadə edilib. 17 əsrdə Osmanlı hərbi-yol mühəndisləri tərfindən yaralı hala salınmış bu qrunt yolu çox təəsüf ki, Transavrasiya layihələrindən kənarda qalıb. Məhz bu yol rekonstruksiya edilsə Gürcüstanın, eləcə də Cənubi Qafqazın Avropaya quru yol ilə məsafəsi ən azı 400 kilometr qısalacaq.. Sərdar Əliyev qeyd edib ki, hazırda Tbilisi-Marneuli-Dmanisi-Qəmərli avtomobil yolu mövcuddur. Və qarşı tərəfdən isə Türkiyəni Tbilisi ilə birləşdirən ikinci əsas magistral avtomobil yolu Ərdahan-Oltu-Ninotsminda-Tbilisi avtomagistralı fəaliyyətdədir. Bu Cənubi Qafqazın əsas yol qovşaqlarına 200-500 kilometr uzaq məsafə deməkdir. Bu yolu qısaltmaq üçün isə Dmnaisi rayonun Qəmərli kəndi ilə Nitsmində rayonun Sağamoy kəndini kəsib keçən Ərdahan-Tbilisi avtomobil magistralını birləşdirmək lazımdır. Yolun tikintisi isə az maliyyə vəsaiti aparcaq. Belə ki ərazi təbii tikinti materialları ilə zəngindir. Qəmərli-Sağamoy qrunt yolu Əyiqar dağının (Trialet yaylası) ətəklərindən keçir və dəniz səviyyəsindən təxminən 1200-1400 metr hündürlük şkalası səviyyəsindədir. Qəmərli-Sağamoy avtomobil magistralı çəkilsə çox qısa, dağ aşırımları olmayan, qısa körpülərlə birləşdirilən, sürətli avtomobil magistralı yaranacaq. Bu magistral isə hazırda fəaliyyət göstərən digər Qafqaz-Anadolu avtomobil magistrallarından fərqli olaraq iqtisadi cəhətdən dana səmərəli və strateji əhəmiyyətli olacaq. Türkiyədən Gürcüstana, Rusiyaya, Azərbaycan və Orta Asiyaya yükdaşımaları artıracaq və əhəmiyyətli dərəcədə çoxaldacaq. Digər tərfdən isə Azərbaycanla Türkiyə arasındakı avtomobil yolu məsafəsi ən azı 450 kilometr qısalacaq. Cünki, bu Qəmərli-Sağamoy yolunun çəkilməsi Azərbaycanla Türkiyə arasında Qazax-Qaçağan-Marneuli-Dmanisi-Qəmərli-Nitsminda-Ərdahan istiqamətində qısa magsitral əmələ gətirəcək. Geri dön |