Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gürcüstanın baş naziri B.İvanişvili: “Avropalı olmaq o demək deyil ki, bizə ağıl öyrətsinlər”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Borçalı > Gürcüstanın baş naziri B.İvanişvili: “Avropalı olmaq o demək deyil ki, bizə ağıl öyrətsinlər”

Gürcüstanın baş naziri B.İvanişvili: “Avropalı olmaq o demək deyil ki, bizə ağıl öyrətsinlər”


Gürcüstanın baş naziri Bidzina İvanişvili Avropa Xalq Partiyasının ünvanına kəskin məzmunlu məktub hazırlayır. Bu barədə baş nazir ekspertlərlə görüşündən sonra jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, yeni hakimiyyət Avropa ilə anlaşıqlı dildə danışır. “Hakimiyyət bütün həqiqətləri Avropanın diqqətinə çatdırmaqdan çəkinmir. Yalnız bu səpgidə Avropa ilə danışmaq lazımdır. Parlamentin sədri David Usupaşvili Avropa Parlamentinin üzvlərinin müraciətini yaxşı cavablandırıb. D. Usupaşvilinin Avropa parlamentarilərinə göndərdiyi məktubda əsas aksentlər mənim fikirlərimdir. Yaxın günlərdə mən “Xalq Partiyası”nın ünvanına daha kəskin və geniş məzmunlu məktub göndərəcəm. Avropalı olmaq o demək deyil ki, onlar bizə ağıl verəcəklər. Avropa parlamentarilərinin bizə ünvanlanan müraciətini yəqin ki, deputatlar oxumamış imzalayıblar. Biz öz həqiqətlərimiz ilə onları inandıra bilərik. Onlar Saakaşvili yalanları ilə yaşamağı öyrəniblər”, deyə İvanişvili bildirib.

Xatırladaq ki, Avropa Parlamentinin 23 üzvü Gürcüstanın baş naziri Bidzina İvanişviliyə açıq məktubla müraciət edərək “Gürcüstanın Avropa Arzusunu uçurmayın”, deyə bildiriblər.

Avropa deputatları hesab edirlər ki, “Gürcüstanda situasiya gərgindir və baş nazirdən tələb olunur ki, məhkəmələrə, ictimai televiziyaya, özünü idarəetmə üzvlərinə və parlament azlığının deputatlarına təsiri dayandırsınlar. Nəticədə əgər demokratik standartlar pozularsa, Gürcüstanda demokratiya səviyyəsi aşağı düşəcək. Ölkənin Avropa qarşısında öhdəliklərinin yerinə yetirilməməsinə isə yalnız Bidzina İvanişvili məsul olacaq”.

Qeyd edək ki, açıq məktubu Avropanın Xalq Partiyasının üzvləri imzalayıblar.

Gürcüstan parlamentinin sədri David Usupaşvili avropalı deputatlara cavabında Avropaya bələd olduqlarını və Avropaya doğru dəqiq addım və sözlər və işlərlə getdiklərini bildirib.

D. Usupaşvili məktubda avropalı deputatlara 9 il əvvəl Saakaşvili rejimi zamanı baş verən hadisələri xatırladıb.

Geri dön