Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda dövlət uşaq müəssisələrində təhsil alan uşaqlar barədə məlumat bazası yaradılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gənclik > Azərbaycanda dövlət uşaq müəssisələrində təhsil alan uşaqlar barədə məlumat bazası yaradılıb

Azərbaycanda dövlət uşaq müəssisələrində təhsil alan uşaqlar barədə məlumat bazası yaradılıb


“Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində dövlət uşaq müəssisələri və oradakı uşaqlar barədə hər 3 aydan bir yenilənən məlumat bazası yaradılıb. Təhsil Nazirliyindən verilən xəbərə görə, məlumat bazasının əsasında dövlət uşaq müəssisələri ilə Təhsil Nazirliyi arasında operativ informasiya mübadiləsinin, müəssisədə təhsilin və uşaqlara göstərilən qayğı xidmətlərinin səviyyəsinin mərhələlər üzrə dinamikasının analitik və qrafik təhlilinin aparılmasını təmin edən elektron idarəetmə sisteminin yaradılması işinə başlanılıb. Hazırda Təhsil Nazirliyinin müraciəti əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən valideynlərini itirən, valideyn himayəsindən məhrum olan və yaşayış yeri olmayan məzunlar üçün birotaqlı 120 mənzillik binanın inşa edilməsi ilə bağlı müvafiq tədbirlər görülür.

Ümumilikdə, ötən il proqram çərçivəsində görülən işlər nəticəsində 2012-ci ildə ölkə üzrə dövlət uşaq müəssisələrinin sayı 55-dən 42-ə enib. Ölkə üzrə ümumilikdə 589 nəfər uşağın dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı alınıb. 2012-ci ildə Təhsil Nazirliyinin övladlığa götürülən uşaqların mərkəzləşdirilmiş siyahısında olan 10 nəfər uşaq övladlığa verilib. Görülən işlər nəticəsində cari ildə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəbləri və uşaq evlərində yaşayan 123 nəfər uşaq Rayon və Şəhər İcra Hakimiyyətlərinin sərəncamı ilə həmin müəssisələrdən bioloji ailələrinin və yaxın qohumlarının himayəsinə qaytarılıb. Dövlət Proqramının icrası olaraq görülən tədbirlər nəticəsində, ümumilikdə ölkə üzrə dövlət uşaq müəssisələrində təlim-tərbiyə alan uşaqların sayı azalıb, 2011-ci ildəki 9776 nəfərdən 2012-ci ildə 8336 nəfərə enib.

Geri dön