Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > “Azərikimya”da yeni kompyuter sistemi quraşdırılmışdır
“Azərikimya”da yeni kompyuter sistemi quraşdırılmışdır |
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin etilen-polietilen zavodunda “Polimer-120” istehsalının reaktor blokunun rejiminə və fəaliyyətinə nəzarət üzrə müasir texnologiyalar əsasında yaradılmış yeni lokal kompyuter sistemi quraşdırılmışdır.
“Azərikimya”nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, yeni sistemin tətbiqi istehsal zamanı 90-dan artıq parametrə, o cümlədən xammal sərfi, məhsulun istehsal həcmi, reaktorda səviyyəsi, təzyiq, temperatur və s. üzrə dəqiqliklə nəzarətə, bütün göstəriciləri qeydə almağa imkan verir. İstehsalatın 25 il əvvəl - 1988-ci ildə istifadəyə verilmiş köhnə maşın-hesablama sistemi mənəvi və fiziki cəhətdən köhnəldiyindən, müasir tələblərə cavab verə bilmədiyindən, həmçinin təmir zamanı müvafiq qovşaq və hissələri tapılmadığından yeni və daha müasir texniki-nəzarət sisteminə böyük ehtiyac yaranmışdı. Zavodun 11 nömrəli sintez sexinin idarəetmə mərkəzində yeni sistemin tətbiqi nəticəsində xeyli sayda köhnə ölçü cihazları istismardan çıxarılmışdır. Yeni sistem, böyük ölçülü monitor da daxil olmaqla, beş displeydən ibarətdir və reaktor blokunun iki xətdən birinin parametrlərinə nəzarət, göstəricilərin sistematik ardıcıllıqla, operativ və daha artıq dəqiqliklə qeydə alınması baxımından xüsusilə əlverişlidir. Onun əsas üstünlüklərindən biri də bütün parametrlər üzrə qrafik qeydləri öz yaddaşında arxivləşdirərək, uzun müddətə saxlamaq imkanıdır. Bu isə tam dəqiq məlumatı əldə etməyə və yarana biləcək hər hansı qəzanın qarşısını qabaqcadan və tamamilə almağa imkan verir. Yeni sistemin operativ yaddaşı əvvəlkindən dəfələrlə çoxdur. Onun mükəmməl idarə edilməsi məqsədilə sexdə əvvəlcədən mühəndis kadrların müvafiq hazırlığı aparılmışdır. İlin sonunadək istehsalatın ikinci texnoloji xəttinin də idarəetmə-nəzarət sisteminin müasir kompyuter texnologiyaları əsasında yenidən qurulması nəzərdə tutulmuşdur. Geri dön |