Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dondurulmuş münaqişələrin həll olunmaması ATƏT-in işinə təsir edir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Dondurulmuş münaqişələrin həll olunmaması ATƏT-in işinə təsir edir

Dondurulmuş münaqişələrin həll olunmaması ATƏT-in işinə təsir edir


Gürcüstan, Moldova və Azərbaycan ərazisində dondurulmuş münaqişələrin dinc yol ilə həll olunmaması ATƏT-in işinin bütün aspektlərinə təsir edir. Bunu təşkilatın Daimi Şurasının toplantısında çıxış edən ATƏT-in Minsk Qrupunun həmsədri, ABŞ-ın Daimi Şurada səfiri Yan Kelli deyib.

Rusiyanı Daimi Şurada təmsil edən xarici işlər nazirinin müavini Aleksey Meşkovun ölkəsinin açıqladığı prioritetlərə cavab olaraq Y.Kelli deyib ki, Rusiya təşkilatda vacib rol oynayır və münaqişələr prioritet məsələ kimi qalmalıdır: «ATƏT bu münaqişələrin həlli üçün yeni səylərin atılmasından çəkinməməlidir. Son Helsinki Aktının fundamental prinsipləri gücdən istifadə etməmək, bərabər hüquqlar, dövlətlərin ərazi bütövlüyünün qorunması, münaqişələrin sülh yolu ilə həll olunmasına əsaslanır. Helsinki+40 prosesinin səyləri bütün sahələrdə nəzərə çarpan nəticələrə çatmasına, ATƏT-in münaqişələrə və gərginliklərə effektiv cavab verməsinə istiqamətlənməlidir».

Geri dön