Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, DAVAMın yazıları > Milli Hərərkatin totalitar zehniyətlərə baxışı
Milli Hərərkatin totalitar zehniyətlərə baxışı |
iyasət biliminə görə totalitarizmi bir çox təcrübə olunmuş, Faşizm,nazism,leninism,geçmiş iranda pəhlevilər səltənəti ve günümüzdəki iran islam cumhuriyəti və s. kimi sistemlərin içində tərif etmək mümkündür.
Totalitar sistemlərdə əsas sayilan, hakim ideologi və bu ideologiyani təmsil edən siyasi parti və karizmatik liderdir. Ekonomi ve mediya devlətin inhisarinda, və Toplumun icində gorxu psixologiyasi yaraldan, güçlü bir polisi sistem hakimdir. Hakim ideologi və onu onderlik edən şexs, özəl qudsaliyət daşimaqdadir. və hər hansi bir ələşdirinin bədəli də çox agirdir. bu nədəndən dolayı, totaliter sistemlərin siyasi zindaniləri və qacqinlari hər zaman olubdur. Bu sistemlərdə fərdilərin özgürlükləri devlət tərəfindən qisidlanir, və töplüm devlətin dəyişik orqanlari tərəfindən, hakim idologianin cixarlari istiqamətində yönləndirməyə calişilir. Dolayısıyla bu sistemlər, siyasi iqtidarlarini sürdürmək üçün, toplum məhəndisliyini ideologik baxişlar üzərindən dizayn edillər. Pəhləvi sülaləsinin devrində, Fars şovinist zehniyəti başta olmaq üzərə, əsas ideologiya bu isloqan ilə özunü terif edirdi. tanri,kiral,vətən (shah,khoda,mihan). Beləliklə, tanridan sonra ən qudsal varliq kiral, və sonrada Guney Azərbayca,Turkmənistan,bəlucistan,ələhvaz topraqlarinin işğaliylə yaranan iran adlanan ülkə, bir vətən anlayişiylə tanımlanırdı. 1979 devrimindən sonra, mahiyət itibariyla sadəcə kirallik sistemi yerini vilayəte-fəqihə vermişdi.vəliye-fəqih tanrinin yer üzündə naibi kimi təqdim olunur, və onunla muxalifət tanriyla muxalifət anlamina gəlir.ve hakim ideologinin şəriyət qanunlarina əsasən, muharib adlanaraq ölüm çəzasi verilir. Iran adlanan ülkədə, baş verən devrim ilə bağli təbii ki çox yazib və danişmaq olar. Ancaq çox kissa bir toxunmada, 1979 devriminin teorisyənləri, totaliter padişahlıq sistemdə yetişən, sözdə aydinlariydilar ki, özlerini o totaliter sistemin fikirlərindən təmizliyə bilməmişdilər. Bu aydinlarin başda gedənlərindən ad aparmaq istərsək, devrimin muəllimi kimi tərif olunan Dr Ali Şəriəti idi. Şəriəti, bati dünyasinin demokrasiyasini, və demokrasiden yaranan dəyərləri, bir irticaçı baxişla, sadəcə cinsel ilişki və fəhşada tərif edirdi. toplumun fikirlərini və rəyini bir əflatuni baxişla önəmsiz görürdü. və beləliklə, bilərəkdən yaxud bilmiyərəkdən, Xumeynizmin,Xalq Mucahidlərin, Furqanin, Milli Məzhebilerin, və s. kimi irticaçi və inhisarçi fikirlərin yaranmasina yardimci olurdu. Iran adlanan siyasi coğrafiyada, totaliter sistemlərin olmasi, və bu sistemlərin mərkəzində Fars şovinist hegemoniyasinin yer almasi, bu məntiqlə ki, istibdadin olduğu yerdə dirənişdə olacaq, və hər hegemonunun oldugu yerdə qarşi hegemonuda doğal olaraq yaranacaqdir, Guney Azerbaycanda müstəsna olmayaraq, geçmiş yüz ilin icində, istibdada və fars şovinistinin istismarina qarşi, kütləvi hərəkətlər və mucadilələrə şahid olmuşdu. Buna baxmayaraq ki geçmişi doğru və yanlişlariyla, bilimsəl şəkildə görüp və dəyərləndirmək, gələcək üçün hər zaman özəl önəm daşiyir, bu yazida geçmiş siyasi və sosyal hərəkətlərimizin patologiyasina toxunmadan, yeni cağda, sosyal durumumuz və eləcədə mərhun Əbulfəz Elcibəy ve şəhid Pr. Mühəmməd Taği Zehtabinin öndərliyilə yaranan Guney Azerbaycan Milli Azadliq Hərəkatinin, günümüzdəki gedişatindan bir kicik tablo çizməyə çalişacağam. Sosiolojik olaraq insan çevrə şertləri və egitim məhsulu kimi tanimlanir. Bu əslidən yola çixaraq, biz, (Guney Azərbaycanda yaşiyan Turk Milləti) öz durumumuzi dəyərləndirdiyimizdə, çox üzücü bir tablo ortaya çixir. Zira bizim egitim sistemimiz, işqalci, irqçi və totalirer sistemlərin çixarlari və varolmaları üzərində dizayn olublar. Həm pəhləvi donəmində və həm islam cumhuriyətində, egitim və tərbiyət, sadəcə Mütləqiyəti əks etdirən, və nisbiyəti bir batil təfəkkür kimi göstərən mikanizmilərdən ibarət olublar. və sonuçda ən doğru məntiq özuni şiddət,cəhalət və diktatorluqla göstəribdir. Totalitar və irticaci sistemlərin, bizə verdiyi egitim sonuçunda, biz şəhərlərdə hər kəsin gözü önündə, dar ağacina cəkilən insanlarin tamaşasina getmişik. hətta Belə bir qeyri-insani davranişi, alqişlamişiq. Biz eynilə hakim sistem kimi şiddət uyqulamaği, hətta öz ailələrimizin icində ən uyğun davraniş bilmişik, və həc bir zaman şiddət və cəhalətin əkiz qardaş olduqlarini bilmək istəməmişik.qadinlarimizi (ana,baci və eşlərimizi)ağildan naqis, yarim adamlar kimi dəyərləndirmişik. Və eləcədə, sosiyal sorunlarimizi ölülərə başvuruyla (nəzir deməklə) çozməyə çalişmişiq. Və bir çox bunlara bənzər fikirlər və davranişlar ki özü-özlüyündə geniş kabsamli bir araşdirma tələb edir Siyasət arenasinda isə, sözdə Aydinlar və Siyasi örgütlər vardir ki, sərgilədikləri fikirlər və apardiqlari siyasi fəaliyətlərdə, totalitarizmin etkilerini çox aydincasina əks etdiriller. Hələdə bizim içimizdə vardir insanlariki totalitar sistemlərin bizim beyinlərimizdə yaratdiqlari vətən anlayişindən qurtula bilmiyiblər. Iran adlanan dustaqda, fars şovinistinin hakimiyəti altinda, İkinci sinif vətəndaş kimi yaşamaği, (dolayisiyla köleliği) çox doğal görüllər. Fars dili iranin rəsmi dilidir diyə, Müsahibələr aparillar. Və Guney Azərbaycan Milli Azadliq Hərəkatinin istrategiyasini təhrif edərək, İran sərhədləri içində trəif edirlər. Azərbaycan mərkezli, eterazi hərəkətləri, iran mərkəzli hərəkətlər adina təqdim edillər, ve Hətta fars hegemonyasini qəbul etməyən fikirləri aşağılamaqdan çekinmiller. bunlarla yanaşı, Milli Hərəkətin demokratik və çağdaş mahiyətinə zidd olan, mütləqiyyət səmbolləri var. Bunlar xəta etməzlər. yanliş tutum sergiləməzler. daha doğrusu mükəmməldilər. Bunlari ələşdirmək olmaz. Zira qusursuzdular. Və hər kəs belə bir xəta edərsə, ən ağir şantaj ve təxribata hazir olmalidir. həmin bu zehniyətin alt yapisini, klasik anlamda, karizmatik ve mütləq iradiyə sahib olan liderlik düşüncəsi təşkil edir. bir lider ki fəslul xitabdir. (son söz sahibi) və hər kəs onun əmirlərinə və mütləq iradəsinə (Əmr və fərman padişahındır) itaət etmək zorundadır. Dolayısila bu zehniyət mənsublari totalitar sistemlərin etkisindən qurtula bilmədikləri üçün demokrasini ve cağdaşliği mənimsiy bilmillər. Və ən maraqlısı irticaçi fikirlərini praqmatism fəlsəfəsiylə tərif edillər. nəticədə, totalitar zehniyətlərdən arina bilmiyen fikirlər, Milli Hərəkətin icində yer ala bilmiyəcəklər. zira Guney Azərbaycan Milli Azadlıq Hərəkati çağdaş və demokratik mahiyətiylə, vətənimiz Guney Azərbaycanin bağimsizlıği, və ulu millətimizin rifah və səadətini bərpa etmək istiqamətində hərəkət edərk, geçmişdə də göstərdiyi kimi bütün təkəlci, irticaçi ve inhirafi fikirləri özündən dışlıyacaqdır. Elnur Mərərndli Geri dön |