Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Rəsmi Bakının ATƏT-in səlahiyyətlərini və missiyasını məhdudlaşdırmaq planları
Rəsmi Bakının ATƏT-in səlahiyyətlərini və missiyasını məhdudlaşdırmaq planları |
ABŞ-ın ATƏT-də daimi nümayəndəsi Gari Robins martın 14-də Vyanada ATƏT-in Daimi Şurasının iclasında bəyanatla çıxış edib. O, rəsmi Bakının ATƏT-in Bakıda səlahiyyətlərini və missiyasını məhdudlaşdırmaq planları barədə məlumat verib. Bu haqda Turan-a ATƏT-dəki mənbə bildirib.
“Bizə Azərbaycan hökumətindən ATƏT-in Bakı ofisinin mandatını dəyişmək xahişi daxil olub”, deyən Robins qeyd edib ki, Bakı ofisinin hazırki mandatı 2013-cü ilin əvvəllərində yenilənib və onun üzərinə “bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, insan və ekoloji aspektlərdə, habelə sabitlik və təhlükəsizlik istiqamətlərində ATƏT çərçivəsində prinsip və öhdəliklərin tətbiqinə şərait yaratmaq” vəzifəsi qoyulub”. Daha sonra Robins bildirib ki, Bakı missiyasının Azərbaycana demokratik institutların inkişafında dəstək göstərilməsi nöqteyi-nəzərdən böyük əhəmiyyət daşıyır. Siyasət və insan hüquqları məsələləri üzrə məruzələr mühüm xəbərdarlıq mexanizmləridir və ATƏT-in münaqişələrin qarşısının alınması və həlli roluna töhfə verir. Vaxtlı-vaxtında verilən məruzələr regionda gərginliyin artması ehtimalı haqqında təsəvvür formalaşdırmağa imkan verir. ABŞ bu məruzələrin sabitlik və təhlükəsizliyin təmin edilməsi və Azərbaycana öhdəliklərini yerinə yetirməsində kömək göstərilməsi üçün həyati əhəmiyyət kəsb etdiyini düşünür. “Hesab edirik ki, əvvəlcədən razılaşdırılmış mandatın hazırki səlahiyyətlərini saxlamaq Azərbaycan hökumətinin maraqlarına uyğun olardı. ABŞ Azərbaycan hökuməti ilə güclü demokratiya və vətəndaş cəmiyyəti qurulması məsələsində yaxın əməkdaşlığını yüksək qiymətləndirir”, deyə Robins bildirib. Qeyd edək ki, rəsmi Bakı və ATƏT hələlik bu bəyanatla bağlı şərh verməyib . Ölkə hakimiyyyəti ATƏT-ə belə bir müraciət etdiyi haqda məlumat yaymayıb. Lakin diplomatik mənbələrə görə, söhbət ATƏT missiyasının statusunun layihə koordinatoru səviyyəsinə qədər azaldılmasından gedir. Ən mühüm dəyişiklik gələcək layihə koordinatorunun bütün layihələri Azərbaycan hakimiyyəti ilə razılaşdırmalı və yalnız rəsmi Bakının razılığı ilə həyata keçirməli olması ilə bağlıdır. Ehtimal etmək olar ki, hakimiyyət missiyanın ştatını ixtisar etmək və səlahiyyətlərini məhdudlaşdırmaq istəyir. İlk növbədə bu məhdudiyyətlə ATƏT missiyasının müstəqil tədbirlər keçirmək, seçkilərlə, insan hüquqlarının və demokratiyanın pozulması ilə bağlı hadisələrə və proseslərə reaksiya imkanları ilə bağlıdır. Həmçinin bu, hakimiyyətin ATƏT və yerli QHT-lər arasında birbaşa əməkdaşlığa yol verməmək cəhdinə dəlalət edir. Prezident seçkiləri ilində bu, ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidəçilər missiyasının ölkəyə buraxılmaması demək olar. Geri dön |