Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Velosiped sürməyin üstünlükləri
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Velosiped sürməyin üstünlükləri

Velosiped sürməyin üstünlükləri


Həftədə velosipedlə 30 kilometr yol qət etmək ürək xəstəliklərinin yaranma riskini 50% azaldır. Velosiped sürməklə artıq çəkidən də asanlıqla xilas olmaq mümkündür. 1 saat velosiped sürən şəxs təxminən 300 kilokalori atır. Hər gün yarım saat velosiped sürmək 11 kiloqram piyi əritməyə imkan verir.

İki təkəri olan və əzələ qüvvəsi ilə, pedalla hərəkətə gələn bu minik vasitəsini sürmək ürək-damar sisteminin durumunu xeyli yaxşılaşdırır. Bu cür gəzinti zamanı müxtəlif qrup əzələlər işləyir və bu, yalnız ürəyə deyil, digər orqanların fəaliyyətinə də müsbət təsir göstərir.

Britaniyanın Birmingem Universitetinin alimi Ceyms Timmonsun sözlərinə görə, intensiv bədən tərbiyəsi (İBT) adı verilən metodla həftədə üç dəfə məşğul olmaqla hər gün idman edənlərin sağlamlığına nail olmaq olar. Həmin metoda görə, bir neçə dəqiqə ərzində bədəni gücə salmadan velosipedin pedalları hərəkət etdirilir. 20 saniyə dincəldikdən sonra 20 saniyə velosipedi çox sürətlə sürmək lazımdır. Daha sonra bir neçə dəqiqə hərəkətin sürəti azaldılır. Nəhayət, 20 saniyəyədək pedallar tam güclə işlədilir və birdən hərəkət dayandırılır.

Bu cür hərəkətlər orqanizmdəki bütün hüceyrələri hərəkətə gətirir.

Geri dön