Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Ölkənin ən uzunömürlü məmurlarının siyahısı açıqlandı
Ölkənin ən uzunömürlü məmurlarının siyahısı açıqlandı |
Martın 26-da Azərbaycanın təhsil naziri Misir Mərdanovun təhsil sahəsinə rəhbər təyin olunmasının 15-ci ildönümü tamamlandı. Təhsil sahəsindəki vəziyyətin son illərin ən çox müzakirə mövzusuna çevrildiyini nəzərə alsaq, M.Mərdanovun bu müddətdə nazir postunu tutmasına reaksiyaların fərqli olması da şübhəsizdir.
Qeyd edək ki, Təhsil Nazirliyinin fəaliyyəti, ölkə təhsilinin durumu nəinki ayrı-ayrı ekspertlər, təhsil sahəsinin tanınmış simaları, hətta TQDK sədri Məleykə Abbaszadə tərəfindən də sərt dillə tənqid olunur. TQDK rəhbərliyi abituriyentlərin səviyyəsindən tutmuş dərsliklərin hazırlanmasına qədər bir sıra məsələlərə tənqidi yanaşıb, hətta bir sıra dərsliklərin ləğvinin zəruriliyi ilə bağlı rəsmi mövqeyini elan edib. Aldığımız məlumata görə, təhsil naziri məmnuniyyətlə postundan istefa verib ömrünün qalan hissəsini sakit yaşamaq, vaxtını elmi işlərinə və nəvələrinə həsr etmək arzusundadır. Ancaq nədənsə hələlik onun bu arzusu gerçəkləşmir. Qeyd edək ki, iki il əvvəl təhsil nazirinin 3 müavini gözlənilmədən vəzifəsindən uzaqlaşdırılanda M.Mərdanov “Heç kəs vəzifəsində əbədi deyil və heç kəs vəzifədən getməyi faciə hesab etməməlidir. Əsas odur ki, vəzifədən şərəflə gedəsən” deyə, bəyan etmişdi. Nazir hamının qanunun aliliyinə xidmət etməli olduğunu vurğulamışdı: “Bugünlərdə bir qəzetdə yazıblar ki, təhsil nazirinin də 65 yaşı var, niyə o qalır, başqası gedir. Əslində onun dediyində əsas var. Əgər məsləhət olsa, nazir də getməyə hazırdır. Vəzifə heç kəsin adına daimi yazılmayıb. Hamı bu işə hazır olmalıdır. Heç kəs hesab etməməlidir, o cümlədən mən də hesab etmirəm ki, əvəzolunmaz adamam. Azərbaycanda məndən də bacarıqlı, bilikli, səriştəli kifayət qədər adam var”. Dünən də bır sıra media orqanlarında təhsil nazirinin 15 il sərasər bu postu tutması ilə bağlı yazılar dərc olunub. Elə bu təqvimlə bağlı, həmçinin bır sıra digər məsələlərə münasibətini öyrənmək üçün Misir müəllimlə danışmaq istədik, ancaq bu, mümkün olmadı. M.Mərdanovun 15 il nazir postunda əyləşməsi mərkəzi icra hakimiyyətində yüksək postlar tutan məmurlardan kimin neçə il eyni vəzifə kürsüsündə əyləşdiyi məsələsini bir daha gündəmə gətirib. Hakimiyyətin ən yuxarı pilləsində yüksək vəzifə tutan məmurlar arasında uzun müddətdir eyni kürsüdə əyləşənlər də var, nisbətən az staja malik olanlar da. Modern.az saytı mərkəzi icra hakimiyyəti orqanlarına - nazirliklərə, komitələrə və onlara bərabər olan qurumlara rəhbərlik edən məmurlar arasında kimin neçə ildir eyni vəzifədə qaldığını araşdırıb. Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyevi şəriksiz olaraq eyni vəzifədə ən çox işləyən məmurdur. O, 1993-cü ilin may ayından bu quruma rəhbərlik edir, düz 20 ildir. Sonrakı yeri Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov tutur. General 1994-cü ildən bu vəzifədə çalışır, yəni 19 ildir. Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirov da onunla “yaşıddır”. O, 19 avqust 1994-cü il tarixindən gəmiçiliyin başındadır. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov da 1994-cü ildə bu vəzifəyə təyin edilib. Mərkəzi Bankının sədri Elman Rüstəmov isə 18 ildir ölkənin baş bankiridir. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev 1995-ci ilin fevralından bu postdadır. Müdafiə naziri Səfər Əbiyev də 1995-ci ildən müdafiə naziridir. Konstitusiyaya görə, ölkənin ikinci rəhbər şəxsi - baş nazir Artur Rəsizadə isə sonunculardan 1 il geri qalır. O, 1996-cı ildən Nazirlər Kabinetinin sədridir. Üçüncü rəhbər şəxs - Milli Məclisin sədri Oqtay Əsədov isə “gənc”dir - 2005-ci ildən qanunverici orqana rəhbərlik edir. Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov 2006-cı ilin fevralında, milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov 2004-cü ildə hazırkı vəzifəsinin başına keçib. Bakı Metropoliteninin rəisi Tağı Əhmədov 15 ildir metro sahəsində birinci şəxsdir. “Qaçqınkom”un sədri Əli Həsənov da 15 ildir eyni kürsüdədir. O, 1998-ci ilin 18 noyabr tarixindən bu vəzifəni tutur. Ədliyyə naziri Fikrət Məmmədov 2000-ci ilin aprel ayında ədliyyə orqanının başına gətirilib. Vergilər naziri Fazil Məmmədov 14 ildir nazir vəzifəsindədir. MSK sədri Məzahir Pənahov 2000-ci ilin mayından bu postdadır. TQDK sədri Məleykə Abbaszadə də 13 ildir tələbə qəbulu sahəsinə rəhbərlik edir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov 12, nəqliyyat naziri Ziya Məmmədov 11 ildir bu kürsülərdədir. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev 10 ildir vəzifəsini dəyişmir. Maliyyə naziri Samir Şərifov 2006-cı ilin aprelindən, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov 2001-ci ildən müvafiq postları tuturlar. Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov da 2006-cı ilin fevralında indiki vəzifəsinə gətirilib. İqtisadi inkişaf naziri Şahin Mustafayev 2008, xarici işlər naziri Elmar Məmmədyarov 2004, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov 2002, kənd təsərrüfatı naziri İsmət Abasov 2004, baş prokuror Zakir Qaralov, hərbi prokuror Xanlar Vəliyev 2005-ci ildən hazırkı vəzifələrini icra edirlər. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov 9, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov və Əmlak Məsələləri Komitəsinin sədri Kərəm Həsənov 8, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Gənclər və idman naziri Azad Rəhimov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov 7, Hesablama Palatasının sədri Heydər Əsədov isə 6 ildir bu kürsüdədir. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov 2002-ci ildən bu vəzifədədir. O, 11 ildir vəzifə kürsüsünü dəyişmir. Cavid TURAN Geri dön |