Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > ARDNŞ-ın BƏƏ-də inşa etdiyi neft terminalı bu il istifadəyə veriləcək
ARDNŞ-ın BƏƏ-də inşa etdiyi neft terminalı bu il istifadəyə veriləcək |
Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Fuceyra limanında inşa etdiyi neft məhsulları terminalının (“SOCAR AURORA Fujairah Terminal”) tikintisi başa çatmaq üzrədir. Bu barədə ARDNŞ-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev bildirib.
Onun sözlərinə görə, terminalın bu ilin sonunadək istifadəyə verilməsi gözlənilir. Xatırladaq ki, 2010-cu ilin mayında ARDNŞ və İsveçrənin “Aurora Progress” Ticarət Evi neft anbarlarının inkişafı və BƏƏ-nin Fuceyra limanında neft məhsulları üçün yeni terminalın tikilməsi sahəsində razılığa gəliblər. Layihədə ARDNŞ-ı İsveçrə şirkəti ilə “SOCAR Aurora” birgə müəssisə yaradan “Socar Trading S.A.” törəmə şirkəti təmsil edir. “SOCAR AURORA Fujairah Terminal” ümumi həcmi 641 min kubmetr olan 20 çəndən ibarət olacaq. Terminal müasir avadanlıqla təchiz ediləcək və neft yanacağı, qazolin, kerosin və digər distillələrin (dizel, qazoyl, reaktiv kerosin və s.) qəbuluna hesablanıb. Yeni terminal bu regionda qeyri-Azərbaycan mənşəli neft məhsullarının saxlanılması üçün istifadə ediləcək. “SOCAR Aurora” terminalın üçüncü şəxslərə neft məhsullarının saxlanılması həcmlərini təklif edəcək müstəqil operatoru qismində çıxış edəcək. Geri dön |