Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Cərimələr və ballar dəyişdi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Bildiriş, Hüquq > Cərimələr və ballar dəyişdi

Cərimələr və ballar dəyişdi


Yol hərəkəti qaydalarını pozanlar bundan sonra daha ehtiyyatlı olmalı və düşünməlidir. Çünki, cərimə və ballara dəyişikliklər olunub. Yeni qaydalara görə yolda müəyyən edilmiş hərəkət sürəti həddinin 30 km/saat və artıq aşılması, dəmiryol keçidlərinin keçilmə qaydalarının pozulması, qəza şəraitinin yaradılması, yol polisi əməkdaşlarının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsi, nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməsi 4 balla qiymətləndiriləcək. Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, yük və minik avtomobillərinin sərnişinlərlə birgə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, həmçinin xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən nəqliyyat vasitələrinə yol verilməməsinə görə avtomobili idarə edənlər 20 manatdan 40 manatadək cərimələnəcək. Əks istiqamətə hərəkətə görə isə sürücülər 100 manat miqdarında cərimə ediləcək.

Qeyd edək ki, son iki il ərzində cərimələr artıq bir neçə dəfə artırılıb. Nəqliyyat üzrə ekspert Sülhəddin Əkbərov hesab edir ki, cərimələr sanksiyaları müəyyən dərəcədə qəzaların azalmasına, sürücülərin məsuliyyətinin artmasına səbəb olur.

Yol polisi isə bildirir ki, cərimə və balların artırılması qəzaları azaltmaq məqsədi daşıyır. Qeyd edək ki, bu ilin ilk iki ayı ərzində 450 qəza baş verib. Qəzaların əksəriyyəti əks istiqamətdə hərəkət, sürət həddini aşma və avtomobili sərxoş idarə etmə səbəbindən törədilib. Yeri gəlmişkən, son 7 gün ərzində 30 mindən çox hərəkət iştirakçısı cərimələnib.

Geri dön