Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Azərbaycanda saatların vaxtının dəyişdirilməsi bəzi xəstəliklərin güclənməsinə təsir edir
Azərbaycanda saatların vaxtının dəyişdirilməsi bəzi xəstəliklərin güclənməsinə təsir edir |
Azərbaycanda saatların əqrəblərinin il ərzində bir dəfə irəli çəkilməsi insanların psixoloji durumuna ciddi təsir göstərir. Bu hal onlarda, xüsusilə də yaşlı insanlarda ürək-damar, sinir sistemi xəstəlikərinin güclənməsinə gətirib çıxarır. Bunu Azərbaycan Praktik Psixoloqlar Assosiasiyasının prezidenti Elmira Mirzəyeva deyib.
Onun sözlərinə görə, saatların irəli və ya geri çəkilməsi vaxt rejiminin süni şəkildə dəyişdirilməsidir. Pisxoloq bildirib ki, hər bir insanın özünün uyğunlaşdığı bioloji ritm var. İnsan orqanizmi gün işığına əsaslanan daxili bioloji saat üzrə işləyir, bu bioloji ritmə uyğun həyatını qurur. Ancaq saatlar irəli, yaxud geri çəkildə bu bioloji ritmlər pozulur. Nəticədə də insanların, daha cox isə yaşlı insanların təzyiqi dəyişir, onlarda yuxusuzluq yaranır. "Məsələn, hansısa insan hər gün saat 11-də yatmağa vərdiş edir. Ancaq saatlar irəli çəkildə o, planlaşdırdığı işləri vaxtında görə bilmədiyi üçün saat 12-də yatmalı olur. Artıq onun gün ərzində planlaşdırdığı işlərin vaxtları ilə yeni rejim uyğun galmir. Bu da onu əsəbiləşdirir",-Mirzəyeva deyib. O qeyd edib ki, saatların irəli və yaxud geri çəkilməsi insanın psixi enerjisinin boş yerə xərclənməsinə səbəb olur. Bu da insanlarda stresin, nevrozun yaranmasına gətirib çıxarır. Mirzəyeva bildirib ki, saatların əqrəblərinin geri və ya irəli çəkilməsi yeni doğulmuşlara o qədər də təsir göstərmir. Ancaq illərlə adət etdiyi gündəlik rejimə öyrəşmiş insanın neyrofiziologiyası üçün saatların əqrəblərinin çəkilməsi stress amilidir. Mirzəyeva hesab edir ki, yay və qış vaxtına keçiddən imtina edən ölkələr kimi Azərbaycan da bunu dayandırmalıdır və insanlar da həmişə adət etdikləri vaxt rejimi ilə həyatlarını qurmalıdırlar. Qeyd edək ki, saat əqrəblərinin çəkilməsi Nazirlər Kabinetinin 1997-ci il 17 mart tarixli, 21 saylı qərarı əsasında həyata keçirilir. Qərara əsasən, Azərbaycan ərazisində hər il mart ayının son bazar günü "yay", oktyabrın sonuncu bazar günündə "qış" vaxtına keçirilir. Geri dön |