Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güclü qar nəticəsində Şamaxı rayonunda işıq problemi yaranıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Güclü qar nəticəsində Şamaxı rayonunda işıq problemi yaranıb

Güclü qar nəticəsində Şamaxı rayonunda işıq problemi yaranıb


Azərbaycanın Şamaxı rayonuna yağan güclü qar elektrik enerjisi təchizatı sahəsində ciddi problemlərə səbəb olub. Bu gün səhər saatlarında 110 kilovoltluq «Şamaxı-1» yüksək gərginlikli elektrik xətti qırılaraq «Şamaxı-2» xəttinin üzərinə düşüb. 160 saylı elektrik dayağında baş verən qəza nəticəsində Şamaxı şəhərinə və kəndlərə elektrik enerjisinin verilişi dayanıb. Şamaxı Elektrik Şəbəkəsindən verilən məlumata görə, «Şamaxı-1» elektrik xəttindəki problem artıq aradan qaldırılıb və hazırda digər yüksək gərginlikli xəttin, eləcə də rayon daxilindəki 35 və 10 kilovoltluq xətlərin təmiri aparılır.

Qəza zamanı Ağsu, İsmayıllı və Kürdəmir rayonlarına da elektrik verilişində 30 dəqiqə fasilə yaranıb.

Geri dön