Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Xamneyinin nümayəndəsindən Azərbaycan əleyhinə təxribat xarakterli bəyanat
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Siyasət > Xamneyinin nümayəndəsindən Azərbaycan əleyhinə təxribat xarakterli bəyanat

Xamneyinin nümayəndəsindən Azərbaycan əleyhinə təxribat xarakterli bəyanat


İran İslam Respublikasının dini lideri ayətullah Əli Xamneyinin “Keyhan” media holdinqindəki nümayəndəsi, “Keyhan” qəzetinin baş redaktoru Hüseyn Şəriətmədari (ETTELAAT rəhbərinin sabiq müavini) aprelin 3-də dərc etdirdiyi bir məqalədə Azərbaycan Respublikasının İrana birləşdirilməsi üçün referendum keçirilməsini təklif edib.
Məqalə “Bakının növbəsi” adlanır və martın sonunda Bakıda Güney Azərbaycan mövzusunda keçirilmiş toplantıya cavab olaraq qələmə alınıb. Həmin toplantıya istehza edən Hüseyn Şəriətmədari yazıb ki, Azərbaycan Respublikasının əhalisi arasında İrana qoşulmaq üçün həddən artıq böyük bir istək var: “10 milyon nəfərə yaxın əhalisi olan Azərbaycan Respublikası vətəndaşlarının əksəriyyəti müsəlman şiələrdir. Onlar Sovet İttifaqının dağılmasından sonra öz mədəniyyətlərinə qayıtmaq istəyirdilər. Azərbaycan əhalisi elə həmin vaxtdan İran İslam Respublikasını öz arzularının qibləsi sayır.

Bütün dəlil-sübutlar, aparılan ardıcıl araşdırmalar göstərir ki, Azərbaycan Respublikasının əhalisi özünü müsəlman İrandan qopmuş bir toplum sayır. Sovet İttifaqının dağılmasından sonra sionistlər Azərbaycan Respublikasında nə qədər nüfuz qazansalar da, əhalidə İrana olan meyli dəyişə bilməyiblər. Əksinə, sionistlərin müsəlman xalqlarına qarşı düşmənçiliyi Azərbaycan Respublikası əhalisinin İrana qovuşmaq istəyini daha da gücləndirib.

Azərbaycan Respublikasında əhali sionistlərin bu ölkədə gizli və aşkar nüfuzundan təngə gəlib. Güman edirəm ki, xarici siyasət rəsmilərimiz Azərbaycan Respublikası əhalisinin bu mesajını dərk etməli, Azərbaycan xalqının nicatı üçün hərəkətə keçməlidirlər.

Xarici siyasət rəsmilərimiz Azərbaycan Respublikasının İrana birləşdirilməsi ilə bağlı bu ölkədə ümumxalq referendumunun keçirilməsi üçün Azərbaycan Respublikası hökumətinə təklif verməlidirlər. Referendum demokratiyanın gerçəkləşdirilməsi üçün ən ibtidai bir addımdır. Bu referendumun nəticəsi haqda isə elə indidən qətiyyətlə proqnoz vermək mümkündür.

Ya da Azərbaycan Respublikası hökumətinə təklif etmək olar ki, bu ölkədə İran İslam Respublikasına oxşar bir hakimiyyətin bərqərar olunması ilə bağlı referendum keçirsinlər. Lakin Azərbaycan Respublikasının müsəlman əhalisinin ovqatı açıq-aşkar göstərir ki, onların birinci prioriteti İran İslam Respublikasına qoşulmaqdır, bu ölkədə İran İslam Respublikasına bənzər hökumətin yaradılması arzusu isə ikinci yerdə gəlir”.

Geri dön