Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Siyasət > Elnur Aslanov Azərbaycan-İran münasibətlərinin son durumundan danışıb
Elnur Aslanov Azərbaycan-İran münasibətlərinin son durumundan danışıb |
Azərbaycan Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov Amerikanın Səsinə müsahibəsində İran-Azərbaycan münasibətlərinin son durumundan danışıb.
Sual: İranın son təhdidlərini necə qiymətləndirirsiniz? Artıq İranın “Keyhan” qəzetində Azərbaycanın ərazi bütövlüyünə təhdidlərlə bağlı məqalə dərc olunur. Cavab: İranla münasibətlərdə Azərbaycan hər zaman mehriban qonşuluq İranın qəzetlərində, müstəqil mətbuat orqanlarında zaman-zaman xoşagəlməz məqalələrə və bəyanatlara rast gəlmək olur.siyasətinin tərəfdarı olub. İranın qəzetlərində, müstəqil mətbuat orqanlarında zaman-zaman xoşagəlməz məqalələrə və bəyanatlara rast gəlmək olur. Bu təbii ki, təəssüf doğurucu bir amildir. Bununla bağlı biz dəfələrlə İranın istər rəsmi qurumlarına, istərsə də Xarici İşlər Nazirliyinə öz fikrimizi bildirmişik. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, Azərbaycan istənilən qonşu dövlətlə münasibətlərin inkişaf etdirilməsində, mehriban qonşuluq siyasətinin davam etdirilməsində maraqlıdır. Sual: Azərbaycanda keçirilən elmi konfransla bağlı Azərbaycanın İrandakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə dəvət edilib və Azərbaycana nota verilib. Necə qiymətləndirirsiniz? Azərbaycanın cavabı nədir? Çox təəssüflər olsun ki, Azərbaycanla İran münasibətlərinə xələl gətirmək istəyən bəzi qüvvələr hər zaman müxtəlif mövqe və fikirlərlə çıxış etməyə çalışırlar.Cavab: Bu müstəqil araşdırma mərkəzlərinin, dövlətə aidiyatı olmayan, dövlət qurumlarında təmsil olunmayan insanların keçirdiyi bir konfransdır. Bu məsələdə Azərbaycan hökumətinin nə məsuliyyəti, nə də öhdəliyi yoxdur. Bununla bağlı Xarici İşlər Nazirliyi öz sözünü deyəcək. Sual: Bir sıra qeyri hökumət təşkilatları Azərbaycan Respublikasının İranda yaşayan azərbaycanlılarla bağlı proqramının olmadığını iddia edir. Azərbaycan Respublikasının İranda yaşayan azərbaycanlıların mədəni problemləri ilə bağlı münasibəti necədir? Cavab: İstənilən ölkədə yaşayan soydaşlar ilə münasibətlərin inkişaf etdirilməsi, Soydaşlarımızın dil öyrənməsi, digər maarifləndirmə proqramlarında iştirakda maraqlıyıq.eyni zamanda soydaşlarımıza diqqətin artırılması bizim hər zaman diqqət mərkəzimizdədir. Hansı ölkədə yaşamasından asılı olmayaraq biz hər zaman soydaşlarımıza diqqətin artırılmasında, münasibətin inkişafında, eyni zamanda onların dil öyrənməsi, digər maarifləndirmə proqramlarında iştirakda maraqlıyıq. Təbii ki, bunun üzərində düşünmək olar. Sual: Azərbaycanın işğal olunmuş Şuşa şəhərində “Talışıstan” adlı radio fəaliyyətə başlayıb. Azərbaycan mediası bu radioda işləyənlərin hamısının İran vətəndaşı olan talışlar olduğunu yazır. Azərbaycanın bu radioya, başqa ölkənin vətəndaşının işğal olunmuş ərazisinə getməsinə və orada radioda işləməsinə münasibəti necədir? Cavab: Bu haqda dəqiq məlumatımız olmadığından məsələ araşdırılmalıdır. Geri dön |