Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda "Yol hərəkəti haqqında" qanuna əlavə və dəyişikliklər qəbul olundu
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Hüquq > Azərbaycanda "Yol hərəkəti haqqında" qanuna əlavə və dəyişikliklər qəbul olundu

Azərbaycanda "Yol hərəkəti haqqında" qanuna əlavə və dəyişikliklər qəbul olundu


Bu gün Milli Məclisdə "Yol hərəkəti haqqında" qanuna əlavə və dəyişikliklərin edilməsi, həmçinin ölkədə sərxoş və sürücülük hüququ olmadan yol qəzaları törədənlərə qarşı cəzaların daha da sərtləşdirilməsini nəzərdə tutan qanun layihələri parlamentin müzakirəsinə təqdim edilib. Milli Məclisdən verilən məlumata görə, iclasda DİN Baş DYP İdarəsinin rəis müavini, polis polkovniki Ramiz Hüseynov çıxış edib.

O bildirib ki, 2012-ci ildə sərxoş sürücülər tərəfindən Azərbaycanda 96 yol nəqliyyat hadisəsi baş verib və bu hadisələr nəticəsində 42 nəfər dünyasını dəyişib, 105 nəfər yaralanıb. Hüseynovun sözlərinə görə, bu qəzalar və tələfatlar ildən-ilə artan templə gedir. Belə ki, 2011-ci ildə 88 fakt qeydə alınmışdı və o zaman 31 ölü və 91 yaralı olmuşdu.

Hüseynov əlavə edib ki, ildə 17-18 min sərxoş cürücü DYP İdarəsi tərəfindən aşkar edilir. Bu səbəbdən sərxoş sürücülərə qarşı cərimələrin sərtləşdirilməsinə ehtiyac var.

Hüseynov texniki baxışın ilk 4 ildə ləğvinin, həmçinin sonradan 2 ildən bir, və 10 ildən sonra ildə 1 dəfə olmasının da məqbul olduğunu deyib.

O qeyd edib ki, artıq istehsal olunan nəqliyyat vasitələrinin texnoloji göstərciləri texniki baxışın gec-gec aparılmasına imkan verir.
Müzakirələrdən sonra "Yol hərəkəti haqqında" qanuna əlavə və dəyişikliklər, Cinayət Məcəlləsinə dəyişiklik qəbul olundu.
Qeyd edək ki, Azərbaycanda avtomobillərin texniki baxışdan keçirilməsi qaydaları dəyişdirilib. Sərxoş sürücülərə qarşı cəzalar daha da sərtləşdirilib.

Geri dön