Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycana axan “qrant seli” - ARAŞDIRMA
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > Azərbaycana axan “qrant seli” - ARAŞDIRMA

Azərbaycana axan “qrant seli” - ARAŞDIRMA


Bəzi QHT-lərin xaricdən aldığı qrantlar astronomik rəqəmlərlə ölçülür, fəaliyyətləri isə...

ABŞ-ın Milli Demokratiya İnstitutunun (MDİ) Azərbaycanda nümayəndəliyinin fəaliyyəti ətrafında yaranmış ajiotaj ümumilikdə 3-cü sektorun ölkədə hansı işlərlə məşğul olması barədə sualları yenidən gündəmə gətirib. Fəaliyyətləri onsuz da kifayət qədər suallar doğuran QHT ailəsinin bəzi üzvlərinin adının siyasi məsələlərə qarışması, bəzi QHT-lərin bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlığı, eləcə də aldıqları qrantlarla bağlı şübhəli məqamların olması isə vəziyyəti daha da dramatikləşdirir.

APA-nın bu araşdırmasında Azərbaycanın QHT sektorunda vəziyyətin həqiqətən də ürəkaçan olmadığı, bir sıra sualların hələ də açıq qaldığı ortaya çıxır.

QHT nədir?

Qeyri-hökumət təşkilatları (QHT) vətəndaşların birgə məqsəd üçün könüllü olaraq birləşib yaratdıqları birlikdir. Bu təşkilatlar ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki və ya hüquqi şəxsin təşəbbüsü ilə yaradılır, könüllülük əsasında qurulur, fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmur və əldə etdiyi gəliri öz üzvləri arasında bölmür.

Azərbaycanın “Qeyri-hökumət təşkilatı” haqqında qanununa görə, bu təşkilatlar ölkə Konstitusiyası və qanunları ilə qadağan olunmamış məqsədlər üçün yaradıla və fəaliyyət göstərə bilər.

QHT Azərbaycanda prezident, Milli Məclis və bələdiyyə seçkilərində iştirak edə, siyasi partiyalara maliyyə və başqa maddi yardım göstərə bilməz.

Bu təşkilatlar ölkədə keçirilən prezident, parlament və bələdiyyələrə seçkiləri müşahidə edə, “exit-poll” keçirə bilərlər.

Xarici hüquqi şəxslər Azərbaycandakı seçkiləri yalnız yerli qeyri-hökumət təşkilatları ilə birlikdə iştirak edə bilərlər.

Azərbaycan Ədliyyə Nazirliyinin son statistikasına görə, ölkədə 2850 QHT qeydiyyatdan keçib. Bu təşkilatlardan 108-i beynəlxalq və ya xarici ölkələrin qeyri-hökumət təşkilatlarının yerli nümayəndəliyi kimi fəaliyyət göstərir.

2007-ci ildə Azərbaycan Prezidenti yanından Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradılıb. Şura yerli donor kimi fəaliyyət göstərir.


Bunlar statistika idi. İlk baxışdan 9 milyon əhalisi olan ölkədə bu qədər vətəndaş cəmiyyəti təmsilçisinin olması yaxşı, bəlkə də bir az ifrat göstəricidir. Amma reallıq və fəaliyyət necədir?

Donorların artan statistikası

Azərbaycanda fəaliyyət göstərən QHT-lərin son vaxtlar diqqət mərkəzində olmasına səbəb ABŞ Milli Demokratiya İnstitutunun (MDİ) Azərbaycan Nümayəndəliyinin rəhbəri Aleks Qriqoryevsin şəxsi hesabından 2010-12-ci illərdə çıxardığı vəsaitin hara xərclənməsi ilə bağlı yaranmış suallardır. Doğrudur, MDİ prezidenti Kennet Uollakın (Kenneth Wollack) yaydığı bəyanatda təşkilatla bağlı yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib: “MDİ yerli tərəfdaşları ilə birgə yerli hökumət və vətəndaş cəmiyyəti təşkilatları, gənc gələcək liderləri, digər vətəndaşları arasında cəmiyyəti daha da yaxşılaşdırmaq məqsədi ilə konstruktiv əməkdaşlıq yaratmağa köməklik göstərir”.

K. Uollak MDİ-nin bu tədbirlərin keçirilməsində şəffaflıq prinsipinə riayət etdiyini bəyan edib.

Bəyanatda bildirilir ki, Milli Demokratiya İnstitutunun Azərbaycan nümayəndəliyi Ədliyyə Nazirliyində qeydiyyatdan keçib: “Bu qeydiyyat şərtlərinə uyğun olaraq MDİ qanunun tələblərinə uyğun olaraq bütün maliyyə hesabatlarını Maliyyə Nazirliyinə təqdim edib. MDİ fəaliyyətini tam şəkildə yerli qanunvericiliyə, o cümlədən maliyyə məlumatlarının açıqlanması barədə qanunvericiliyin tələblərin uyğun qurur”.

Lakin məsələnin ictimai müzakirəsinə başlanılandan sonra, ümumiyyətlə, xarici QHT-lərin və onların maliyyələşdirildiyi yerli qeyri-hökumət təşkilatlarının fəaliyyəti maraq doğurub. Bu fəaliyyətin məhz son 3 ildə nəzərə çarpacaq dərəcə artması isə
xüsusilə diqqət çəkəndir.

Araşdırma nəticəsində məlum olub ki, Ədliyyə Nazirliyində 2009-cu ildə 631 qrant alınması haqqında müqavilə qeydə alınıb.

Həmin müqavilələr üzrə 62 donor təşkilatından təxminən 21 638 667 manat qrant alınıb. Qrant verən təşkilatlardan cəmi yeddisi yerli donordur.

2010-cu ildə isə 270 təşkilat tərəfindən Ədliyyə Nazirliyinə 577 müraciət edilib. Bağlanmış müqavilələr üzrə 130 donor təşkilatından təxminən 29 200 427,63 manat qrant alınıb. Qrant verən təşkilatlardan 23-ü yerli donor olub, onlardan 7-si isə dövlət təşkilatıdır.

2011-ci ildə isə 881 müqavilə qeydiyyata alınıb, 123 donor təşkilatından ümumilikdə 32 912 225,27 manat qrant alınıb. Bunlardan cəmi 18-i yerli donor olub, onlardan da 10-u dövlət təşkilatıdır.

2012-ci ildə qrant alınması haqqında 1054 müqavilə qeydiyyata alınıb, həmin müqavilələr üzrə 131 donor təşkilatından 39 542 569 manat qrant alınıb. Qrant verən təşkilatlardan 16-sı yerli donor, onlardan 8-i isə dövlət təşkilatı olub.

Qrantlar cədvəldə göstərilən təyinatlar üzrə ayrılıb.

Təyinatlar
2009
2010
2011
2012
Uşaq və gənclər problemləri
15,2
10.51
11.23
15
Yerli özünüidarə məsələləri
14,4
3.99
2.84
1.51
İnsan hüquqları
12,2
8.63
5.9
6.54
Səhiyyə və əhalinin sağlamlığı
10,8
8.21
4.55
10.4
Sosial problemlər
8,3
3.68
5.79
8.15
KİV
7,3
5.78
5
5.5
Ekologiya və təbiəti mühafizə
5,5
5.3
3.86
4.55
Qaçqın və məcburi köçkünlərin problemlərinin həlli
5,4
3.26
3.3
2.84
QHT-in fəaliyyətinin dəstəklənməsi
3,4
6.2
3.98
3.98
İqtisadi inkişaf
3,2
5.3
2.27
3.4
Qadın problemləri
3
4.52
3.52
6.08
Təhsil
2,8
-
-
-
Korrupsiya ilə mübarizə
2,4
0.52
2.1
1.61
Elm, mədəniyyət
2
-
-
-
Xeyriyyəçilik
1.2
3.47
1.39
1.32
Turizm və mədəniyyət
-
2,2
7.1
4.83
Beynəlxalq əməkdaşlıq
-
1,57
3.18
-
Kənd təsərrüfatı
-
1.36
2.16
2.37
Vətənpərvərlik
-
3.78
-
-
Elm, təhsil, maarifləndirmə
-
19.34
29.9
20.8
Digər sahələr
2.9
2.52
1.93
1.12


Eyni təşkilatlara artan məbləğlərlə…

APA-nın araşdırmaları zamanı həm Ədliyyə Nazirliyinə təqdim olunmuş rəsmi hesabatlardan, həm də bəzi QHT-lərin hesabat verdikləri donor təşkilatlara təqdim etdikləri maliyyə hesabatından istifadə olunub. Bu hesabatların təhlili bir neçə maraqlı məqamı üzə çıxarıb.

Əvvəla, məlum olur ki, xarici QHT-lərin donorluq etdikləri təşkilatların konkret çərçivəsi var. Bu təşkilatlar tərəfdaşlarını dəyişməkdə, deməli, həm də fərqli hesabatlar, rəylər almaqda maraqlı görünmürlər.

Məsələn, aşağıdakı cədvəldə ABŞ-ın Demokratiyaya Milli Dəstək Fondunun (NED) 2010-12-ci illərdə qrant ayırdığı təşkilatlardan bir qisminin siyahısı göstərilib. Cədvəldən də göründüyü kimi, müxtəlif təyinatlı qrantlar hər il eyni təşkilatlara ayrılıb.


2010
2011
2012

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı (sədr Mirvari Qəhrəmanlı)

32 640



Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (sədr Emin Hüseynli)
40 308+57 082
25 125+74 250
64 975

Azad İqtisadiyyata Yardım İctimai birliyi (sədr Zöhrab İsmayıl)
31 708
40 250
42 796

Hüquq və İnkişaf ictimai birliyi (sədr Hafiz Həsənov)
27 585



Hüquqi Yardım ictimai birliyi (sədr İlqar Qasımov)
34 567
33 502
33 812

Hüquq Maarifçiliyi Cəmiyyəti
(sədr İntiqam Əliyev)
53 215

50700

Azərbaycan Hüquqçular Assosiasiyası
(sədr Ənnağı Hacıbəyli)
37 439

32 260

Vətəndaş Cəmiyyəti uğrunda Qadınlar Alyansı ictimai birliyi
(sədr Mehdi Dilarə İbad qızı) Niyazi Mehdinin həyat yoldaşı
49 596
39 700
45016

Media Hüququ İnstitutu ictimai birliyi
(sədr Rəşid Hacılı)
36 890



Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi ictimai birliyi (sədr Leyla Əliyeva)
69 116
69 370
61 150

İnternyus
24 900
33 000
43100

İnsan Hüquqları Müdafiə Mərkəzi (Eldar Zeynalov)

32 460


Media Hüquqları Mərkəzi ictimai birliyi (Mətanət Əliyeva)

34 582
33 430


Eyni təcrübə ABŞ Dövlət Departamenti və ABŞ səfirliyinin qrantları üçün də keçərlidir. Məsələn, Dövlət Departamenti sədri Hikmət Hacızadənin həyat yoldaşı Bahar Hacızadə olan Bakı Təhsil Məlumat Mərkəzi Fonduna 2010-cu ildə 97 138 dollar qrant ayırıb. Eyni təşkilata 2010-cu ildə Açıq Cəmiyyət İnstitutu 100 000, 2011-ci ildə isə 15 000 dollar qrant verib. ABŞ-ın Azərbaycandakı səfirliyi isə eyni təşkilata 3 499 dollar qrant ayırıb.

Yeri gəlmişkən, 2010-cu ildə Açıq Cəmiyyət İnstitutu Azərbaycandakı təşkilatlara 2 milyon dollara qədər qrant ayırıb. 2011-ci ildən isə təşkilat ölkədəki fəaliyyətini azaldıb, qrantların verilməsi ilə bağlı məhdudiyyətlər tətbiq edib.

Hesabatlara diqqət yetirdikdə bəlli olur ki, qərb donorların media ilə bağlı əsas tərəfdaşı «Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu» İctimai Birliyi (RATİ) olub.

Məsələn, Beynəlxalq Media Müdafiə Təşkilatı (İnternational Media Support) RATİ-yə 2011-12-ci illərdə bir neçə layihə üzrə 79 833 avro qrant ayırıb. Təşkilatın iki il dalbadal qrant ayırdığı ikinci tərəfdaşı isə “Yeni nəsil” Jurnalistlər Birliyidir. Bu qurum iki ilə 52 770 avro qrant alıb.

Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası (İREX) da Azərbaycanda donorluq etdiyi qurumlara sadiq qalıb. Təşkilat 2011-ci ildə RATİ-yə 74 743 dollar, 2012-ci ildə isə 84 842 dollar qarant ayırıb. İREX-in ikinci tərəfdaşı isə 2011-ci ildə 57 687 dollar qrant ayırdığı “Media Hüququ İnstitutu”dur.

Böyük Britaniyanın Oksfam humanitar təşkilatının nümayəndəliyi də eyni qurumlarla işləyib. Belə ki, qurum 2011-ci ildə “İqtisadi Təşəbbüslərə Yardım” İctimai Birliyinə (sədr Azər Mehdiyev) 97 000 avro, 2012-ci ildə isə 78 000 avro vəsait ayırıb. Eyni nümayəndəlik “Qadınlar Arasında Həmrəylik” İctimai Birliyinə (sədr Ruhəngiz Hüseynova) 2012-ci ildə 169 min avro qrant verib. “İqtisadi Tədqiqatlar Mərkəzi” İctimai Birliyinə isə (sədr Qubad İbadoğlu) 2011-12-ci illərdə 48 332 avro vəsait ayırıb.

Evangelischer Entwicklungsdienst e.V. (EED) isə yalnız Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı» İctimai Birliyi (sədr Mirvari Qəhrəmanlı) ilə işləyib və bu təşkilata 2011-12-ci illər ərzində 140 000 avro qrant ayırıb.

Azərbaycana hətta Gürcüstanın «Tolerant» Samtsxe Cavaxeti Regional Assosiasiyasından da qrant ayrılıb. Humanitar Tədqiqatlar Cəmiyyəti (sədr Əvəz Həsənov) 2012-ci ildə bu təşkilatdan 80 577 avro qrant alıb.

Araşdırmalar zamanı diqqəti cəlb edən ikinci mühüm məqam isə daha böyük məbləğli qrant layihələrinin yalnız beynəlxalq QHT-lərin və ya fondların yerli nümayəndəliklərinə ayrılmasıdır. Yəni məşhur donor fondlar böyük məbləğli qrant layihələrini xarici təşkilatın yerli nümayəndəliyini ayırır, bu təşkilat isə yerli QHT-lər arasında yenə də kiçik qrantlar şəklində bölünür. Belə olduqda qrant layihələrini alan yerli QHT-lərə Bakıdakı nümayəndəlik daha ciddi nəzarət edə bilir.

Ötən illər ərzində ayrılmış böyük məbləğli qrant layihələrindən biri BP Exploration (Caspian Sea) Ltd şirkətinə məxsusdur. Avrasiya Əməkdaşlıq Fonduna “Şirkətin aktivlərinin və Azərbaycanda fəaliyyətinin təsir göstərdiyi sahələrin inkişafına təkan vermək, yerli idarəetmə və ətraf mühit proqramı” layihəsinə 197 391 dollar qrant ayırıb.

BP Exploration (Caspian Sea) Ltd şirkətinin “Qafqaz” Universitetinə ayırdığı 1 260 454 ABŞ dolları miqdarındakı qrant isə «Qafqaz Universitetinin Xırdalanda yerləşən tələbə şəhərciyində müasir Mexanika mühəndisliyi laboratoriyasının qurulması» layihəsi üçün nəzərdə tutulub.

Avrasiya Əməkdaşlıq Fondunun digər qrantı isə Belçika Federal Hökumətindən alınıb. “Cənubi Qafqaz və Türkiyədə Sülh naminə Gənclərdən İbarət Qrupun yaradılması” adlı layihə üçün 70 348 avro ayrılıb.

Niderland Dövlətinin Avropa İşləri və Beynəlxalq Əməkdaşlıq üzrə Nazirliyi Avrasiya Əməkdaşlıq Fonduna Hüquq normaları və demokratikləşməyə stimul verilməsində vətəndaş cəmiyyətinə sifariş vermək üçün Kiçik Qrantlar Proqramının idarə edilməsi üçün 300 min avro ayırıb.

İsveçrənin HEKS EPER təşkilatı isə İnternyusa “İctimai səviyyədə həm Azərbaycanda, həm də Ermənistanda regional barışıq ideyalarının təbliği və sülh quruculuğunun aşılanması” layihəsi üçün 137 000 avro ayırıb.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ABŞ-ın «Uşaqların Xilası» Beynəlxalq Humanitar Federasiyası Azərbaycandakı nümayəndəliyinə ayırdığı qrantın məbləği isə nə az, nə çox 1 096 456,10 dollardır. Layihənin adı isə belədir: «Qaçqın və Sığınacaq Axtaranlara Qayğı və Himayə».

Abt Associates Inc. də eyni təşkilata «Azərbaycanda Səhiyyə Sistemlərinin Gücləndirilməsinə İnteqrasiya» layihəsi üçün 466 926 dollar vəsait ayırıb.

ATƏT-in Bakı ofisi isə ötən il “Şəffaflıq-Azərbaycan» Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinə Lənkəran və Şəkidə regional mərkəzlər qurmaq üçün 92 400 avro, Gəncə üçün isə 46900 avro qrant ayırıb. Bu təşkilat Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi» ictimai birliyinə isə «Regionlarda Hüquq Resurs Mərkəzləri» çərçivəsində Sumqayıt şəhərində mərkəz yaratmaq üçün 46 900 manat ayırıb.

Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyi «Uşaqların Xilası» Niderland fondunun Azərbaycandakı filialına “Korlar üçün Xüsusi İqtisadi Proqram” həyata keçirmək üçün 216 000 avro ayırıb.

“Maraqlı” qrantlar

Araşdırma zamanı məlum olur ki, donor təşkilatların qrant ayırdıqları bəzi layihələr sadəcə simvolik xarakter daşıyır. Təhlil göstərir ki, həmin layihələrin bir çoxunun Azərbaycanda həyata keçirilməsinə sadəcə ehtiyac yoxdur və ya bu layihələrin çoxunun zəruriliyi üçün Azərbaycan inkişafdan, maariflənmədən geridə qalmış ölkə kimi təqdim edilməlidir. Layihələrin bəzilərinin isə onu həyata keçirəcək QHT-nin təyinatı ilə heç bir əlaqəsi yoxdur. Təhlil zamanı o da məlum olur ki, qrant layihələrinin bir çoxunun adı onun xərclənmə istiqamətini, layihənin məzmun və nəticəsini müəyyənləşdirməyə imkan vermir.

Məsələn, İsveçrənin Açıq Cəmiyyət İnstitutu Fondu Lixtenşteyn Knyazlığının «Açıq Cəmiyyət» İnstitutunun Yardım Fondunun Azərbaycandakı Nümayəndəliyinə 783 956 dollar qrant ayırıb. Layihənin adı isə belədir: “Təşkilati fəaliyyətlərinə və regionda açıq cəmiyyətin qurulmasında göstərdiyi səylərə dəstək vermək”.

Yeri gəlmişkən, Açıq Cəmiyyət İnstitutu «Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi» İctimai Birliyinə «Sərbəst toplaşmaq hüququ sahəsində vəkillik» layihəsi üçün 40 000 dollar ayırıb.

Avropa Birliyi “Lider qadınlar” İctimai Birliyinə “Azərbaycanın kənd bölgələrində gənc qadınlar arasında HİV/AİDS-nin qarşısının alınması məqsədilə məlumatlandırma: Təhsildə, Maarifləndirmənin Gücləndirilməsində yeni Sosial-mədəni yanaşma” adlı layihəyə 245 405 avro vəsait ayırıb. ABŞ-ın «Kounterpart İnterneşnl» Beynəlxalq Humanitar Təşkilatının Azərbaycandakı Nümayəndəliyi isə bu təşkilata «Qadınların Qərarvermə proseslərində İştirakı Gender Bərabərliyi Vasitəsidir» layihəsinə görə 54 086 manat vəsait ayırıb.

Almaniyanın Xarici Mədəni Əlaqələr üzrə İnstitutu isə «Azərbaycan Gənclərinin Avro-Atlantika Təşkilatı» İctimai Birliyinə «Azərbaycanda Avrovizion Təbliğatı» adlı layihə üçün 132 811,30 avro qrant ayırıbmış. Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun (Budapeşt) “Demokratik Jurnalistika Məktəbi» İctimai Birliyinə ayırdığı 13 486 dollarlıq qrant da “Eurovision”dan Azərbaycandakı insan hüquqlarına diqqət cəlb etmək üçün bir vasitə kimi istifadə etmək” adlanırmış.

ABŞ-ın «Kounterpart İnterneşnl» Beynəlxalq Humanitar Təşkilatının Azərbaycandakı Nümayəndəliyi «Tomris» Analar və Bacılar Cəmiyyətinə “Qadınların siyasi iştirakçılığının gücləndirilməsi” üçün 33981 manat qrant layihəsi ayırıb. Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası (İREX) isə bu cəmiyyətə “Azərbaycanda Yeni Media Layihəsi” adlı layihə üçün 14866 ABŞ dolları qrant verib. Amma yaxşı ki, yeni media təkcə “analar və bacılar” cəmiyyətinin ümidinə buraxılmayıb. İREX eyni adla eyni ildə həm də «Yeni Fikir» Jurnalist Həmrəyliyi İctimai Birliyinə 15 300 manat vəsait ayırıb.

Yeri gəlmişkən, İREX-in RATİ-yə ayırdığı 14 767 dollarlıq qarant layihəsi belə adlanır: “RATİ-nin Media İncəsənəti Mərkəzi tərəfindən Azərbaycan kənarından gələn 25-35 gənc üçün nəzərdə tutulan vətəndaş jurnalistikası ilə bağlı təlimlərin maliyyələşdirilməsi”

Kvinna till Kvinna Fondu isə «Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyəti» ictimai birliyinə «Bakıda Analıq Məktəbi» layihəsi üçün 54000 avro vəsait ayırıb.

British Council isə «Ümidli Gələcək» Gənclər Təşkilatına “İnternat məktəblərində oxuyan uşaqlar üçün ingilis dili kursları və həyatı bacarıqlara dair təlimlərin təşkili” layihəsinə cəmi 620 manat qrant verib.

Almaniya Xalq Universitetləri Birliyinin Beynəlxalq Əməkdaşlıq İnstitutunun Qafqaz və Türkiyə üzrə Regional ofisi «Yaşlıların Təhsili Assosiasiyası» İctimai Birliyinə «Yaşlıların Təhsili qeyri-formal təhsil sahəsində əməkdaşlıq etmək» layihəsi üçün 90 min avro vəsait ayırıb. Bəli, bu qrant məhz Azərbaycanda reallaşır - yaşlıların gənclikdən daha təhsilli olduğu ölkədə...

Küveyt dövlətinin İslam və vəqf işləri üzrə Nazirliyinin «İdrak» Mötədillik Prinsipi üzrə Azərbaycan Beynəlxalq İslam Konqresi ictimai birliyinə ayırdığı 26726 avroluq qrantın adı isə məhz belədir: “Təlim kurslarının keçirilməsi və cari xərcləri”.

Qeyd edək ki, bu, 2010-12-ci illər ərzində qrant müqavilələri bağlayan və bununla bağlı hesabat verən təşkilatların siyahısıdır.

Hesabatlar hanı?

Ədliyyə Nazirliyi dəfələrlə qrant müqavilələrinin gizlədildiyini, QHT-lərin mütəmadi hesabat verməkdən yayındığını, buna görə bir neçə dəfə inzibati mexanizmlərdən istifadə etməsi barədə məlumat verib.

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də “Azərtac” Dövlət Agentliyinə müsahibəsində Azərbaycanda fəaliyyət göstərən bəzi QHT-lərin hesabat verməkdən yayındığını, mövcud qanunvericiliyə əməl etmədiyini açıqlayıb. R. Mehdiyev Azərbaycanda rəsmi qeydiyyatdan keçən bəzi beynəlxalq QHT-lərin maliyyə hesabatı vermədiyini, xarici donorlardan daxil olan qrantların və ianələrin böyük hissəsinin gerçəkdə hara xərcləndiyinin bilinmədiyini vurğulayıb: “Bu məsələdə şəffaflıq yoxdur. Mövcud qanunvericiliyə görə, yerli və xarici QHT-lərin gəlirləri və xərcləri barədə məlumat dövlət və ya kommersiya sirri ola bilməz. Onlar hər il Maliyyə Nazirliyinə müvafiq hesabat verməli, nazirlik isə qanunun tələblərinin yerinə yetirilməsinə ciddi nəzarət etməlidir. Bir sıra hallarda bu təşkilatların əsl hədəfləri qeyri-müəyyən qalır. Azərbaycanın milli təhlükəsizliyinə təhdidlər yarananda, hökumət hansısa addımlar atanda onların maliyyələşdirdiyi yerli müdafiəçilər, beynəlxalq havadarları dərhal hay-küy salır, birləşmək, söz azadlığının pozulduğunu iddia etməyə başlayırlar. Bəzən həmin saxta QHT-lər diplomatik müdafiədən də istifadə etməkdən çəkinmirlər”.

R. Mehdiyev qeyd edib ki, aparılan təhlillərə görə, hətta qrantlar qeydiyyata alındıqdan sonra külli miqdarda maliyyə vəsaitinin ayrılması davam etdirilir və onların barəsində məlumatlar verilmir: “Araşdırmalar zamanı başqa gizli mexanizmlər də aşkarlanmışdır. Beynəlxalq QHT-nin yerli nümayəndəliyi qeydiyyata alınmır, amma baş təşkilat yerli QHT-lərə qrant verir və ya əksinə, yerli nümayəndəlik qeydiyyata alınır, amma baş təşkilat yenə də yerli QHT-lərə birbaşa qrant verməkdə davam edir. Yerli nümayəndəliklərin qeydiyyata alınmamasına baxmayaraq, bəzi beynəlxalq QHT-lərin baş təşkilatları hər hansı bir şəxsə etibarnamə verir və onu nümayəndə təyin edirlər. Həmin şəxs ölkədə fəaliyyətə başlayır. Bu fəaliyyət isə hüquqi baxımdan qanunsuzdur”.

Müsahibədə həmçinin qrantların təyinatı üzrə xərclənmədiyi də vurğulanmışdı: “Bəzi beynəlxalq QHT-lər reallıqda mandatlarına aid olmayan məsələlərlə məşğuldurlar. Onlar rəsmi olaraq müəyyən qrant layihəsi elan edir, lakin reallıqda tamamilə başqa, bir çox hallarda dağıdıcı məqsədlər üçün vəsait ayırırlar. Təhsil sahəsində ixtisaslaşan bəzi təşkilatlar qeyri-təhsil layihələrini, qaçqın və məcburi köçkünlərə yardım etməli olan beynəlxalq QHT-lər müxalifət QHT-lərini maliyyələşdirməklə məşğul olurlar. Onların donorları qrant verəndə pulun nəyə xərclənəcəyini yaxşı bilirlər. Demək, əsl məqsəd təhsil, qaçqınlara və məcburi köçkünlərə yardım layihələri deyil, öz təsir dairələrini genişləndirməkdir. Hətta humanitar təşkilat kimi qeydiyyatdan keçən bəzi xarici QHT-lər anlaşma memorandumlarına zidd olaraq Vergilər Nazirliyində qeydiyyatdan keçməklə kommersiya fəaliyyəti ilə məşğul olurlar”.

Qeyd edildiyi kimi, Ədliyyə Nazirliyinin təqdim etdiyi 2010-12-ci illərdəki qrant müqavilələri və maliyyə hesabatları ilə bağlı məlumatlarda bəzi QHT-lərin adları ümumiyyətlə yoxdur. Məsələn, 2010-12-ci illər ərzində aktiv fəaliyyət göstərən, monitorinqlərini açıqlayan “Kür” Vətəndaş Cəmiyyətinin heç bir maliyyə hesabatına rast gəlinmir. Eynilə Sülh və Demokratiya İnstitutu, “Helsinki Vətəndaş Assambleyasının” Azərbaycan nümayəndəliyinin də hesabatlarına rast gəlinmir.

Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus APA-ya deyib ki, onun təşkilatı 2010-2012-ci illər ərzində heç bir qrant almayıb. Amma o, təşkilatının fəaliyyətini bu illər ərzində təşkilatının fəaliyyətini hansı maliyyə üzərində qurduğunu bildirməyib.

Kür Vətəndaş Cəmiyyətinin sədri Oqtay Gülalıyev isə APA-ya təşkilatın Ədliyyə Nazirliyində qeydiyyata alınmadığını bildirib: “Biz qeydiyyatdan keçmədiyimiz üçün qrant da ala bilmirik. Bunun üçün də həmin siyahıda bizim təşkilatın adı yoxdur”.

Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva isə APA-ya deyib ki, onların təşkilatı 2012-ci ildə qrant alıb: “Həmin vaxt qrant alan təşkilatların Ədliyyə Nazirliyinə hesabat vermələri ilə bağlı qanun layihəsi qəbul olunmamışdı. Həmin qanun layihəsi bir ay olar ki, qəbul olunub. Bunun üçün də biz nazirliyə hesabat verməmişik”.

Ədliyyə Nazirliyinin saytında 2009-cu ilə aid hesabatda qeyd edilib ki, Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 223-1-ci maddəsinə əsasən qrant alan hüquqi şəxslər tərəfindən qrant alınması haqqında müqavilələrin və qərarların surətlərinin qeydiyyat üçün qanunvericiliklə müəyyən edilmiş müddətlərdə (1 ay) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə cərimə müəyyən olunub.

Bu barədə Azərbaycan Prezidentinin 12 fevral 2004-cü il tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması Qaydaları"nda göstərilib.

2009-cu il ərzində qrant qanunvericiliyinə bir sıra dəyişikliklər edilib. Belə ki, 16 dekabr 2008-ci il tarixdə qrant qanunvericiliyi ilə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 223-1.1-ci və 223-1.2-ci maddələrinə dəyişikliklər edilmiş (İnzibati Xətalar Məcəlləsinə görə cərimənin məbləği min manatdan iki min beş yüz manatadək müəyyən edilmişdir) və bu dəyişiklik 2009-cu ildə qüvvəyə minib.

Həmçinin, 30.06.2009-cu ildə «Qrant haqqında» qanuna dəyişikliklər edilib. Ordakı müham dəyişikliklərdən biri də “Qeydə alınmayan qrant verilməsi və ya alınması haqqında müqavilələr (qərarlar) üzrə əməliyyatlar keçirilə bilməz” bəndinin əlavə olunmasıdır.

Beynəlxalq hesabatlar necə hazırlanır?

Bütün bu təhlillərdən sonra məntiqi sonluq qeyri-hökumət təşkilatlarına ayrılan qrantlar əsasında hazırlanmış hesabatlardır. Əslində əsas, həlledici məqam da elə budur. Beynəlxalq təşkilatlar azərbaycandakı QHT-lərə təkcə qrant ayırmır, həm də onların hazırladıqları hesabatlar əsasında Azərbaycanla bağlı mütəmadi olaraq hesabatlar yayırlar.

APA-nın beynəlxalq təşkilatlardan sorğular əsasında aldığı məlumatlara görə, ölkələr üzrə hesabatlar əsasən QHT və müstəqil ekspertlərin, KİV-in məlumatları əsasında hazırlanır.

BMT və onun agentlikləri ölkələrin hökumətlərinin və müvafiq hökumət strukturlarının rəsmi məlumatları əsasında hesabat hazırlayır.

Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobianın sözlərinə görə, Avropa Birliyi Avropa Qonşuluq Siyasəti çərçivəsində tərəqqiyə həsr olunmuş illik hesabatların hazırlanması zamanı iki mənbəni diqqətə alır: “Birincisi, bu, hökumətin təqdim etdiyi məlumatdır. Həmçinin bizim nümayəndəliyin əməkdaşlarının məlumatları da nəzərə alınır. Biz rəsmi şəxslər, vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçiririk, KİV-dən məlumat toplayaraq, bunların əsasında hesabatlarımızı hazırlayırıq”.

Avropa Şurası (AŞPA Monitorinq Komitəsinin həmsədrlərinin hesabatları) – hökumətin, beynəlxalq hüquq müdafiəçilərinin məlumatları əsasında hazırlanır. Məsələn, AŞPA-nın qış sessiyası çərçivəsində dərc olunmuş Azərbaycanla bağlı son hesabatda Human Rights Watch, Human Rights House Foundation, Amnesty International kimi təşkilatların məlumatlarından istifadə olunub.

Freedom House hesabatlarını təşkilatın ekspertlərinin, o cümlədən konkret ölkədən olan məsləhətçilərin iştirakı ilə hazırlanır. Məsələn, dünya ölkələrində internet azadlığına həsr olunmuş hesabatın (Freedom of the NET 2012) Azərbaycana aid olan hissəsində müəllif qismində jurnalist Xədicə İsmayılova və müstəqil tədqiqatçı Vəfa Fətizadə çıxış ediblər. Hesabatın yazılması üçün mənbə qismində xarici müxbirlərin məlumatlarından, təşkilat əməkdaşlarının ölkəyə səfərinin nəticələrindən, beynəlxalq səviyyədə səfər edənlərin, region üzrə mütəxəssislərin rəylərindən, hökumətin məlumatlarından, yerli və xarici KİV-lərin xəbərlərindən istifadə olunur.

Amnesty International daha geniş spektrdə mənbələrdən istifadə etdiyini deyir. Hesabatın hazırlanması üçün hüquqları pozulmuş məhbuslardan alınan məlumatlardan, hüquqşünaslardan, jurnalistlərdən, qaçqınlardan, diplomatlardan dini strukturların nümayəndələrindən və hüquq müdafiə təşkilatlarından məlumatlar alınır. 2013-cü il yanvarın 22-dək təşkilat Eynulla Fətullayevlə əməkdaşlıq etdiyini bildirib.

Human Rights Watch, Human Rights House Foundation kimi təşkilatlar da yerli qeyri hökumət təşkilatlarından və mediadan məlumat alırlar.

Və nəhayət...

Beləliklə, sxem bu cür qurulur: Beynəlxalq donor fondlar özlərinin yerli nümayəndəliklərinə vəsait ayırır. Həmin vəsait yerli nümayəndəliklər tərəfindən yerli qeyri-hökumət təşkilatlarına qrant layihələri kimi verilir. Layihələr əsasında hesabatlar hazırlanır. Hesabatlar donora göndərilir, donor olan ikinci dərəcəli təşkilat bu hesabat əsasında hazırladığı hesabatı əsas təşkilata göndərir. Əsas təşkilatın hesabatı əsasında isə ABŞ Dövlət Departamenti, Avropa Şurası, BMT, ATƏT kimi qurumlar müxtəlif sahələrə dair vəziyyətlə bağlı illik hesabatlarını açıqlayırlar.

Bir çox hallarda təkcə QHT məlumatlarına əsaslanmamaq üçün həmin təşkilatların rəhbərləri və ya layihə koordinatorları həm də “müstəqil ekspert” rəyləri də təqdim edirlər.

Bütün təhlil boyu bu təşkilatların konkret olaraq Azərbaycanda donorluq etdikləri QHT təmsilçilərinin siyahısına və siyasi yaxınlığına diqqət yetirsək, təbii ki, hesabatlarda mənfinin müsbəti üstələməsinin səbəbləri barədə çox düşünməyə ehtiyac olmayacaq...

Bir məsələni də xüsusi qeyd eləməyə ehtiyac var ki, araşdırmadakı məlumatlar Ədliyyə Nazirliyinə verilmiş rəsmi məlumatlar əsasında hazırlanıb. Bu qrantlardan çoxunun təyinatı üzrə xərclənib-xərclənmədiyi, qrant müqaviləsi imzalandıqdan sonra eyni qrant üzrə əlavə vəsaitlərin ayrılıb-ayrılmaması barədə suallar hələ də açıq qalır.

Açıq qalan suallardan biri də donor təşkilatlara məxsus internet ünvanlarında “layihələr və qrantlar” bölümünün ya olmaması, ya da boş olması ilə bağlıdır. Eyni məsələ yerli QHT-lərin də əksəriyyətinə aiddir. QHT-lər bunu donor təşkilatların onlardan saytlarında açıq hesabatlar yaymağı tələb etməmələri ilə əlaqələndirib...

DAVAM.AZ: - Heftimizi aparsınlar deyə qarışıqlıq yaratmaq üçün QRANT verirlər.

Geri dön