Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Maykl Man: İran yeni təkliflər paketinə qəti cavab verməlidir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Maykl Man: İran yeni təkliflər paketinə qəti cavab verməlidir

Maykl Man: İran yeni təkliflər paketinə qəti cavab verməlidir


Aprelin 5-də Qazaxıstanın Almatı şəhərində İranla “5+1” qrupu (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya) arasındakı növbəti danışıqlar başlayıb.

Avropa Birliyinin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin mətbuat katibi Maykl Man aprelin 5-də jurnalistlərə bildirib ki, Tehran Almatı danışıqlarının əvvəlki raundunda nüvə fəaliyyətinin tənzimlənməsi üzrə ədalətli və balanslı təkliflər alıb: “İrana təqdim olunan təkliflər beynəlxalq ictimaiyyətin rəyini və bu ölkənin qaldırdığı məsələləri əhatə edir. Ona görə də biz bu təklifləri ədalətli və balanslı hesab edirik”.

Man İranın Almatıdakı bu raundda təkliflərə dəqiq cavab verəcəyinə ümid etdiklərini bildirib: “Bizim reaksiyamız (əksüləməl) İranın raeksiyasından asılı olacaq. Danışıqların gedişi və müddəti İranın cavabından asılıdır. Hesab edirik ki, İran “5+1” qrupunun təqdim etdiyi təkliflər paketinə şəffaf və qəti cavab verməlidir. İranın hərbi məqsədlər üçün nüvə texnologiyaları hazırladığı güman olunur. Tehrandan təkzib gözləyirik. Etimadı gücləndirmək lazımdır”.

Avropa Birliyinin təmsilçisi istənilən ölkənin atom enerjisini sülh məqsədi ilə inkişaf etdirmək hüququna malik olduğunu vurğulayıb: “Amma İran beynəlxalq ictimaiyyəti nüvə texnologiyalarını hərbi məqsədlər üçün istifadə etmədiyinə inandırmalıdır”.

İranın nüvə problemi ilə bağlı ilk danışıqlar Qazaxıstanda 2013-cü ilin fevralında nəticəsiz bitmişdi.

Geri dön