Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türk dillərinin ortaq əlifbası hazırlanacaq.
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türk dünyası-Turan > Türk dillərinin ortaq əlifbası hazırlanacaq.

Türk dillərinin ortaq əlifbası hazırlanacaq.


Türk dillərinin ortaq əlifbasının hazırlanması, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin aprelin 9-da imzaladığı “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”ında yer alıb.


Proqramda qeyd edilib ki, Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi 2013-2020-ci illər ərzində türk dillərinin fonetika, leksika və qrammatikasının mü¬qayisəli tədqiqi sahəsində işlərin inten¬siv¬ləş¬di¬ril¬mə¬si, ortaq əlifba, terminologiya və ədəbi dillə bağlı birgə layihələrin hazırlanmasını təmin etməlidir.

Azərbaycan Milli Elmlər Akademiyası, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 2013-2014-cü illər ərzində isə milli transliterasiya standartları əsasında Azərbaycan əlifbasından digər əlifbalara transliterasiyanı həyata ke¬çi¬rən proqram təminatının hazırlanmasını təmin etməlidir.

Geri dön