Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Beynəlxalq təşkilatlar və bəzi aparıcı dövlətlər Azərbaycanın Qarabağ probleminə ciddi yanaşmırlar
Beynəlxalq təşkilatlar və bəzi aparıcı dövlətlər Azərbaycanın Qarabağ probleminə ciddi yanaşmırlar |
Baş nazirin müavini: “Beynəlxalq təşkilatlar və bəzi aparıcı dövlətlər Azərbaycanın Qarabağ probleminə ciddi yanaşmır”
Bu bəyanatı Azərbaycan baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin Problemləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov “Ərzaq təhlükəsizliyinin monitorinqi sisteminin təqdimatı və tətbiqi” mövzusunda Bakıda keçirilən seminarda çıxış edərkən səsləndirib. Ə.Həsənov dünyada bəzi ölkələrə qarşı ikili standartların və ədalətsiz siyasətin yürüdüldüyünü bildirib: “Buna əyani misal Fələstin münaqişəsi, eləcə də hazırda ərəb ölkələrində baş verənlərdir”. Baş nazirin müavini beynəlxalq qurumların və bəzi aparıcı dövlətlərin Azərbaycanla bağlı siyasətlərini kəskin tənqid edib: “Onlar Dağlıq Qarabağ münaqişəsini guya həll etmək istəyir, Azərbaycana hüquq dərsi keçməyə çalışırlar. Halbuki BMT, Avropa Şurası və ATƏT kimi beynəlxalq təşkilatların Qarabağ problemi ilə bağlı qərarları indiyədək yerinə yetirilməyib. Bu, təəssüfləndirici haldır”. Ə.Həsənov qeyd edib ki, belə bir vəziyyətdə ölkənin əsas problemlərinin, o cümlədən ərzaq təhlükəsizliyinin həllində Azərbaycan yalnız öz gücünə arxalanmalıdır: “Nə qədər ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb, torpaqlarımız işğaldan azad edilməyib və 1 milyondan artıq qaçqın-köçkünümüz var, ərzaq təhlükəsizliyi həmişə diqqətdə saxlanmalıdır”. Geri dön |