Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Politoloq İranlı millət vəkilinin Azərbaycana qarşı ərazi iddiasına münasibət bildirib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Politoloq İranlı millət vəkilinin Azərbaycana qarşı ərazi iddiasına münasibət bildirib

Politoloq İranlı millət vəkilinin Azərbaycana qarşı ərazi iddiasına münasibət bildirib


İran parlamentinin bir sıra üzvləri Türkmənçay müqaviləsinə yenidən baxılması və Azərbaycan ərazilərinin yenidən İrana birləşdirməsini nəzərdə tutan qanun layihəsi üzərində işləyir.

Ərdəbildən olan millət vəkili Kəmaləddin Pirmoəzzen parlamentin Azərbaycan dilli millət vəkillərinin qanun layihəsini yaxın vaxtlarda hazırlayacaqlarını bildirib: “Rusiya ilə 1828-ci ildə imzalanan müqavilənin müddətinin bitdiyini nəzərə alaraq, İranın şimal bölgələrindən olan millət vəkillərinin forumu qərara alıb ki, bu sənədə yenidən baxılsın. Biz çalışarıq ki, bütün imkanlardan istifadə edərək, öz hüquqlarımızı bərpa edək”.



Politoloq (siyasətçi) Vəfa Quluzadə hesab edir ki, İran hökumətinin bu nümayişkəranə addımı təbliğat məqsədi daşıyır. Politoloqun sözlərinə görə, eynilə, Milli Məclis də Güneydəki torpaqlarımızın Azərbaycan Respublikasına birləşdirilməsi məsələsini müzakirəyə çıxarıb, belə bir qanun qəbul edə bilər. İran hökuməti özü də yaxşı başa düşür ki, bu, praktiki (əməli) baxımdan mümkünsüzdür. İran Azərbaycana təcavüz edib torpaqları işğal edən deyil. İranın özünün o qədər problemi var ki..."

Vəfa Quluzadənin fikrincə, bu, İran tərəfinin bugünlərdə Bakıda keçirilən Güney Azərbaycanla bağlı konfransa cavab reaksiyasıdır (əksüləməlidir): “Demək istəyirlər ki, siz konfransda Güney Azərbaycanla bağlı müxtəlif fikirlər səsləndirirsiz, biz də parlamentimizdə sizi İran imperiyasına daxil etmək istəyirik”.

Geri dön