Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Azərbaycanda çirkab suları üzərində nəzarət gücləndirilir
Azərbaycanda çirkab suları üzərində nəzarət gücləndirilir |
"Azərsu" ASC məişət tullantısı olmayan çirkab suları üzərində nəzarət xidməti yaradıb. Bu barədə cümə axşamı jurnalistlərə ASC-nin sədri Qorxmaz Hüseynov deyib.
"Bir şəhərdə paralel olaraq içməli və texniki su xətlərini çəkmək çox çətindir. Dünyada ikili su şəbəkələri nadir hallarda tikilir. Texniki su əsasən, belə suya tələb duyulan iri istehsalat və sənaye sahələrində lokal şəkildə çəkilir. Həmçinin suyu qarışdırmaq məqsədəuyğun deyil, çünki bu, iqtisadi və sanitar baxımdan səmərəli deyil", - Hüseynov deyib. Onun sözlərinə görə, avtomobil yuma məntəqələrinə gəlincə, onlar müvafiq normativ və standartlara uyğun tikilməlidir. Burada məqsəd onların texniki suyu təkrar istifadə etmələridir. Ölkədə avtomobil yuma məntəqələrinin 90 faizinin tikintisində belə normativlərə riayət olunmayıb. "Biz məişət tullantıları olmayan çirkab suları üzərində nəzarət xidməti yaratdıq. Biz artıq bu sahədə hazırlıq işləri görürük" , -Hüseynov bildirib. Geri dön |