Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney Azərbaycan Milli hərkatından,Quzey Azərbaycan və Türkiyə medyasına müraciət :
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Güney Azərbaycan Milli hərkatından,Quzey Azərbaycan və Türkiyə medyasına müraciət :

Güney Azərbaycan Milli hərkatından,Quzey Azərbaycan və Türkiyə medyasına müraciət :


Milli Dirçəliş Hərəkatı partiyası,Güney Azərbaycan Departamentinə Güney Azərbaycan Milli Hərəkatından daxil oaln müraciəti olduqu kimi təqdim edirik.
Sizin Güney Azərbaycanda olunan milli zülm haqqında susmaniz təkəcə Güney üçün yox , insaniyyət üçün cinayət deməkdir !
Azərbaycan türkcəsində yayımlanan bütün Radio – Televızyalar o cümlədən «Azadlıq radiosu ,B.B.C Azərbaycan xidəməti , Amerıkanın Səsi(VOA) Azərbaycan xidəməti , Türkiyənin səsi Radiosu(TRT Azərbaycan və TRT Türki) , Simali Azərbaycan Respoblikası və Türkiyə Respoblikası dövlət Radio – televiziyaları , Veb Sitələr , Xəbər Agentlikləri , jurnallar və Qəzetlərinə və müstəqil medyalara Açıq Məktub :

Azərbaycan topraqlarının Gülüstan və Türkəmənçay müqavilələri əsasında iki – Simal və Cənub – hissəyə bölünməsindən 200 il ötür. Bu müdətdə Azərbaycanın simal hissəsində Çar iməperyası devərildikdən sonra , Müsəlman və Türk dünyasında ilk dəfə olaraq Azərbaycan xalq Cimhüriyyəti qurulub və ikı il davam etədikdən sonra Qızıl ordunun Azərbaycana yürus ilə süqüt etdi. Bu tarixdən bəri Azərbaycanda 70 illik Sovet ittifaqı höküməti başlamış və bu quruluşun dagılması ilə Quzey Azərbaycan əbədi olaraq öz istqlaliyyətini əldə etədi. Ancaq bu fasilədə Cənubı Azərbaycanda müxtəlif hadisələr üz vermiş , belə ki 20 – inci əsirin əvvəllərində Azərbaycanlıların mübarizəsi nəticəsində iranda məsrütəçilik inqılabı bas verdi. Təxmınən 10 il
inqilabdan sonra , bu inqılabın alavları sünməyə baslarkən , Güney Azərbaycanda Xiyabani hərkəti və altı aylıq «Azadistan» höküməti vücudə gəldi. Xiyabani qiyamının yatırılmasından 25
il sonra , Azərbaycanlılar mərkəzi hökümətin vədələrindən ümıdsiz qalaraq , Seyid Cəfər Pisəvərinin basıçılıgı altında Azərbaycan milli höküməti ya Dimokrat Firqəsi Hökümətini
qurdular. Ancaq Pəhələvi rejimi Azərbaycana qosun Çəkməklə bir illik dimokratların hökümətini qanda bogdu. Cənubi Azərbaycanın sonuncu hərkəti 1980-1978 – inci illərdə üz verdi və Azərbaycanlıların bu dəfəki hərkəti , yeni qurulmus əran əslam Respoblikasi əlilə yatırıldı.
Beləliklə 20 – inci əsirdə Cənubi Azərbaycanda dörd inqlabi – demokratik hərkət baş verməsinə
baxmayaraq təssüflər olsun Azərbaycan xalqı müəyyən illətlərə görə ; Fars müstəmlikəçiligyi və rasizmindən(Irqçılıq) qurtula bilməyib və azadlıga qovsa bilmədı . Bu is 21 – inci əsirə
tapşırıldı... .
Cənubi Azərbaycan hərkətləri və inqlablarının yeni dalgası təxmınən igirmi il bundan öncədən «Güney Azərbaycan milli hərkəti» adı altında başlamış və 2006/1385 də baş vern «Xurdad /May Həmasəsi» onun bir dönüş nöqətəsi sayılır. Bu hərkət özunü Azərbaycan keçəmiş hərkətlərinin davamçısı hesab edir və milli hökümət çərçivəsində olan müxtəlif : fedral(İran daxilində) ,
müstəqil Güney Azərbaycan höküməti və bütöv Azərbaycan höküməti (Azərbaycanın simal və
cənub hissələrinin birləsəməsi əsasında) şəklində Azərbaycan xalqının müqəddəratını təyin etmək bu hərkətin ən önmli amacı dir. Bunların kənarında dil azadlıgı və ya mədəniyyət (Kültür)
Muxtariyyəti də milli hərkətin başqa istəklərindən birisi sayılır. Bu hərkətin çox səsliliyi onun dəmukratik olmagı deməkdir.
Bütün bunlara baxmayaraq Güney Azərbaycan milli hərkəti ikı qeyri dimokratik ideologiya tərfindən təzyiqlərə mərüz qalmış və qalmaqdadır : birincisi Fars rasizmi və irançılıq - ikincisi
islam fandametalizmi ki hər ikısi də İran İslam Respoblikası sistemində birlismislər. Bu ikı idiologiya keçən 90 il ərzində Cənubi Azərbaycanı iqtisadiyyat , mədəniyyət , siyasi və s
sahələrdə fars rejiminin müstəmlikəsinə çevrilməsində ən önmlı rolu olmuşdur. Basqa sözlə desk Azərbaycan xalqı bu müdətdə Farsçılar və İrançıların(Pəhləvilər və İslam Respoblikası rejimləri nin) daxili (iç) Müstəməlikəçiliginə(əmperiya) məruz qalmısdır. Ancaq Güney Azərbaycan milli hərkəti bu duruma son quımaq məqsəd ilə bir demukratik hərkət kimi meydana gəlmişdir , daha diqqətlə bu məsələ yə yanaşsaq zərbaycanlıların istəkləri , onların haqqında olunan milli , siyasi , mədəniyyət və iqtsadiyyat sahələrdə ayrı seçəgiligə , və bütövəlükdə Cənubi
Azərbaycanda olan «Milli Zülmə» son quymaq , Azərbaycanlıların milli və insani haqlarını müdafiə etmək və onların müqqədəratını təyin etməkdir. Beləliklə İran rejiminin rasisti siyasətləri nəticəsində , Cənubı Azərbaycan Milli aktivist (fəal)ləri , ziyalıları və s sürgun olunması , basqa məmləkətlərə məcəbür olaraq köçəməsı və ya məmləkət daxilində onlara
müharib(rejimə qarsı savaş aparan) , milli təhlükəsizəliyə əngəl törədən , separatçı , Türkçü və s… ünvanı qoyulması və ya ömürlərinin ən səmərli illərini İran rejiminin həbəsxanalarında həbəsə alınması və hökümət tərfindən insanlıqdan uzaq iskəncələrə mərüz qalması və ya onların dirıliyi rejimə dözülməz olması və nəhayət olaraq saxta avtomobil qəzası nəticəsində rejimin cəlladları əl ilə şəhid olması , heç də gözlnilməz deyil. Cənubı Azərbaycanda milli kimlik məsələsi
2006/1385 May/Xurdad həmasəsindən bəri elə bir səviyyəyə gəlib çatmısdır ki bu hərkət Azərbaycanın bütün sinifləri və kütlələri arasında yayilmaqdadır və günü gündən artıq
Azərbaycanda milli hərkətə qatılan yeni yetəmələr və gənclərin sayı artmaqdadır. Beləliklə yuxarıda insanların Cənubi Azərbaycandan sürgün düsməsi , qaçqın düsəməsı , həbəsə alınması , avtomobil qəzası və s kimi İran rejiminin sadaladıgımız davranısları Güney Azərbaycan aktivistlərinin gündəlik proqramına çevrilmis və nəhaytdə gələcək nəsillərin haqqında da davam edcəkdir. Və bu yaxınlarda iran adlanan ölkənı Azərbaycanlıların həbsxanası olmasının şahidi
olacagıq.
Ancaq bütün bu davranıslara və bütövlükdə bu durumun yaradılmasına dəstək vern amıllərdən birisi xarıcdəki mətbuat , xəbər agentlikləri , radio – televiziyalar və veb sitələrin bu məsələlər haqqında susması dır. Belə ki Azərbaycan türkcəsində yayimlanan istər radio və televiziyalardan , istərsə veb sitə lər , xəbər agentlikləri və qəzetlərindən , Güney Azərbaycan məsələlərinə ,orada yürudülən müstəməlikəçılık , rasizm və bütövlükdə milli zülmə yalnız bir neçəsi və o da
məhdud səkildə toxunurlar. Daha dəqiq desk radiolardan , yalnız Amerıkanın səsi(VOA) Azərbaycan Xidəməti həfətə də ikı verilisini - (hər birisi 15 dəqiqə uzunlugunda) «Haray» və
«Pəncərə» proqramlarını - Cənubi Azərbaycan məsələlərinə o cümlədən insan haqları , dil ,ədəbiyyat və s məsələlərə həsər etəmis və ha belə radionun veb sitəsində «Azərbaycan» bölməsi
kənarında , «əran Azərbaycanı» bölməsi də ayrılmısdır. Azadlıq radiosunun hər gün 6-7 saatlıq müxətəlif proqramları o cümlədən kontekst , İz , Qafqaz Quvşagı , Qaynar Xət , Azadlıq FM ,Azadlıq Bölgələrdə , İşdən Sonra , Pen Klup və s yayimlamagına baxmayaraq , bu radionun həfətə də təxmınən 50 saatlıq verlislərindən heç 5 dəqiqə də Güney Azərbaycan məsələlərinə həsr olunmur(Burada Azadlıq Radiosunun Televizia verlisləri daxil edilməmısdir). Adı çəkiln radionun Cənubı Azərbaycan üçün həsər etədiyi « Təbəriz Ekspres» adlı yeganə bölmədə neçə aydan bir , bir xəbər , məqalə ya raport dərc etməklə kifayətlənir. BBC Azərbaycan xidəmətinə
gəldikdə vəziyyət daha da pis dir. Belə ki bu radionun veb sitəsində heç «Güney Azərbaycan» bölməsi də ayrılmamıs və onun hadisələrindən və məsələlərindən heç nə görünmür. Bu vəziyyət elə bir halda üz verir ki bu radioların farsca xidəmətində də Cənubi Azərbaycan haqqında ya
susurlar və ona qarşı zidd mövəqə tuturlar (BBC farsca , Amerıkanın Səsi farsca xidəməti) , ya da Azadlıq radiosunda oldugu kimi hərdən bir Cənubi Azərbaycan məsələlərinə
toxunurlar(farsca yayilan Radio Fərda kimi).Simalı Azərbaycan Respoblikasi medyasına gəldikdə vəziyyət daha da acınacaqlı dır.
Azərbaycan medyasında üstə sadaladıgımız radiolardan savayi dövəlt radio- televiziyalarında ,qəzetlərində və xəbər agentliklərində Cənubi Azərbaycana zərrəcə diqəqət yetirilmir , ancaq bollu - bollu «Biz 50 miliyonloq Azərbaycan xalqıyıq , ya bizim dövlət 50 miliyonluq xalqın dövəlti dir» kimi agız dolduran şuarlar səsləndirilir. Bu süarlar çox gözəl və milli şuarlardır ,ancaq bunu əməldə göstərmək lazımdır. Bu şüaları səsləndirn hökümət , O 50 miliyoluq xalqdan iranda əsartdə yasayan 30 miliyonuna sahab çıxmalıdır. Yoxsa hərdən bir əran rejimi ilə əlaqə ləri gərginləsəndə İran rejiminə hədə qorxu vermək məqsəd ilə bu süarları və başqa bu kimi tədəbirləri ortaya atmaqla bizim milli dərdlərimizin heç biri sağala bilməz. Bir halda ki İran rejimi il illərdi ki «Səhər kanalı» nı Azərbaycan möminləri üçün və daha açıq desk Simalı Azərbaycandakı yetişdirdigi öz əlaltıları üçün yaymaqdadır , əkəsinə Simalı Azərbaycan hakimiyyəti əranda yasayan 25-30 mılionluq Azrəbaycanlıya heç bir saatda radio ya televiziya verlisi ayirmayir. Bunlardan əlavə təkəcə bir neçə qəzetdə və veb sitə də o cümlədən Davam.az, Xalq Cəbəhəsi Qəzeti , Yeni Müsavat , Ayna Qəzeti və s də «Güney» ünvanı altında bölmələrə rast
gəlmək olur ki Cənubı Azərbaycan məsələləri üçün ayrılmışdır.
Biz güneylilər , Simalı Azərbaycan dövəltini öz dövəltiməz saymaqla bərabər fəxər edirik ki dünya məmləkətləri arasında Azərbaycanda bir müstəqil ölkə olaraq adı çəkilir , zərbaycanın
milli marşı səslənir , müqədəs üç rəngli bayragı zirvələrdə dalgalanır və... . Bütövəlükdə gütürsək Azərbaycanın Şimal hissəsi də bızım tarixi və dogma torpaqlarımızdır , onun qorumagı göz bəbəyi kimi bizimdə milli vəzifəmız sayılır , onun qarabag yarası bizim də yaramızdır , onun səadti bizim səadtimiz və fəlakti də bizim fəlaktimiz deməkdir.Buna görə ki biz bir xalqıq və Azərbaycan da (istər onun Güneyi istər isə Quzeyi) bizim müqəddəs vətənimizdir…. Ancaq təəsüsflər bu kimi baxışlar Quzey Azərbaycan hakimiyyətində çox az görünür. Ona görə Azərbaycan medyasında Güney Azərbaycan məsələlərinə yer verilmir. Ancaq bunu da xatırlatmaq lazımdır ki tarix daha geri qayıtmayacaq və bu fürsəti bir daha bizə və sizə vermiyəcək. Biz bunu qəbul edirik ki Simali Azərbaycan hakimiyyəti bir dövəlt olaraq bütün beynalxalq qanunlara boyun əyəmli və başqa bir dövəltin daxili islərinə qarışmamalıdır. Ancaq bu heç də Güney məsələri haqqında Etinasız qalmasına Şimalı Azərbaycan hakmitinə , bəraət qazandırmır. Bəlkə də bu haqda ,başqa dövlətlərlə qiyas olunduqda Azərbaycan hakimiyyətinin rolu iki qat artır. Bizcə belə bir vəziyyətdə ata babalar demiskən elə davranmaq lazmdır ki «nə şış yansın nə kabab». Və bunu da demək yersiz deyyldir ki Simali Azərbaycan hakimiyyəti Güney məsələsinə hər cür yanaşsa (Güney məsələsinin gündəmə gətirib , gətirməməsi) İran rejiminin qəddar olduguna görə Azərbaycan hakimiyyəti iranın daxili islərinə qarışmasina müttəhəm edcəkdir.Təssüflə xatırlatmalıyıq ki Güney Azərbaycan məsələsinin Türkiyə medyasında da yeri yoxdur. Türkiyənin çox saylı Radio – Televiziyalarından təkəcə Türkiyənin Səsi Radiosu və
Azərbaycanın əctimai Radiosunun ortaq layihəsi olan «Qurqud Ata Verlisi» hər gün bir saat ərzində yayımlanır , ancaq bu proqramda da ya Simalı Azərbaycan və Türkiyənin məsələlərinə
diqqət yetirilir ya da mədəniyyət , incə sənət , musiqi və s kimi məsələlərdən danısılır. Hal bu ki Güney Azərbaycan və onun məsələləri gündəmə gətirilmir. Nəhayət T.R.T Türkinin Azərbaycan Türk (ərəb) əlifbası ilə veb sitəsi mövuddur ancaq o da güney yerinə bütün türk dünyasını və ya Türkiyənin məsələləri haqqında informasya yaymaqdadır.Niyə belə olmalıdır ə Məgər Cənubı Azərbaycan Türk dünyasından sayilmirmı ə Məgər Güney Azərbaycanda yasayanlar türk deyillərmi,Güney Azərbaycanın bütün Türkiyə medyasından
payi budurmiu, Güney Azərbaycanda zülmlərə Türkiyə və Azərbaycan hakimiyyəti və onların medyası önəm vermiəcək bəs hansı dövəlt bunu gündəmə gətirmlidırə! Türkiyə və Azərbaycan hakimiyyətindən savayi hansı dövəlt və hakimiyyət , güneylilərin haqqında müdafiə etəməlidir.Biz yenə də ata babalarımız demiskən «adam umdugu yerdən küsər» deyə bu məsalələri ortaya atmalıyıq. Azərbaycan və Türkiyə hakimiyyəti və onların dövəlt medyası da bunları düzəgün qarşılamalı və düzəgün qəbul etəməlidirlər. Bizcə Azərbaycan və Türkiyə medyasının vəzifələri Güney məsələsi haqqında ikı qat artır. Birincisi bu medyaların bütün xalqların azadlıgına etinasız olmamagına və azadlıq sevərlik əsillərinə dayandıgına qayıdır. əkıncısi isə bu medyaların qardaş Türkiyə və Simalı Azərbaycana ayid olduguna görədir. Bütün bunlara
əsaslanaraq sizlərin bu məsalələr haqqında susmanız dözülməz dır.Bütün bunları nəzərə almaqla biz bu məktubu yazanlar və ona imza atanlar bir halda ki İran rasist rejimi Cənubi Azərbaycanı , siyasi , iqtsadiyyat və mədəniyyət baxımından öz
müstəməlikəsinə çevirmiş və Azərbaycan xalqına bütün var- güc ilə zülm etməkdədir , vətən övladları rejim həbsxsnslsrında ən agır və insanlıqdan uzaq olan iskəncələrə məruz qalmaqdadırlar , bir halda ki Azərbaycan xalqı Qaradag zəlzləsinin matəmindən hələ özünə gəlməmış , rejimin etinasızlıgına görə xalqımızın bir hissəsi istidə - soyuqda , evsiz qalaraq ,çadırlarda yasamaqla , gecə – günduz ölümlə əl bə yaxadırlar , rejim Urmu Gölünü qurutmaq qərarına gəlmiş və Azərbaycanda çevərə faciəsi yaratmaq istəyir və bunlar kimi neçə faciələr Azərbaycan xalqını güzləməkədədir , müxtəlif Azərbaycan türkcəsində yayimlanan və Türkiyə ,Simalı Azərbaycan medyalarından tələblərimiz bunlardan ibarətdir :

1- Azadlıq Radiosu , Amerikanın Səsi Radiosu(VOA) (Azərbaycan Xidməti) , BBC Radiosu (Azərbaycan Xidməti) və Türkiyənin Səsi Radiosu (T.R.T Türki) kimi radiolardan imkan daxilində , Güney Azərbaycan üçün Azərbaycan dilində müstəqil radio qurulması və basqa radiolarda oldugu kimi layiqincə hər gün neçə saatlıq məhz Güney Azərbaycan məsələləri ətrafında (Milli Zülm , insan haqları , Azərbaycanlıların əqtisadiyyat durumu ,onun aktual məsələləri və... ətrafında) verilislərin hazırlanması tələb olunur.

2- Üstəki tədəbirlər müyəssər olmayırsa , bu radioların Simalı Azərbaycan üçün yayımlanan radiolarında Güney məsələləri üçün , üstə sadaladıgımız prənsiplərə əsaslanaraq müstəqil bir bölmənin qurulması təkəlif olunur. Bu bölmə ən azı 24 saat
ərzındə 2 saatlıq verilis hazırlamalıdır. Həmçinin təkəlif olunur imkan daxilində Türk (ərəb) əlıfbası ilə (2001 də Güney Azərbaycanda təşəkil olunan birinci və ikinci Türk
dili ortoqrafi seminarının aldıgı qərarlar əsasında) Azərbaycan Türkcəsində veb sitə hazırlanması ən vacib olan ehtiyaclardan birisi sayılır . Necə ki T.R.T Türki bu haqda birinci atdımı atmıs , ancaq təəsüflər olsun ki bu veb sitə də Güney Azərbaycan
məsələləri üçün heç nə yayımlanmır və yalnız Türkiyə , Dünya və Türk dünyasının məsalələrini Azərbaycan Türkcəsində (Türk əlıfbasında) gündəmə gətirir.

3- Simalı Azərbaycan və Türkiyə dövəlt medyalarından Güney Azərbaycan məsələləri üçün üstə ki pərnəsiblərə dayanaraq müstəqil radio və Televiziyalar , Qəzet lər , Veb sitələr və Xəbər Agentliklərinin açılması tələb olunur. Müstəqil və dövlətə baglı
olmayan Şimali Azərbaycan və Türkiyə medyalardan da imkan daxilində eyni tədbirlərin görünməsi tələb olunur.

4- Güney Azərbaycan məsələsi təkəcə Azərbaycanlıların və yaxud dünya Türklərinnin prablemi deyil. Bəlkə bu məsələlər milliyyət , dil və vətəndaşlıqdan asılı olmayaraq bütün dünyada yaşayan azad insanların məsaləsi deməkdir , və bütün dövəltlərdən və insanlardan tələb olunur öz yardımlarını və himayələrini , dəstəklərini Azərbaycanda gedən milli mübarizədən əsirgəməsinlər və bu müqəddəs mübarizə də istirak etəsinlər.Ancaq qardaş Şimali Azərbaycan və Türkiyə hakimiyyətlərindən və vətəndaşlarından müəyyən dəlillərə görə tələbatımız qat qat artıqdır.

5- Sonda bu önəmlı məsələni də xatırlatmaq lazımdır ki hər bir insan , hər bir dövəlt ,hər bir cəmiyət və... Güney Azərbaycandakı yürüdülən müstəmlikəçilik , rasizm və
milli zülmün qarşısında susursa o təkəcə Azərbaycana xəyanət etəmir bəlkə insanıyyət üçün cınayt törədır. Biz 21 - inci əsirdə yasayan insanlar «İnsaniyyət Naminə» yer kürəsinin hər nöqətəsində yaşayan hər bir insanın acınacaqlı yaşayişına göz Yuma bilmərik. Bizlər hamımız bərabr huquqlu insanlarıq və insan kimi də yasamalıyıq .
Azərbaycan Xalqı və bütün dünyada əsarət əltında yasayan xalq ların tezliklə azadlıga qüvəşma diləyi ilə !
Yaşasın Azərbaycan !
Yaşasın Azadlıq !
Yaşasın İnsaniyyət !
Ölüm Olsun Rasizmə və Müstəmlikəçiliyə !

Hörmətlə:

Bir Qrup Güney Azərbaycan Milli hərəkatının Müstəqil Fəalları

MDHP Mətbuat xidməti

Geri dön