Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Səhiyyə Nazirliyi ana və uşaq ölümü faktını araşdırmağa başlayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Səhiyyə Nazirliyi ana və uşaq ölümü faktını araşdırmağa başlayıb

Səhiyyə Nazirliyi ana və uşaq ölümü faktını araşdırmağa başlayıb


Azərbaycan Səhiyyə Nazirliyi Ağdaş Mərkəzi rayon Xəstəxanasında baş vermiş ana və uşaq ölümü hadisəsini araşdırmağa başlayıb. Bunu cümə günü Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib.
Onun sözlərinə görə, araşdırmanı Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyası aparır.
Komissiya apardığı araşdırma zamanı ölümün konkret səbəbini müəyyən edəcək. Bundan sonra isə xəstənin ölümündə həkimin günahının olub-olmaması barədə qərar veriləcək və buna uyğun da tədbirlər görüləcək.
Qeyd edək ki, Ağdaşın Yuxarı Nəvətava kənd sakini, 35 yaşlı Məcidova Pərvanə Akif qızı və onun dünyaya gələcək qız övladı ötən gecə doğuş zamanı ölüb.

Geri dön