Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > MDHP sədri, Millət Vəkili Fərəc Quliyev partiyanın Qadınları ilə görüşdü
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasi partiyalar > MDHP sədri, Millət Vəkili Fərəc Quliyev partiyanın Qadınları ilə görüşdü

MDHP sədri, Millət Vəkili Fərəc Quliyev partiyanın Qadınları ilə görüşdü


Milli Dirçəliş Hərəkatı Partiyası qərargahında partiyanın sədri, Millət Vəkili Fərəc Quliyevin , Milli Dirşəliş Hərəkatı Partiyası Qərbi Azərbaycan Departamentinin təşəbbüsü ilə QAD-ın qadınlar şurasının fəalları ilə görüşü keçirilmişdir. Görüşdə , partiyanın qarşısında duran vəzifələr müzakirə edilmişdir. Millət Vəkili Fərəc bəyin çıxışı və tövsiyələri maraqla dinlənilmiş və qadınlar tərəfindən dəstəklənmişdir. Görüşdə bir çox məsələlərlə yanaşı dini və milli müstəvidə cəmiyyətimizə empozə edilən missioner davranışlar və bu davranışların qarşısının alınması məsələsi ətrafinda fikir mübadiləsi edlmişdir. Qadinlarımızın ictimayi həyatimizda rolu, gənclərimizin vətənpərvərlik, milliyyətçilik ruhunda tərbiyəsi, itirilmiş torpaqlarımızın qaytarılması istiqamətində milli düşüncənin gücləndirilməsi önə çəkilmişdir. Qərbi Azərbaycandan deportasiyaya məruz qalan insanlarımızın mübariz əhval ruhiyədə olduğu xüsusi ilə vurqulanmışdır. Cəmiyyətimizdə qadınların rolu, xüsusi ilə gənclərimizin dinə münasibəti , dini dəyərlərin düzgün təbliğ edilməməsi , din pərdəsi altinda milli mənəvi dəyərlərimizə zərbə vurmaq istəyən dövlətimizə düşmən olan ölkələrin təsir dairəsinin azaldilmasi istiqamətində işlərin görülməsi vacib hesab edlmiş, analarımızın övladlarının tərbiyəsi və dinimizin gənc nəsilə kənar təsirlərdən uzaq və düzgün öyrədilməsi istiqamətində görülməsi vacib olan, partiyanın bu istiqamətdəki proqramları müzakirə edilmişdir.
Görüş yüksək əhval-ruhiyyə şəraitində keçmişdir.
Görüşün sonunda xanımlara Fərəc Quliyevin kitablari hədiyyə edilmişdir.

MDHP Mətbuat Xidməti

Geri dön