Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Ana və uşaq ölümlərinin günahkarı kimdir?
Ana və uşaq ölümlərinin günahkarı kimdir? |
Mətanət Əzizova: “Ana və uşaq ölümünün əsas səbəbinin iqtisadi çətinliklərlə bağlıdır”
Pərvanə Mustafayeva: “Regionlarda ailə planlaşdırılması ilə bağlı maarifləndirmə işi aparılmalıdır” Aprelin 10-də iki ailə səbirsizlikə dünyaya gələcək körpənin səsinin eşitmək istəyirdilər. Amma onların bu istəyin arzu gerşəkləşmədi. Əksinə həm ana , həm də dünyaya gəlməmis körpə həyatla vidalaşmalı oldu. İki gün öncə Ağdaş rayonunda ana və uşaq ölümü qeydə alınıb. Ağdaş rayonu yuxarı Nəvətava kənd sakini 1977-ci il təvəllüdlü Pərvanə Akif qızı Məcidova doğuş zamanı ölüb. Rayondan Aznews.az-a verilən məlumata görə, dünən səhər saatlarında Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən xəstənin gecə saatlarında doğuşu başlayıb. Lakin həkimin səhvi üzündən ana və uşağı dünyasını dəyişib. Məlumatda P.Məcidovanın həkimi Səfa Yusifovanın Ağdaş Mərkəzi Xəstəxananın Doğuş şöbəsinin baş həkimi olduğu bildirilir. Məlumat üçün bildirək ki, bu, onun ölümlə nəticələnən 13-cü əməliyyatıdır. Belə ki, həkimin doğuşları zamanı uşaqlar ölü doğulub. Fakt rayon Prokurorluğunda araşdırılır. Faktı Səhiyyə Nazirliyi də araşdıracaq. Səhiyyə Nazirliyinin Doğuşa yardım Komissiyası ölümün konkret səbəbini müəyyən edəcək. Bundan sonra isə xəstənin ölümündə həkimin günahının olub-olmaması barədə qərar veriləcək və buna uyğun da tədbirlər görüləcək. Digər qara xəbər isə Ucar rayon Mərkəzi xəstəxanasında qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü Flora Məmmədova doğuş zamanı dünyasını dəyişib. Xəstaxanadan verilən məlumata görə, Göyçay rayon Kürdəmiş kənd sakini Flora Məmmədova xəstəxanaya ağır vəziyyətdə gətirilib: “Uşaq ana bətnindən ölüb və bundan ananın xəbəri olmayıb. Bu da onun səhhətinə pis təsir göstərib. Görünür, qana zəhərlənmə verib. Ananın təzyiqi də yüksək olub. Bakıdan gələn həkimlər də doğuşda iştirak edib. Lakin ananı xilas etmək mümkün olmayıb”. Məsələ ilə bağlı iSəhiyyə naziri Oqtay Şirəliyev açıqlama yayıb. O.Şirəliyev qeyd edib ki, iki gün əvvəl bir ana ölümü qeydə alınıb. Bu istiqamətdə aparılan tədbirlər çox müsbət nəticələr verir. Ümumiyyətlə, səhiyyə müəssisələrində qeydə alınan ölüm faktlarının nazirlik tərəfindən ciddi araşdırıldığını deyən nazirin sözlərinə görə, bütün hallarda hər bir hadisəyə obyektiv qiymət verilir. Maraqlıdır, bir gündə iki belə hadisənin baş verməsinə sabəb nədir. Həkimlərin qeyri peşəkarlığı və ya həkimlərin öz işlərinı səhlənkar yanaşması. Ekspertlər bildirir ki, ana və uşaq ölümü faktı qeydə alınır. Sadəcə bu cür faktlar bəzən gizlədilir. Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovanın fikrincə, ana və uşaq ölümünün əsas səbəbinin iqtisadi çətinliklərlə bağlıdır: “Ana və uşaq ölümünün bir səbəbi də Azərbaycanda səhiyyənin pullu olmasıdır. Müayinədən keçmək, analizlər vermək hər ailənin cibinə uyğun deyil. Nəinki hamiləlik dövründə, hər zaman mütəxəssislər məsləhət görür ki, nikaha daxil olmamışdan öncə həkim müayinəsindən keçmək lazımdır. Xüsusən də indiki dövrdə bu vacib bir xarakter alıb. Amma bilirik ki, bizim əhali belə məsələlərdə səhlənkardır, analar qızlarına ”arxayın”dır, oğlanlar da özlərinə. Hamiləlik dövründə də daim həkim nəzarətində olmaq lazımdır. Hamiləlik dövründə qadın bir neçə dəfə müayinə olunmalı, analizlər verməli, vəziyyətinə uyğun davranmalıdır. 1 dəfə müayinədən keçmək isə azı 500-600 manata başa gəlir. Hamımız bilirik ki, bu dəqiqə özəl klinikalarda hansı qiymətlərdir, adi qadın məsləhətxanasında qeydiyyata düşmək üçün də gərək pul verəsən. Həkimə məsləhət üçün yanaşanda da gərək cibinə pul qoyasan. Bu, bizim həyatımızın reallıqlarıdır və heç kəs bunu inkar edə bilməz. Gəlin görək, buna hansı ailənin gücü çatar? Təbii ki, kasıb, imkansız ailə bunu bacarmır. Ona görə də problemli keçən hamiləliyin sonu bəzən bədbəxtliklə nəticələnir. Məsələn, Türkiyədə vəziyyət fərqlidir. Orada həkimlər hər ay özləri hamilə qadınla maraqlanır, onu müayinəyə cəlb edirlər”. Ginekoloq Pərvanə Mustafayeva isə qeyd etdi ki,ana və uşaq ölümü faktına hər zaman regionlarda rast gəlmək olur. Bunun səbəbi isə regionlarda yaşayanların ailə planlaşdırılması barədə məlumatsız olmasıdı: “Regionlarda ailə planlaşdırılması ilə bağlı maarifləndirmə işi aparılmalıdır. Demirəm həkimlərin günahı yoxdur. Həkimin səhvi var. Özü də böyük səhvi. Həkim xəstəni müayinə etməmiş qadını doğus stoluna çıxarmamalıdır. Həkim öncə öyrənməlidir ki, qadının güc verməyə ürəyi dözəcək ya yox. Rayonda yerlərində çox vaxt güc gətirən dərman vasitəsilə doğuş prosesini həyata keçirirlər. Belə dərmanların axırı da bəzən ölümlə nəticələnir”. Günel Cəlilova DAVAM.AZ Geri dön |