Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Müsahibə > Milli hərəkat strateji hədəfləri olan gücə çevrilməkdədir
Milli hərəkat strateji hədəfləri olan gücə çevrilməkdədir |
Sadiq İsabəyli: «Tehran rejimini milli hərəkatın kütləviləşməsi, şüarlarının konkretləşməsi və milli-siyasi hədəfləri qorxudur»
«İranda fars şovinist rejiminə xidmət edən təbliğatlar iflasa uğrayır» Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) təşkilatçılığıyla martın 30-da Bakıda «Çağdaş Güney Azərbaycanın sabahı» mövzusunda konfrans keçirilməsi İran və Azərbaycan arasında dirlomatik gərginlik yaşatdı. Tədbirin ertəsi gün Azərbaycanın Tehrandakı fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundov İran Xarici İşlər Nazirliyinə çağrılaraq ona etiraz məktubu verildi. İran xarici işlər nazirinin müavini Abbas Əraqçinin təqdim etdiyi məktubda bildirilib ki, həmin tədbirdə İranın ərazi bütövlüyü və Tehran hakimiyyətinə qarşı fikirlər səsləndirilib. Hotada həğçinin Azərbaycan dövlətinin bu tədbirin keçirilməsinin qarşısının alınması üçün lazımi tədbir görməməsinə də etiraz edilib. Abbas Əraqçi deyib ki, bu kimi fəaliyyətlər iki ölkə arasında müsbət və inkişaf edən münasibətlərə zərbə vura bilər: «Bu tədbirdə İran əleyhinə məqsədyönlü və təhdidedici, həmçinin yalan məlumatlar səsləndirilib. Bu da yalnız sionistlərin mənafeyinə xidmət edən işlərdir. Belə bir konfransın keçirilməsinə heç bir şəkildə haqq qazandırıla bilməz». Azərbaycan İran Xarici İşlər Nazirliyi İranın notasını cavablandıraraq bildirib ki, həmin tədbirdə səsləndirilən bəyanatlar rəsmi Bakının mövqeyini əks etdirmir: «Azərbaycan İranla ikitərəfli münasibətlərə böyük önəm verir. İranla mövcud ikitərəfli münasibətlər dostluq və qarşılıqlı anlaşmaya əsaslanır. Azərbaycan həmçinin ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə və gələcəkdə daha da inkişafına İranın verdiyi dəstəyi yüksək qiymətləndirir». Lakin Azərbaycanın cavabı İran tərəfini sakitləşdirmədi. Bir neçə İran rəsmisi tədbirə cavab olaraq Azərbaycanı təhdid edən və ölkəmizin ərazi bütövlüyünə zidd fikilər səsləndirdi. Tehranda nəşr olunan «Keyhan» qəzetinin baş redaktoru, ölkənin ali dini lideri, ayətullah Əli Xamneyinin təmsilçisi Hüseyn Şəriətmədari «Bakının sırası gəlib» başlıqlı məqaləsində yazdı ki, çox az insanın iştirak etdiyi tədbir İranın ərazi bütövlüyünə qarşı olub: «İran Azərbaycana öz əhalisi arasında «İrana birləşmək istəyirsiniz, ya yox?» mövzusunda referendum keçirməyi təklif etsin. Azərbaycanın on milyona yaxın əhalisinin çoxluğu müsəlman və şiədir. Onların İrandakı azərbaycanlılarla mədəni və etiqad bağları var. Sovetlər dağılandan sonra bu insanlar öz mədəniyyətlərinə və etiqadlarına dönmək istəyirlər. O zamandan bəri İran İslam Resrublikasını qiblə kimi görürlər. Azərbaycan xalqından aldığımız məlumata görə, onlar özlərini İrandan ayrılmış hissə kimi görürlər. Sionistlərin bu insanların fikirlərini dəyişdirmək səyləri nəticəsiz qalıb». Daha sonra İran rarlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Əlaəddin Burucerdi də tədbirə sərt şəkildə etiraz edərək Azərbaycanı təhdid etməkdən çəkinmədi: «Seraratçılıq məsələsinə əl atmaq Azərbaycanın zərərinə bitəcək. Əgər birləşmək məsələsi varsa, Azərbaycan İrana birləşəcək. Təəssüflər olsun ki, bir müddətdir amerikalılar və sionistlərin təsiri ilə qonşu islam ölkəsi olan Azərbaycandan bəzi zümzümələrin şahidi oluruq. Əgər rroses baş verərsə, İrandan ayrılan öz yerinə qayıtmalıdır. Azərbaycan da İrana — öz ana diyarına qayıtmalıdır və bunun əksi baş verməyəcək. Azərbaycanlı həmvətənlərimiz öz islami baxışını nəzərə alaraq bir islam quruluşunda yaşamaqda maraqlıdırlar. İran Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə hörmətlə yanaşır və bu ölkə ilə yaxşı münasibətlər qurmaqda maraqlıdır. Azərbaycana tövsiyə edirik ki, belə seraratçı açıqlamalardan sonra baş verənlər onların xeyrinə olmayacaq». İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanrərəst də tədbirə münasibət bildirərkən Azərbaycanın ərazi bütövlüyünə qarşı fikirlər səsləndirib: «Qonşu ölkələrlə yaxşı münasibətdə olmaq İranın xarici siyasətində rrioritet məsələlərdəndir. Sülh və stabilliyin olması bütün bölgə dövlətlərinin marağındadır. Lakin bölgədən kənar ölkələr bunu istəmir. İsrail bölgə ölkələri arasında konflikt və qarşıdurma yaranmasında maraqlıdır. Azərbaycanda sözügedən tədbirin təşkilatçıları tarixi yaxşı öyrənməyiblər. Əks təqdirdə bilərdilər ki, hansı ərazilər həqiqətdə kimə aiddir. İndiki vaxtda tarixə qayıtmağı məqsədəuyğun hesab etmirəm. İran bölgədə yaxşı münasibətlərin qurulmasının tərəfdarıdır. Biz bölgə ölkələrinin rəhbərlərini təxribatları dayandırmağa çağırırıq». İran tərəfdən ən yumşaq açıqlama bu ölkənin Azərbaycandakı səfiri Möhsün Pakayin tərəfindən verilib. O, tədbirin keçirilməsində ABŞ-ın təsiri olduğunu iddia edib: «İran və Azərbaycanın dostu olmayan dairələr tarixdən sui-istifadə edərək iki ölkə arasındakı münasibətləri gərginləşdirməyə çalışır. Belə dairələr xülyaya qarılaraq seraratçı fikirlər irəli sürürlər. Bu isə heç vaxt reallaşmayacaq. Onların Azərbaycan xalqı arasında yeri yoxdur. Dəfələrlə Azərbaycan rəsmiləri bu dairələrin fəaliyyətindən narazı qaldıqlarını bildiriblər. Azərbaycandakı əksər separatçı dairələr ABŞ-dan asılıdır. Bu ölkənin əsas niyyəti İranın qonşu ölkələrlə münasibətlərini korlamaqdır. Tehran-Bakı münasibətlərində problem yaratmaq məqsədilə Azərbaycandakı seraratçılar İrana qarşı olan şəxslərin iştirakı ilə Bakıda tədbir keçirdilər. Əlbəttə ki, biz məqsədləri məlum olan bu tədbirin keçirilməsinə icazə verilməyəcəyini gözləyirdik. İran rəsmilərinin bu məsələyə ciddi reaksiya verməsi təbiidir». İndiyədək Bakıda Güney Azərbaycanla bağlı dəfələrlə tədbir keçirilsə də, son konfrans geniş əks-səda yaratdı. Bu baxımdan GAMAC-ın İdarə Heyətinin üzvü, hazırda Finlandiyada siyasi mühacir həyatı yaşayan soydaşımız Sadiq İsabəyli ilə həmsöhbət olaraq ona konfransla bağlı suallarımızı ünvanladıq. - Bakıda Güney Azərbaycanla bağlı indiyədək xeyli tədbir olub. Sizcə, nə üçün GAMAC-ın son konfransına İran bu qədər sərt reaksiya göstərdi? - Burda bir neçə amili nəzərə almalıyıq. Ən əsas amil odur ki, Güney Azərbaycan Milli Azadlıq Hərəkatı arardığı milli-siyasi mübarizəsini beynəlxaq səviyyədə gündəmə gətirə biləcək gücə çevrilməkdədir. Hərəkat getdikcə daha da kütləviləşərək strateyi hədəflərini ortaya qoya bilir və bunu müxtəlif vasitələrlə nümayiş etdirir. Məsələn, «Traktor» və «Əlcəzirə» arasında keçirilən futbol oyununda milli-siyasi şüarların səsləndirilməsi, ən önəmlisi isə «Güney Azərbaycan İran deyil!» rlakatının açılması bunun bariz nümunələrindən biridir. Reyim həmin hadisədən sonra «Traktor» futbol komandasını təhdid etməkdən də çəkinmədi. İranın belə sərt reaksiyası onu göstərir ki, hərəkatın strateyi hədəfləri milli-siyasi müstəvidə özünü göstərməkdədir. Konkret şüarlar və hədəflər İranı qorxutmaya bilməz. Digər tərəfdən, reyim əhali arasında nüfuzunu itirməkdədir. İran adlanan ölkədə fars reyiminə xidmət edən təbliğatlar iflasa uğrayır, ali dini rəhbərə ictimai etimadsızlıq artır. Həmçinin hakimiyyət daxilindəki siyasi çəkişmələr də getdikcə dərinləşməkdədir. Prezident seçkiləri yaxınlşadıqca bu çəkişmələr daha da gərginləşəcək. İranda mafiyalaşmış hakimiyyət xarici siyasətdə də iflasa uğrayır. Nüvə rroqramıyla bağlı Tehrana qarşı qəbul edilən sanksiyalar bu ölkənin beynəlxalq aləmdən təcrid olunmasıyla nəticələnir. Belə bir ağır vəziyyətdə qalan ölkədə qeyri-fars millətlərinin azadlıq mübarizəsi reyimi qorxuya salır. İranda yaşayan qeyri-farslar, hətta farsların özü də reyimə qarşı mübarizədə Azərbaycan türklərinin önəmli rolunu etiraf edirlər. Güney Azərbaycandakı hərəkatın milli-siyasi mübarizə xəttinin şəffaf olması reyimi narahat etməyə bilməz. Millətin öz iradəsini ortaya qoyması fars hakimiyyətinin sonunu yaxınlaşdırır. GAMAC-ın keçirdiyi tədbirə sərt reaksiya da hərəkatın güclənməsindən qaynaqlanır. İran çalışır ki, Azərbaycan dövlətinə və hökumətinə hədə-qorxu gəlsin. - İran rəsmiləri təhdid məzmunlu çıxışlar da ediblər. Bu hədə-qorxunu necə dəyərləndirərdiniz? - İranın həm xarici, həm də daxili siyasəti iflasa uğramır, bu ölkə getdikcə nufuzunu itirir, beynəlxalq təzyiqlərə məruz qalır, qeyri-farslar, xüsusilə də Azərbaycan türklərinin mübarizə arardığı meydana çevrilir. Digər tərəfdən isə gündən-günə iqtisadi və siyasi cəhətdən güclənən, ikitərəfli və çoxtərəfli münasibətlərini inkişaf etdirən, demokratikləşməyə doğru gedən Azərbaycan Resrublikası var və bu dövlətin arxasında 30 milyondan çox azərbaycanlı dayanır. Əgər İran hər hansı bir formada Azərbaycana təzyiq etmək istəsə, gərək bu 30 milyondan çox azərbaycanlının bugünkü gücünü də nəzərə alsın. Bu baxımdan şəxsən mən İran rəsmilərinin Azərbaycan dövlətinə qarşı hədələyici çıxışlarına ciddi baxmıram. İran münasibətləri korlanan ölkələrə qarşı terror qrurlaşmalarından istifadə edir. Lakin Tehranın bu rlanı da artıq ifşa olunub. Bildiyiniz kimi, yaxın günlərdə Səudiyyə Ərəbistanı 10-dan çox İran casusunu həbs etdi. Azərbaycan təhlükəsizlik orqanları dəfələrlə «Ettelaat»a çalışan, onlardan təxribatçılıq əmrləri alan casusları aşkar edərək tutub. Üəni İranın terror rlanlarının üstü də açılır. - Tehranda nəşr olunan «Keyhan» qəzetinin baş redaktorunun referendum təklifi barədə nə deyərdiniz? - Bildiyiniz kimi, həmin şəxs həm də İranın ali dini liderinin təmçilsidir. Ümumiyyətlə, İranda kiminsə müstəqil Azərbaycan Resrublikasına belə bir təklif irəli sürməsi doğru deyil və buna haqqı çatmaz. Bu, beynəlxalq qanunlara zidd davranışdır. Belə görünür ki, reyim dirlomatiyadan da anlamır. Amma Güney Azərbaycanda yaşayan 35 milyondan çox soydaşımızın öz müqəddəratını təyin etmək haqqı var. Biz 8 təşkilatın (Azərbaycan Milli Demokartik Birliyi, Azərbaycan Milli Dirəniş Təşkilatı, Güney Azərbaycan Sosial Demokrat Partiyası, Güney Azərbaycan Demokrat Partiyası, Güney Azərbaycan İstiqlal Partiyası, Güney Azərbaycan Liberal Demokrat Partiyası, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi, Güney Azərbaycan Milli Oyanış Hərəkatı) adından Güney Azərbaycanda referendum keçirilməsilə bağlı BMT baş katibi Pan Gi Muna müraciət etmişik. - Sizcə, belə bir refendum keçirilərsə, nəticəsi necə olacaq? - Güney Azərbaycanda getdikcə güclənən və genişlənən milli hərəkatı nəzərə alsaq, əgər referendum beynəlxalq səviyyədə və BMT nəzarəti altında keçirilərsə, əhalinin 99 faizi İrandan ayrılmağa səs verəcək. Turqut Geri dön |