Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Sahibkarlığa Kömək Milli Fondu İsmayıllı sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayıb
Sahibkarlığa Kömək Milli Fondu İsmayıllı sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayıb |
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) İsmayıllı rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.
Nazirlikdən verilən məlumata görə, SKM tərəfindən İsmayıllı rayonu üzrə sahibkarlıq subyektlərindən müasir soyuducu anbar kompleksinin yaradılması, bağçılıq və arıçılıq təsərrüfatlarının yaradılması, müasir quşçuluq təsərrüfatının yaradılması, müasir heyvandarlıq kompleksinin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib. Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri SKMF-dən əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəkdir. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər. Geri dön |