Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ABŞ bədnam yubileyədək Türkiyə və Ermənistanı barışdırmaq istəyir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > ABŞ bədnam yubileyədək Türkiyə və Ermənistanı barışdırmaq istəyir

ABŞ bədnam yubileyədək Türkiyə və Ermənistanı barışdırmaq istəyir


Amerikalı ekspert: “Türkiyə Qafqazda mövqeyi yetərincə güclü olan böyük regional oyunçudur...”

“Türkiyə və Ermənistanı ”genosid"in 100 illiyinədək barışdırmağa nail olmaq lazımdır. İran problem deyil. Türkiyə ilə Ermənistan arasında münasibətlər 100 illiyə kimi istiləşməsə, məsələdə irəliləyişə ümid eləmək mümkünsüz olacaq". Bunu regnum-a müsahibəsində Oksford Universitetinin Beynəlxalq münasibətlər və siyasət kafedrasının professoru, politoloq Nik Makfarleyn deyib. Politoloqun sözlərinə görə, əlaqələrin ilıqlaşması xeyli dərəcədə Ermənistanın və erməni diasporunun 100 illiklə bağlı (2014-15) hazırlıq tədbirlərinin səviyyəsindən asılı olacaq. Onun fikrincə, ikitərəfli münasibətlərdə 2015-ci ilədək əldə edilən tərəqqi həmin münasibətlərin daha da inkişaf etdirilməsi üçün özünəməxsus baza rolu oynaya bilər.

Sitat: “Sürix protokolları müəyyən zamana kimi dondurulub. Mövcud situasiyanı ciddiyə alsaq, Türkiyə parlamenti çətin ki, erməni tərəfi üçün məqbul olan sənədi ratifikasiya eləsin. Öz növbəsində İrəvan Ankaranın irəli sürdüyü şərtləri (Qarabağ və işğalla bağlı - Z.S.) qəbul etməyəcək. Münasibətlərin qaydaya salınması isə ikitərəfli prosesdir”.

Ekspertə görə, söhbət yuxarı (protokollar) və aşağı səviyyədə praktik normallaşmaya yönəlik addımlardan gedir: “Hava əlaqəsi, viza məsələsi, ticarət, iki ölkə arasında mədəni, akademik əlaqələrin möhkəmləndirilməsi və s. bu qəbildəndir. Hazırkı şəraitdə normallaşmaya ”aşağıdan" başlamaq daha ümidverici görünür, nəinki yuxarıdan - rəsmi səviyyədə".

Makfarleyn hesab edir ki, problemə “aşağıdan” yanaşmaq daha əlverişlidir, “çünki Türkiyəni ön şərtlərdən imtinaya və özünün imzaladığı protokolları ratifikasiya eləməyə zorlamaq perspektivsiz işdir. Türkiyənin Azərbaycandan energetik asılılığı kontekstində Bakının sərhəd məsələsində Ankaraya mümkün təzyiqlərinə gəlincə, politoloq deyib: ”Bildiyim qədər enerji məsələsində Türkiyə daha çox Rusiyadan asılıdır, nəinki Azərbaycandan. Ancaq məsələyə bir qədər fərqli müstəvidə baxmaq lazımdır. Problem enerji asılılığından qat-qat çox Azərbaycanın Türkiyə ictimai fikrinin formalaşmasına təsiri ilə bağlıdır. Hər halda, Bakının öz neft-qazını Türkiyədən savayı hər hansı başqa ölkə ərazisindən nəql eləmək imkanları yoxdur. Bu mənada Ankaranın da əlində təzyiq rıçaqları var".

Analitik əlavə edib ki, Türkiyənin Güney Qafqazda mövqeyi yetərincə güclüdür və ona potensial rəqib yoxdur: “Türkiyənin əsas regional rəqibi kimi qələmə verilən İran onunla müqayisədə çox zəifdir. Ola bilsin, Tehranla Ankara arasında hansısa ziddiyyət var, ancaq bu, elə mühüm əhəmiyyət daşımır. Türkiyə qat-qat böyük oyunçudur, İranın isə Qafqaza yönəlik hansısa məqsədli və effektli siyasəti yoxdur. Qafqaz İranın prioritetlərinə, demək olar, daxil deyil”.

Yada salaq ki, bugünlərdə ABŞ-ın, ümumən Qərbin öz QHT-ləri vasitəsilə Türkiyədə Ermənistanla sərhədləri açmaq yönündə daxili ictimai rəyi dəyişmək və Ərdoğan hökumətinə təzyiq göstərmək xətti götürdüyü barədə Qərb mətbuatına istinadən xəbərlər yayılıb. Məlumatlara görə, Türkiyə ictimaiyyətinin geniş dairələrində ABŞ və Avropanın nüfuzlu çevrələri tərəfindən birbaşa və ya dolayısıyla maliyyələşdirilən və dəstəklənən böyük kampaniya aparılır.

“ABŞ və Avropa hökumətləri özlərinin nəzarətindəki qərbyönlü QHT və maliyyələşdirdikləri Türkiyə QHT-ləri vasitəsilə türk ictimai-siyasi elitasına nüfuz edərək ölkədə ictimai rəy formalaşdırmağa, Ermənistanla sərhədlərin açılması üçün hökumətə daxildən təzyiqlər yaratmağa çalışır”, - deyə məqalələrin birində bildirilirdi. Sitat: “Türkiyədə sözügedən strukturların ölkə cəmiyyətinin bütün nümayəndələri ilə, siyasi və hakim dairələrlə fundamental və ardıcıl iş apardığı müşahidə edilir. Həyata keçirilən proqramların məzmunu, həmin proqramlarda türkiyəli və beynəlxalq QHT-lərin iştirakı belə deməyə əsas verir ki, Türkiyənin Avropa Birliyinə qəbulu siyasəti və onunla paralel aparılan türk-erməni yaxınlaşması üzrə proqram xeyli dərəcədə ölkəyə xaricdən diktə olunur”.

Amerikalı politoloqun az yuxarıda söylədikləri bir daha söyləməyə əsas verir ki, ABŞ uydurma soyqırımın 100 illiyinə kimi Türkiyə-Ermənistan sərhədlərini açılmasına nail olub da bu iki qonşunu barışdırmaq yönündə səyləri ciddidir. Əsas da o motivlə ki, NATO üzrə müttəfiqi Türkiyə ilə münasibətləri saxlamaqla bahəm, Ankaranın regiondakı ötürücülük və vasitəçilik rolunu artırsın, eyni zamanda Ermənistanın Rusiyadan siyasi-hərbi asılılığını azaldıb konflikti həllində onu daha konstruktiv mövqeyə kökləsin.

Rusiya-ABŞ münasibətlərinin Putinin Avrasiya İttifaqı projesi, Güney Qafqazda toqquşan maraqlar, digər ziddiyyətlər (insan haqları, “Maqnitski siyahısı” və s.) sərinləşməsi fonunda Türkiyə ilə Ermənistanı barışdırmaq Vaşinqton üçün indi prioritet maraqlardan biri kimi görünür. Ağ Evdən ötrü bu barışığın hardasa İsraillə Türkiyəni yaxınlaşdırmaq qədər önəm daşıdığını söyləmək olar. O halda Vaşinqton həmçinin, saxta genosidi tanımaq yönündə erməni lobbisinin ənənəvi təzyiqlərindən qurtulmuş olur. Paralel surətdə Amerika rəsmi İrəvana Qarabağ məsələsində ciddi siyasi təzyiq rıçaqları əldə eləmiş olacaq (maliyyə xarakterli təsir mexanizmi onsuz da var).

Ancaq bir çətin maneə var Ağ Ev önündə - Azərbaycan amili. Vaşinqtonda bilməmiş deyillər ki, əgər rəsmi Bakı Türkiyə-İsrail münasibətlərinin qaydaya düşməsindən məmnun qaldısa, ABŞ-ın regional planları çərçivəsində Türkiyə-Ermənistan sərhədlərinin qeyd-şərtsiz, status-kvo saxlanmaqla açılması, əksinə, Azərbaycanda yüzdə yüz sərt reaksiya doğuracaq. Təbii ki, toplumlar səviyyəsində etirazlar da öz yerində..

Geri dön