Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Diaspor > Almaniyada Azərbaycan və türk diasporları irqçilik əleyhinə aksiya keçirib
Almaniyada Azərbaycan və türk diasporları irqçilik əleyhinə aksiya keçirib |
Bu gün Almaniyada yaşayan azərbaycanlılar türk diasporuna dəstək məqsədilə Münhen şəhərində irqi ayrı-seçkiliyə, millətçiliyə qarşı etiraz nümayişi keçiriblər.
Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən Avropa Azərbaycanlıları Konqresi və Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin təşkil etdiyi aksiya Münhen Baş Əyalət Məhkəməsinin qarşısında baş tutub. Təxminən 600-dək soydaşımızın qatıldığı izdihamlı mitinqin iştirakçıları əllərində Türkiyə və Azərbaycan bayraqları tutaraq “Günahsız insanlara qarşı terror aktlarına son qoyulsun!”, “Ədalətli mühakimə tələb edirik!”, “Demokratik dəyərlərinizi doğruldun!” kimi şüarlar səsləndiriblər. Mitinqdə iştirak edən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri irqi ayrı-seçkiliyi, millətçiliyi pisləyən bəyanatlarla çıxış ediblər. Almaniyadakı Azərbaycan diasporunun millətçiliyə qarşı etiraz aksiyası “Millətçi-sosialist məxfiliyi” təşkilatı (“Nationalsozialistische Untergrund”) üzvlərinin məhkəmə prosesi ilə bağlıdır. Bu təşkilat 8 türk və 1 yunan vətəndaşının, eləcə də 1 polisin ölümü ilə nəticələnən irqçilik zəminində cinayətlər törətməkdə təqsirli bilinir. Bu səbəbdən məhkəmə prosesini Almaniyada yaşayan türklərlə yanaşı, azərbaycanlılar da diqqət mərkəzində saxlayır. Azərbaycan diasporunun təşkil etdiyi etiraz nümayişinin sonunda Münhen Baş Məhkəməsinə ünvanlanan bəyanat qəbul olunub. Bəyanatda millətçiliyə, irqçiliyə, həmçinin Almaniyadakı türklərin və ümumiyyətlə, bütün Türkiyənin, eləcə də azərbaycanlıların diqqətində olan məhkəmə prosesinə türk mediasının, öldürülən türklərin ailə üzvlərindən heç kimin buraxılmamasına etiraz bildirilir. Qeyd edək ki, Münhen məhkəməsi prosesə türk mediasının buraxılmaması ilə bağlı Almaniyadakı türk və Azərbaycan diasporunun həssaslığını, etiraz dalğasının böyüməsini, həmçinin rəsmi Ankaranın işə qarışmasını nəzərə alaraq jurnalistlərin akkreditasiyası məsələsinə yenidən baxacaq. Akkreditasiya şərtlərinin yenidən işlənməsi ilə əlaqədar bu günə təyin edilən məhkəmə prosesi bu il mayın 6-dək təxirə salınıb. Geri dön |