Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Müsahibə, Borçalı > Rəhim Cavadbəyli: Gürcüstan bizim üçün əsla yad bir yer deyil- Müsahibə
Rəhim Cavadbəyli: Gürcüstan bizim üçün əsla yad bir yer deyil- Müsahibə |
Hazırda Gürcüstanda yaşayan Güneyli fəal Rəhim Cavadbəylinin “Publika.az”a verdiyi müsahibəsini olduğu kimi təqdim edir:
“Gürcüstanda siyasi mühacir kimi yaşayan, Güney azərbaycanlı hüquqşünas və siyasi ekspert Rəhim Cavadbəyli Publika.Az-a müsahibəsi… -Gürcüstanda hansı təşkilatda və cəmiyyətdə təmsil olunursuz? -2003-cü ildən 2011-ci ilə kimi Azərbaycanda siyasi mühacir həyatı yaşamışam. KİV-ə (kütləvi informasiya vasitələri) bəlli olduğu kimi orada biz cənublu mühacirlərin fərqli problemləri vardı. Bu problemlər həll olmadığına görə 2011-ci il avqustunda Ağrı Qaradağlı ilə birgə Azərbaycanı qeyri-qanuni yolla tərk edərək Gürcüstana gəldik. Siyasi mühacir olaraq işimizə baxılması üçün BMT (Birləşmiş Millətlər Təşkilatı) Qaçqınlar üzrə Ali Komissarlığının Tiflis Ofisinə və Gürcüstan Mühacirət Nazirliyinə baş vurduq. Ağrı bəy 4-5 aydan sonra İran Səfirliyinə baş vuraraq pasportunu alıb, Türkiyəyə keçdi. Mən təxminən bir ildən sonra İran səfirliyinə pasport verilməsi üçün baş vursam da, İran tərəfi mənə nə tənha pasport vermədi, hətta Türkiyə üzərindən İrana keçid üçün keçid sənədii belə verməkdən imtina etdi. Baş konsul Nejadəsəd açıqca bildirdi ki, nə o, nə də cənab Sabiri fövqəladə və səlahiyətli səfir olaraq, nə də Vilayət-e-fəqih ofisinin nümayəndəsi cənab Kəlanifəribayi bizə pasport və ya Türkiyə üzərindən keçiş sənədinin verilməsində heç cürə yardım edə bilməz!! Dedid ki, mənə Xarici İşlər Nazirliyinin Təbriz nümayəndəliyinin rəisi cənab Neməti tərəfindən verilən əmrə görə sizin İrana bir başa dönmənizi təşkil etmək məqsədi ilə havayolu ilə Tehran və ya Təbrizə getməyinizə dair keçiş sənədi verə bilərəm, başqa heç nə!!!. Mən isə öz növbəmdə açıqcasına İranda türk düşmənliyinə söykənən şovinist və panfarsist hakimiyyətə qarşı mübarizə apardığımı və müqəddəs saydığım bu mübarizədən imtina etməyəcəyimi bildirərək, əlavə etdim ki, mövcud rejimə qarşı sivil və siyasi mübarizə aprmağıma baxmayaraq öz qanunlarınıza görə hər hansısa bir vəzifəli şəxs məni İran vətəndaşlığından məhrum edə bilməz. Mən İran vətəndaşlığından rəsmi surətdə imtina etmədiyimə görə qəbul etdiyiniz Konstitusiyaya (anayasa) görə mənə pasport və ya Türkiyə üzərindən keçiş sənədi verilməlidir, əks təqdirdə mən mətbuatı xəbərdar edərək burada - səfirliyin önündə etiraz aksiyası keçirəcəyəm. Və burada baş verəcək hadisələrdən dolayı siz məsuliyyət daşıyacaqsınız. Bu görüşdən sonra iki-üç dəfə İran Konsulluğuna baş vursam da, baş konsul, səfir və səfirliyin başqa məsul şəxsləri mənlə görüşdən imtina etdilər və səfirliyi tərk etməyəcəyim təqdirdə ümumi asayişi pozmaq ittihamı ilə polis çağıracaqlarını bildirdilər. Maraqlıdır ki, mənə- İranda doğulmuş və İran qanunlarına görə oranın rəsmən vətəndaşı sayılan bir siyasi mühacirə nə pasport , nə də keçiş sənədi verməyən səfiri Sabiri İranın xaricdə yerləşən dırnaqarası fars müxalifətinin nümayəndələri ilə, onların biznesmənləri ilə o cümlədən səltənətçilərlə yaxınlığı ilə seçilən “Eyde Nouruz - Novruz Bayramı” təşkilatının rəsmiləri ilə çox yaxın münasibətlər qurur, onlara Gürcüstanda daha səmərəli fəaliyyət göstərmələri üçün köməklik göstərir. Maraqlıdır ki, sonra da deyirlər İranda fars hakimiyəti deyil, İslam hakimiyyəti hakimdir. Mənim qardaş Türkiyə dövlətinin ərazisinə pasportsuz girişimə izin verilməsi məqsədilə dəyərli hərəkətçilərimiz tərəfindən bir kampaniya başladılıb. Bu kampaniya sırasında 300-nəfərdən artıq hərəkatçı dost, şəxsiyyətlər və müxtəlif təşkilatlarımız yazılı olaraq bir sıra başqa yollarla Türkiyənin Gürcüstandakı fövqəladə və səlahiyətli səfiri Levent bəyə müraciət etmişdilər. Yeri gəlmişkən bu kampaniya sırasında əməyi keçən bütün dostlara, müraciət etmiş təşkilatlara, şəxsiyətlərimizə, MDHP-nin sədri ,Millət Vəkili Fərəc Quliyevə, GAK sədri Əbdullah Əmir Haşimiyə, GAMDT-nin sözcüsü Davud bəy Turana, GAİP-nin sözcüsü Saleh İldırıma, Cavidan Elbarsa,Səməd Fərtaş bəyə, Ağrı Qaradağlıya, Mahni xanım Zənganlıya,MDHP Güney Azərbaycan Departamentinin Sədri Əlirza Amanbəyliyə, Gürcüstandakı dostlara o cümlədən nazir müavini Hüseyn Usubova, Elvin Buntürkə və b. dostlarımıza dərin təşəkkürümü bildirirəm. Bu kampaniya sırasında Türkiyənin Gürcüstandakı səfirliyinin dəvəti ilə görüşlərimiz oldu. Bu görüşlər məsələmin həll etməsə də, dəyərli görüşlər oldu deyə bilərəm. Elə buradan da səfrimiz Levent bəy başda olmaqla bütün əməkdaşlarına və müşavirlərinə səmimi təşəkkürümü bildirirəm. Hazırda mən 17 aydır ki, Gürcüstanın paytaxtı Tiflisdə siyasi mühacirət həyatı yaşayıram. Qaçqınlıq statusum hələ bəlli deyil. İşimə baxılması prosesi çeşidli bəlli və bəlli olmayan sənəblərdən dolayı gecikdirilir. İşimə Gürcüstan Mühacirət Nazirliyində xitam verilərək, BMT QAK-a göndərilsə də, bəlli olmayan səbəblərdən yenidən Muhacirət Nazirliyinə geri çevrilibr. Gürcüstanda hansısa bir siyasi-mədəni təşkilat və ya dərnəkdə təmsil olunmuram. Fəaliyyətimi Bakıda olduğu kimi hazırda da müstəqil bir hüquqşünas və siyasi ekspert kimi davam etdirirəm. Fərdi fəaliyyətə üstünlük verməyimin əsas səbəbi cənubla bağlı fəaliyyət göstərmək istəyən dərnək və təşkilatlarımızın milli məsələmizə yönəlik konsepsional yanaşma tərzlərinin, təşkilatın idarə mexanizminin və fəaliyyət metodlarının məni qaneedici bir biçimdə olmaması və ümumiyyətlə, bu siyasi qruplar içində eləcə də qruplar arasında birgə fəaliyyət mədəniyyətinin oturuşmamasıdır. -Gürcüstanda cənubluların təşkilatlanması necədir? Ümumiyyətlə, cənublu siyasi mühacirlərin orda yaşamaları üçün hansı problemlər var? -Əslində Gürcüstanda cənublu anlayışı, Güney Azərbaycan fenomeni istər siyasi, istərsə də coğrafi anlamda sadəcə az saylı azərbaycanlı ziyalılar içində işlədilir. Borçalı azərbaycanlıları arasında isə bu fenomen yerində oturuşmayıb. Belə olduğuna görə təbiidir ki, burada cənubluların təşkilatlanmasından danışmaq olmaz. Burada İran türklərindən tacir, iş adamı və gəzmək üçün gələn turist çoxdur. Amma siyasi fəaliyyətlə məşğul olacaq milli siyasi mühacirlər haqqında danışacağımız səviyyədə deyil. Demək olar ki, bir sıra həmfikirlərimizin burada olmasına baxmayaraq mən burada yeganə cənubi azərbaycanlı milli siyasi mühacirəm. Ancaq sizin qeyd etdiyiniz təşkilatlanmanın burada aparılması iki cəhətdən olduqca vacibdir: 1.Gürcüstan türklərinə milli kimliyin aşılanması, ölkənin siyasi-ictimai həyatında Türk-İslam konsepsiyasi ətrafında vahid siyasi xəttin ortaya qoyulması və Azərbaycan türklərinin aktiv vətəndaş mövqeyinə sahiblənmələri yöndə fəaliyyətlərini gücləndirmək; 2.İran türklərinin tacir, işadamı və turist kimi Gürcüstana axışması milli hərəkətin burada sistemli fəaliyyətə keçməsini qaçınılmaz edir. Bir də ki Gürcüstan bizim üçün əsla yad bir yer deyil. Burada mənim yaxından tanıdığım Təbriz adlı 5-6 dostlarım var. Yaşlı və gənc insanlardır. Gürcülər tarixən bizimlə birgə yaşamışlar. Tiflisin tarixən mərkəzi olan Ortaçala məhəlləsinin böyük çoxluğunun türklərdən ibarət olması da dediyimizə nümunədir. Tiflis tarixən Təbrizə hər cəhətdən çox yaxın olub. Adlarındakı oxşarlıqda təsadüfi deyildir. Etimoloqlarımız tərəfindən bu öyrəniməlidir. -Gürcüstan mətbuatında güneylə bağlı hansı məlumatlar verilir? Yaxud əgər bu məsələdə problem varsa bunun üçün nələr etməliyik? -Mən 17 ay öncə bura gəldikdən sonra bu sahədə bir sıra ciddi addımlar atmağa çalışdım. Bunun üçün yerli soydaşların vasitəsi ilə bir sıra KİV-də o cümlədən Obyektiv TV də milli hərəkatımızın mövqeyinə və onun indiki durumuna açıqlıq gətirən çeşidli görüşlərim və müsahibələrim oldu. Burada Gürcüstan azərilərinin kimlik probleminin olduğunu hiss etdim və “Gürcüstan türklərində milli kimlik problem” başlığı altında bir elmi araşdırma üzərində çalışdım. Bu elmi araşdırmanın nəticəsində yazmış olduğum kitabça Gürcüstan, Şimali Azərbaycan, Türkiyə və milli hərəkata xas mətbuatda ardıcıl olaraq yayınlanıb. Gürcüstanın yerli KİV nümayəndələri ilə də ardıcıl səmərəli görüşlərim olur. -Gürcüstandakə siyasi patiya və təşkilatlarla cənubla bağlı görüşləriniz olurmu? -Burada münasibətdə olduğum əsasən öz türkdilli cəmiyyət və təşkilatlarımzdır. Gürcüstan enerji nazirinin müavini və Borçalı bölgəsinin valisi Hüseyn Usubovun rəhbərlik etdiyi GAK (Gürcüstan Azərbaycanlıları Konqresi), Kamil Kirəclinin rəhbərlik etdiyi “Ozan” dərnək və qəzeti, Marnuelidə fəaliyyət göstərən Amerika Məşğulluq İdarəsindən Zaur bəy və digər rəsmilər, eləcə də Fazil Həsənovun rəhbərlik etdiyi Mədəniyət evi ilə münasibətlərimizi sürdürməklə yanaşı, qarşılıqlı əməkdaşlıq layihələri üzərində çalışırıq. Burada Borçalı türkləri içində böyük susqunluq hakimdir. Fəaliyyətsizlik hökm sürür. Birgə fəaliyyətin olmaması üzündən gənc enerji boşuna sərf edilmiş olur və toplum olaraq ümummilli problemləri konseptual şəkildə ortaya qoya bilmirlər. Mən bu boşluğu burada dərk etdikdən sonra bu problemin gündəmə gətirilməsi üçün bir sıra təşşəbbüslər irəli sürdüm. O cümlədən Norveçdən Mahnı Zənganlının aparıcılığı ilə yayınlanan “Azərbaycan səsi” radiosu vasitəsi ilə nazir müavinimiz Hüseyn Usubov və digər Borçalı ziyalılarının iştirakı ilə məsələni gündəmə gətirdik və b. -Cənubi Azərbaycan məsələsini beynəlxalq aləmdə gündəmdə saxlamaq ücün nələr etməliyik? -Güney Azərbaycan məsələsinin beynəlxalq aləmdə gündəmə gətirmək, gündəmdə tutmaq və layiqli mövqeyini ortaya qoymaq üçün ən vacib addımlardan biri bölgədəki tarixi siyasi pay-bölüşlərin hansı fövqəl dövlət tərəfindən və necə aparıldığını məzmun və mahiyyətcə dərindən anlayaraq siyasi layihələrin yaradılmasıdır. İrandakı 40 milyonluq azərbaycanlının milli mənafeyinin perspektivinə dair düzgün konsepsiyaların işlənib hazırlanması və düzgün təsbit edilmiş konsepsiyanın ətrafında yaxın və uzaq hədəflər əsasında şurayi idarə mexanizminə söykənən, elmi institutların yaradımasını və sistemli fəaliyyəti əsas tutan təşkilatlanmadır. Buna su-hava kimi ehtiyac duyulur. Bu təşkilatlanmada iki şeydən uzaq gəzilməli və əxlaqi cəhətdən üç prinsipi əsas almaqdır. Uzaq duracağımız şey var- şəxsi intiriqalar, liderlik xəstəliyi və hansısa bir sistemin himayəsi-kölgəsi altına girib asılı vəziyətə düşməkr. Əsaslanacağımız əxlaqi prinsiplər isə qarşılıqlı səmimiyyət, qarşılıqlı güzəşt mühitində birgə fəaliyyət mədəniyyətinin formalaşdırılmasıdır. -Son dövrlərdə İranda tez-tez Azərbaycanla bağlı fikirlər səslənir. Bunlara qarşı nə kimi işlər görməliyik? -Azərbaycanın dövlət olaraq varlığı istər-istəməz İranın türk düşmənliyinə dayanan şovinist və panfarsist sistemi üçün bir təhlükədir. Buna görə də İran tərəfindən Azərbaycana yönəlik sərt ittiham və təhdidlərin olması və artması təbii sayılmalıdır. Azərbaycan dövləti dərhal Bütöv Azərbaycanla bağlı dövlət konsepsiyasını, gərəkirsə konkret strategiyasını müəyyənləşdirməli və icraata buraxmalıdır. Rusiya istər-istəməz panfarsist, şovinist və türk düşməni olan fars sisteminin son 100 ildə İranda hakimiyyətə gətirilməsində əsas rol oynayan iki gücdən biridir. Azərbaycan ya türklüyündən əl çəkib Qafqazın kiçik xalqlarından biri kimi Rusiya və ya Avropanın sayəsində sadəcə ömür sürməli, ya da türklüyünə sarılıb İran panfarsist sisteminə qarşı Vahid və Bütöv Azərbaycan konsepsiyasını, problemlərini həll etməyi qarşısına məqsəd qoymalıdır. -Cənubdakı mill fəallarımıza qarşı tez-tez həbslər olur.Onlara dəstək üçün beynəlxalq aləmdə nə kimi işlər görməliyik? -Bu mübarizədə tutulanlar da, şəhidlər də olacaq. Əziz Purvəli, Məhəmməd Cahangirzadə (Türkmən), Ayət Mehrəlibəyli və bir çox digər silahdaşlarımız həbsdədirlər. Onların beynəlxalq müdafiəsini təşkil etmək üçün dediyim kimi sistemli fəaliyyətə keçməyi bacarmağımız lazımdır. Sübhan Ələkbəroğlu Geri dön |