Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu kadr məsələsinin həllində önəmli yer tutacaqdır.
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sağlıq > Həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu kadr məsələsinin həllində önəmli yer tutacaqdır.

Həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu kadr məsələsinin həllində önəmli yer tutacaqdır.


Nazirliyin mətbuat xidmətindən bildirilib ki, bu sözləri səhiyyə naziri Oqtay Şirəliyev səhiyyə müəssisələrindəki vakant yerlərə mərkəzləşdirilmiş qaydada işə qəbul olmuş ilk həkim heyəti ilə görüşündə demişdir.
Nazir bildirmişdir ki, dövlət başçısının səhiyyə və tibb elmi sahəsinə, insanların sağlamlığına verdiyi diqqət və önəm göz qabağındadır. Bu gün göstəricilərə nəzər saldıqda tam əminliklə demək olar ki, səhiyyə xərclərinə ayrılan vəsaitin artma tempinə görə Azərbaycan dünyanın əksər ölkələrindən yüksəkdədir və bu da ölkədə yeni-yeni tibb müəssisəsinin tikilməsinə və yaxud da əsaslı təmir edilməsinə, dünya standartlarına uyğun avadanlıqlarla təmin edilməsinə zəmin yaratmışdır.
O.Şirəliyev mərhələli şəkildə keçirilmiş imtahan yolu ilə müxtəlif tibb müəssisələrinə işə qəbul olunmuş 34 həkimi təbrik etmiş, onlara yeni iş yerlərində uğurlar arzulamışdır.
Sonda Gəncə poliklinikasına yeni həkim təyin olunmuş həkim-terapevt Mina Əlizadə əhalinin sağlamlığına yetirilən xüsusi qayğıya və diqqətə görə dövlətimizin başçısına gənc həkimlər adından minnətdarlığını bildirmişdir.

Geri dön