Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Metropolitendə tətbiq ediləcək yeni sistem təhlükəsizliyi artıracaqdır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Metropolitendə tətbiq ediləcək yeni sistem təhlükəsizliyi artıracaqdır

Metropolitendə tətbiq ediləcək yeni sistem təhlükəsizliyi artıracaqdır


Bakı Metropolitenində sürətin təmassız avtomatik tənzimlənməsi sisteminin tətbiqinə başlanmış və artıq 18 qatarda əvəzlənmə aparılmışdır. Növbəti mərhələdə sürətin məhdudlaşdırılması qurğusu quraşdırılacaqdır.
Metropolitenin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, yeni sistem müasir texnologiyalara əsaslanır. Sistem ikikanallıdır. İkinci blok ehtiyat funksiyasını daşıyır. Biri çalışmayanda və ya hər hansı problem yarananda, avtomatik surətdə digəri işə düşür. Radioelektron komponentlərin yüksək etibarlılıq keyfiyyəti, konstruktiv quruluşu, şəbəkədəki gərginliyin kəskin qalxıb-düşməsinə davamlı olması və digər üstünlüklərinə görə yeni sistem təhlükəsizlik baxımından daha etibarlıdır.
Yeni sistemin fərqlənən cəhətlərindən biri də proqram təminatlı olmasıdır. Sistemin proqramlaşma dili ilə təmin edilməsi imkan verir ki, istənilən zaman fərqli tədbirlər həyata keçirilsin. Proqramı dəyişməklə sistemə yeni əmrlər vermək mümkündür. Sistem xətlərdə hərəkət edən qatarların intensivliyinin artırılmasına çox təsir göstərəcəkdir.
Yeni sistem metropoliten xətlərində hərəkətin təhlükəsizliyini artıracaqdır.

Geri dön