Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gəncədə hiss olunan zəlzələ 4 bal gücündə qeydə alınıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Hadisə > Gəncədə hiss olunan zəlzələ 4 bal gücündə qeydə alınıb

Gəncədə hiss olunan zəlzələ 4 bal gücündə qeydə alınıb


Gəncə şəhərində bu dəqiqələrdə hissediləcək dərəcədə zəlzələ qeydə alınıb. Bu barədə Trend-ə şəhər sakinləri məlumat verib.

Sakinlərin məlumatına görə, zəlzələ hiss olunan zaman iki təkan qeydə alınıb. Sakinlər heç bir dağıntının qeydə alınmadığını bildiriblər. Bəzi orta məktəb binalarının şüşələri sınıb.
AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli Trend-ə Gəncə şəhərində yeraltı təkanın baş verməsi faktını təsdiqləyib.

AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzindan Trend-ə bildiriblər ki, Nəbiağalı ərazisində 11:14 radələrində (Gəncədən 22 kilometr şimal-qərbdə) 10 km dərinlikdə 4 bal gücündə zəlzələ qeydə alınıb.

Geri dön